logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 oktyabr 2017

avatar

Adnan Oktar

Tayyib hocamın Ecevit haqqında tənqid etməsində yanlış bir şey yoxdur. Bir insan ölmüş də olsa siyasi təhlil və ya tənqid edilməsi yanlış deyil. Ecevit də insandır və səhvləri vardır. Bir insanı tənqid edilə bilməz mövqeyə gətirmək doğru deyil. Ecevitin bəhs edilən fotoşəkilində tənqid ediləcək cəhət olduğu doğrudur. Tayyib hocam milli şərəflə bu fotoşəkli tənqid edir, bu tənqidində yanlış bir şey yoxdur.
A9 TV; 14 oktyabr 2017
1742
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq. Sitatlar
Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir. Sitatlar
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar. Sitatlar
Böyük Birlik Partiyasının MHP-AKP ittifaqına dəstək verməsi, uzun müddətdir xahiş etdiyimiz çox gözəl hadisədir. Türkiyənin yerli və milli ittifaqı Türkiyə əleyhinə yönəlmiş bütün planlara ən böyük cavabdır. Sitatlar
Dəccaliyyətə qarşı ən təsirli mübarizə İslam aləminin birləşməsi ilə mümkündür. Müsəlmanlar birlik olsa dəccaliyyətə elmi zərbə olar. Sitatlar
Hörmətli Dövlət Bahçelidən Allah razı olsun. Dəccaliyyətə qarşı hökumətimizə tam dəstək verməsini xahiş etdik və millətimizin bu xahişini yerinə yetirdi. Hal-hazırda çox milli və yerli hökumətimiz var. Səadət partiyası və Böyük Birlik partiyasının da bu ittifaq içində iştirak etməsi çox gözəl olar. Hörmətli Bahçeli maşaAllah çevik dəliqanlıdır, çox mühüm dövrdə çox gözəl xidmət göstərir. Tayyib hocamım və hörmətli Bahçelinin ömrünə verilən bərəkətin səbəbi İslama, Qurana xidmət etmələridir. Allah ömürlərini uzun etsin. Sitatlar
İngiltərə dərin dövləti Darvinin türk millətini haşa inkişaf etməmiş heyvan kimi görmək fikrinə sahibdir və əzilməsinin lazım olduğuna inanır. Bu çirkin fəlsəfəyə qarşı, tamamilə milli bir ölkə olaraq, bütün qurumları bunlara qibtə edənlərdən təmizləyərək təsirli ola bilərik. Sitatlar
İnsan nəyin doğru, nəyin yanlış olduğunu biləcək həssas məhək daşı kimi yaradılmış xüsusi varlıqdır. Bir şeylə qarşılaşdığımız zaman nəyin doğru, nəyin də yanlış olduğunu başa düşərik, doğru olanı dərhal qavrayarıq. İnsanların məsələsi doğruya müqavimət göstərib-göstərməməkdədir. Sitatlar
İnsanların bir hissəsi təkcə axşam yeyəcəyi yeməyi, toya nə geyinəcəyini, taxılan qızılın nə qədər olduğunu düşünür. Türkiyə necə bir dövrdən keçir, PKK terroru nələrə səbəb olur, Cənub-Şərqi Anadolu bölgəsində nələr baş verir heç düşünmür. PKK mübarizləri sistemlərini ölmək və öldürmək üzərində qurublar və dünyaya dair bir plan qurmur, bu yanlış inancları üçün özlərini həsr edirlər. Bunun müqabilində bizim də doğru olan inancı üçün canını ortaya qoyan, hər cür fədakarlığı gözə alan, milli şüuru çox güclü olan millət olmağımız əhəmiyyətlidir. Sitatlar
İslama görə yeni ili qeyd etməkdə heç bir problem yoxdur. Yeni ili də qeyd edərsən, hz. İsanın ad gününü də qeyd edərsən. Bir Peyğəmbərin ad gününü qeyd etmək necə də gözəldir. Səhv olan alkoqol və s. olmasıdır. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni ilin qeyd edilməsinə qarşı gəlmək cihad deyil. Saatlarla yeni ilin qeyd edilməsinə qarşı çıxmaq əvəzinə, bir cümlə ilə İslam Birliyindən bəhs etsinlər. Şaxta baba simvollarının başına odun vurduqda İslam üçün çox böyük müvəffəqiyyət əldə etdiyini zənn etmək cahillikdir. Sitatlar
Mahnıların bir çoxunda həmişə qadınlara dair sevgiyə, hörmətə uyğun olmayan, təhqir tərzində üslublar işlədilir. Qadınları (guya) alçaltma və onların dəyərini az göstərmə mənası daşıyan və ya bilavasitə olaraq bu mənaya gələn heç bir bəstənin yazılmasına icazə verilməməsi lazımdır. Bütün incəsənət xadimlərimizin bu mövzuda çox həssas olmalarını xahiş edirik. Sitatlar
Məşvərətlə hərəkət etmək ibadətdir. Məşvərət edildikdə yanlış qərar da çıxa bilər, lakin müsəlmanlar üçün həmişə xeyir olar. Sitatlar
Münafiqlərin tək mübarizəsi təkcə çox faydalı gördükləri müsəlmanlarladır. Münafiq PKK-ya qarşı, darvinizmə qarşı, rumiliyə qarşı, dinsizliyə qarşı bir söz deməz. Təkcə müsəlmanları hədəf alar, müsəlmanlar arasından da ən faydalı gördüyü insanları hədəf alar. Sitatlar
Müsəlmanın ən yüksək keyfiyyəti hədəf seçməsi fərzdir. Çünki ən yüksək keyfiyyətdə İslama ən böyük xidməti edər. Ənənəçi sistemdə yanlış qənaətkarlıq anlayışı var. Qənaətkar olmaq baxımsızlıq içində yaşamaq deyil. Hər şeyin ən gözəlini istəmək, hər şeyin ən yaxşısı üçün səy göstərmək və hamısının Allaha aid olduğunu bilərək Allah yolunda istifadə etmək həqiqi qənaətkarlıqdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bütpərəst və müşriklərin namus anlayışları və qadına baxış prizmaları İslama keçirildi. Müşriklərin öz yanlış məntiqləri İslamın hökmü, Peyğəmbərimiz (s.ə.v)-in sözü kimi göstərildi. Olduqca yanlış İslam anlayışı formalaşdırıldı. Bu zehniyyətin təməlini də qadının bütün haqlarını əlindən almaq, qadını potensial cinayət maşını kimi görmək, yarım insan varlıq kimi davranmaq var. Sitatlar
Qurana görə bir şey ya halaldır, ya da haramdır. Müsəlman üçün hər məsələdə meyarın Qurana görə olması lazımdır. Mənim məntiqimə görə doğru və ya yanlışdır demək yanlış olar, doğru və yanlış Qurana görədir. Sitatlar
Təkamülçülərin insanla meymunun ortaq əcdadı dedikləri fosillər ya lemur fosili çıxır, ya da donuz dişi çıxır. Heç bir elmi dəlilləri yoxdur. Sitatlar
Xristianlıq həqiqi isəvilik, musəvilik həqiqi musəvilik, müsəlmanlıq da həqiqi müsəlmanlıq olaraq güclənməlidir. İngiltərə dərin dövlətinin zehniyyətindəkilər "dialoq" deyərək hər 3 dindən də bəzi yerləri çıxardıb azaldaraq yeni sistem ortaya çıxardır. Dialoq dedikləri dinlərdən nə isə azaldaraq Allahın söyləmədiyi bir din ortaya çıxartmaqdır. Allahın endirdiyinə tam tabe olmaq lazımdır. Sitatlar
Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur