logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 oktyabr 2017

avatar

Adnan Oktar

Qurana görə bir şey ya halaldır, ya da haramdır. Müsəlman üçün hər məsələdə meyarın Qurana görə olması lazımdır. Mənim məntiqimə görə doğru və ya yanlışdır demək yanlış olar, doğru və yanlış Qurana görədir.
A9 TV; 23 oktyabr 2017
827
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Hər mövzudan izahı ilə birlikdə bəhs edilməlidir. Mövzunu xəbər halına salıb sonra həqiqətini və ya cavabını yayımlamamaq dürüst davranış deyil. Əgər cavabını yayımlamırsa, birtərəfli böhtan sistemi tətbiq edirsə; "mətbuat azadlığı var" deyilib keçilə bilməz. Ya cavabı ilə, düzgün məlumatla birlikdə yayımlamalı, ya da o xəbəri yayımlamalıdır. Sitatlar
İnsan nəyin doğru, nəyin yanlış olduğunu biləcək həssas məhək daşı kimi yaradılmış xüsusi varlıqdır. Bir şeylə qarşılaşdığımız zaman nəyin doğru, nəyin də yanlış olduğunu başa düşərik, doğru olanı dərhal qavrayarıq. İnsanların məsələsi doğruya müqavimət göstərib-göstərməməkdədir. Sitatlar
İslama açıq-aşkar dəlillə xidmət edilər. Darvinizmin əsassızlığını izah edərsən, kitablar çap etdirərsən, konfranslar təşkil edərsən, internet saytları yaradarsan, Quran möcüzələrini izah edərsən, PKK-ya qarşı elmi mübarizə apararsan, o zaman sənin bu açıq xidmətin görülər. Münafiqlərin İslama heç bir xidməti olmadığı kimi, etdikləri tək şey qaranlıq guşələrdə murdarlıq içində yaşamaq, boş söhbətlər etməkdir. Sitatlar
Məşvərətlə hərəkət etmək ibadətdir. Məşvərət edildikdə yanlış qərar da çıxa bilər, lakin müsəlmanlar üçün həmişə xeyir olar. Sitatlar
Müsəlmanın ən yüksək keyfiyyəti hədəf seçməsi fərzdir. Çünki ən yüksək keyfiyyətdə İslama ən böyük xidməti edər. Ənənəçi sistemdə yanlış qənaətkarlıq anlayışı var. Qənaətkar olmaq baxımsızlıq içində yaşamaq deyil. Hər şeyin ən gözəlini istəmək, hər şeyin ən yaxşısı üçün səy göstərmək və hamısının Allaha aid olduğunu bilərək Allah yolunda istifadə etmək həqiqi qənaətkarlıqdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bütpərəst və müşriklərin namus anlayışları və qadına baxış prizmaları İslama keçirildi. Müşriklərin öz yanlış məntiqləri İslamın hökmü, Peyğəmbərimiz (s.ə.v)-in sözü kimi göstərildi. Olduqca yanlış İslam anlayışı formalaşdırıldı. Bu zehniyyətin təməlini də qadının bütün haqlarını əlindən almaq, qadını potensial cinayət maşını kimi görmək, yarım insan varlıq kimi davranmaq var. Sitatlar
Tayyib hocamın Ecevit haqqında tənqid etməsində yanlış bir şey yoxdur. Bir insan ölmüş də olsa siyasi təhlil və ya tənqid edilməsi yanlış deyil. Ecevit də insandır və səhvləri vardır. Bir insanı tənqid edilə bilməz mövqeyə gətirmək doğru deyil. Ecevitin bəhs edilən fotoşəkilində tənqid ediləcək cəhət olduğu doğrudur. Tayyib hocam milli şərəflə bu fotoşəkli tənqid edir, bu tənqidində yanlış bir şey yoxdur. Sitatlar
Təkamülçülərin insanla meymunun ortaq əcdadı dedikləri fosillər ya lemur fosili çıxır, ya da donuz dişi çıxır. Heç bir elmi dəlilləri yoxdur. Sitatlar
Münafiq mənfəətini itirəcəyini və ya kifayət qədər mənfəət əldə edə bilməyəcəyini düşünəndə müsəlmanların yanından ayrılar. Münafiqin davranışı əsasən mənfəət dərəcəsinə görədir. Hamısının müəyyən mənfəət dərəcəsi vardır. Sitatlar
Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır. Sitatlar
Şeyx Əhməd Yasin həzrətləri dəyərli şeyxlərdən savadlı, etibarlı, nəzakətli, hörmətcil, cəsur Allahdan başqa heç kəsdən qorxmayan dəliqanlıdır. Sitatlar
Şeyx Əhməd Yasin hocamız bütün qardaşlarımızın sevgi ilə, güvənlə bağlanacağı, dərin, səmimi, təvazökar, çox mühüm Axırzaman alimidir. Sitatlar
Şans Allahın taledə o insana məxsus yaratdığı imkanlar və ya çətinliklərdir. Kortəbii təsadüf mənasında olan şans yanlışdır. Hər şey taledədir. Sitatlar
Millət olaraq İngiltərə dərin dövlətinin əsaslı həmləsi ilə üz-üzəyik. Qətərə istiqamətli əməliyyatın ardından da Türkiyəni hədəf almaq istəyirlər. Sitatlar
Hörmətli Adana qubernatora bu qədər təzyiq göstərilməsi çox ayıbdır, vicdansız hərəkətdir. Sitatlar
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 196)  Mehdi (ə.s)-a, İsa Məsihə, Xızır (ə.s)-a heç bir şey edilə bilməməsinin sirri bu ayədir. İsa Məsihə heç bir şey edilə bilməməsinin sirri bu ayədir. Mübarizə aparan, əleyhinə olan, tələ quran olar. Allahın dilədiyindən başqa bir şey edə bilməzsən. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur