logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 yanvar 2017

avatar

Adnan Oktar

Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.)
A9 TV; 28 yanvar 2017
767
avatar

Adnan Oktar

Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Qadınların əzildiyi hər cəmiyyət dağılar. Qadınlar azad olmalıdır. Hər cür azadlığı təkcə kişilərin haqqı kimi görmək vicdani deyil. Qadınların qiymətini bilməmək insanlar üçün fəlakətdir. Qadının necə gözəl nemət olduğunu görə bilməmək o insan üçün bəladır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v), Mehdi dövründə qadınların mümkün olduğu qədər azad olacağını bildirmişdir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

İslamı içinə qapalı, ölü, əzab dolu sistem kimi göstərdikləri üçün insanlar İslamdan qaçır. Dəccaliyyətin bu oyununu biz pozduq. Sevgi, əyləncə, gözəllik, dostluq ən gözəl halı ilə İslamda yaşanar.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Tövratda bəhs edilən hakimiyyət, Mehdi (Moşiyah) dövründə İslam əxlaqının bütün dünyaya hakim olmasıdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Bəzi insanlarda dindar olduqdan sonra passivləşməsi, həyat sevincini itirməsi, aktiv olmamasının lazım olduğu kimi yanlış qənaət var. Halbuki tam əksinin olması lazımdır. Din insana həyat və canlılıq bəxş edər. Birdirsə min canlı olar, birdirsə min həyat dolu olar insan.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Bir insan dini yaşamağa başlamadan əvvəl bir çox səhv etmiş ola bilər. Ömrü boyu bu səhvlərin əzabını çəkmək Qurana görə doğru deyil. Müsəlman dini öyrəndikdən sonra əvvəl bilmədən etdikləri üçün tövbə edər və o mövzular bitər. Həmişə onun utancını yaşamaz.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Dindar olmadan əvvəl insanın beyni çox bulanıq olur, dinin hökmlərini də bulanıq olaraq bilir. Ağlında şüur və itilik tam yaranmır. Dini tam öyrənmədən əvvəl insanlarda Allah sevgisi və qorxusu olur, lakin dini çox geridə tuturlar. Dünya daha əsas olur. Buna görə də təbliğ edənlərə çox böyük məsuliyyət düşür. İnsanları sıxmadan, usandırmadan şüurlarını açmaq üçün cəhd etmək lazımdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Suriyada tezliklə normala dönmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və seçkilərin aparılmasını təmin etmək əhəmiyyətlidir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Təkamülü müdafiə edənlərin çoxu nəzəriyyə haqqında heç nə bilmir. Nə fosilləri, nə də zülalların necə əmələ gəldiyini bilmirlər, bilmədən nəzəriyyəni müdafiə edirlər.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Gözəl bir imtahanla imtahan oluruq. Hədislərin işarələrinə görə daha böyük hadisələr də olacaq, lakin nəticə həmişə xeyirli olacaq inşaAllah.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) hədislərində Mehdidən bütün təfərrüatları ilə bəhs edərək mehdiyyətə dəstək olmuş və kömək etmişdir. Hədislərdə bildirildiyinə görə, Mehdiyə tələbələri zər aləmində, hələ dünya yaradılmadan, tabe olublar.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Allah insanı dünyanı yaratmadan əvvəl yaratmışdır. İnsanın təkamüllə mərhələ-mərhələ yaranması deyə bir şey yoxdur. (Maidə surəsi, 7: Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdini xatırlayın. Allahdan qorxub çəkinin. Həqiqətən, Allah kökslərdə olanları biləndir.)
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Allahın ağlı fövqəladə dərəcədə heyranlıq oyandıracaq sonsuz ağıldır. Allahın kölgəni yaratması təkbaşına möhtəşəm sənətdir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünyada çətinlik var. Çünki eşq və sevgi çətinlik içində yaranır. Eşq və sevgi olmadıqda isə heç nəyin mənası olmur. Dərin sevginin və dərin ehtirasın olması üçün acılar, çətinliklər və əziyyət olmalıdır. İnsan başqa cür dərinlik qazana bilmir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünyada imtahan üçün verilən müddət insanın vicdanını, şəxsiyyətini təkmilləşdirməsi və göstərməsi üçün çox yetərlidir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Nasistlərin törətdiyi soyqırım darvinist düşüncənin nəticəsi olan çox böyük vicdansızlıqdır.
A9 TV; 27 yanvar 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müsəlmana edilən tənqidin Quranla olması lazımdır. Öz məntiqinə görə deyil, “Qurana görə belədir” deyərək tənqid etmək əhəmiyyətlidir. Sitatlar
Qurana iman gətirən Quran ayələri ilə yaşayar. Quranın hökmlərindən başqa hökmlərə görə hərəkət edənlərin ortaya qoyduğu şirk dinidir. Sitatlar
Quranın həyata necə tətbiq ediləcəyini bilmək əhəmiyyətlidir. Məsələn, kədərlənmək, narahatlıq yaşamaq, küsmək Qurana uyğun olmayan rəftarlardır. Sitatlar
Müsəlmanların İncil və Tövratı da oxuması, haqqında məlumat sahibi olması lazımdır. İncil və Tövratın Qurana uyğun hissələri keçərlidir. Sitatlar
Allah Quranda, İncil və Tövrat tamamilə keçərsizdir demir. Quran, İncil və Tövrat məsələsində hakimlik edir. İncil və Tövratın Qurana uyğun hissələri keçərlidir. Sitatlar
Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir. Sitatlar
Müsəlman həmişə dəlillə danışmalıdır. Tənqidi də, izahatı da dəlillə, Quran ilə, hədislə, elmlə olmalıdır. Sitatlar
Dünyanın resepti Qurandır. İslam səhabə dövründəki kimi yaşanmadığı üçün hər yerdə əzab yaşanır. Hüzur, Quranla hakim olar. Sitatlar
Quranda bildirilən, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan dindən məsuluq. Sonradan yaradılan dinin Peyğəmbərimiz (s.ə.v)-in dövründəki ilə əlaqəsi yoxdur. Sitatlar
Allah Quranı insanların öyüd alması üçün asanlaşdırdığını bildirir. Şirk zehniyyətində olanlar isə Quran anlaşılmazdır deyə yalan söyləyirlər. (Qamər surəsi, 17: And olsun ki, Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Amma öyüd alıb düşünən vardırmı?) Sitatlar
Ənənəvi İslam anlayışına görə həyat, sürünməklə sinonimdir. Gözəl olan hər şeyi haram ediblər, musiqi dinləmək, televiziyaya baxmaq haramdır. Dəccaliyyət bəzi müsəlmanları Quranda olmayan haramlar yaradaraq, oyuna saldı, biz bu oyunları puç etdik, puç etməyə də davam edəcəyik. Sitatlar
Quranda Tövrat və İncilə isnad var, lakin bəzi müsəlmanlar bunu anlamaq istəmirlər, halbuki İncil və Tövrat oxusalar üfüqləri geniş olar. Sitatlar
Tövrat və İncil əhlinin Quranı qəbul etməsi əsas şərtdir. Quran əhlinin də Tövrat və İncildəki Qurana uyğun hissələri qəbul etməsi əsas şərtdir. Sitatlar
Quranda qadının döyülməsi deyə bir hökm yoxdur. Sitatlar
Möminlərin möminləri sevməsi, camaat halında olması Allahın Quranda bildirdiyi hökmdür. Sitatlar
Ənənəpərəst və mövhumatçı İslamın təməlində mütəşabih ayələri ağlagəlməz şəkildə şərh etmək vardır. Hökm, möhkəm ayələrdə yer alır. Sitatlar
İnsanları namazdan uzaqlaşdırmaq üçün Quranda olmayan çoxsaylı hökm əlavə edirlər. Bu hökmlərdən dinə qarşı sədd kimi istifadə edirlər. Quranda olmayan hökmlər əlavə edərək milyonlarla insanın dəstəmaz almasına, namaz qılmasına, dini yaşamasını əngəlləyirlər. Sitatlar
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.) Sitatlar
İslamın şərti 5-dir, demək doğru deyil. İslamın şərti Quranın bütün ayələrinə tam tabe olmaqdır. Sitatlar
Qurana möhkəm sarılmaq, Allahın hökmlərinə Allah sevgisi ilə güclü bağla sarılmaq insanın ruhən və bədən cəhətdən güclü olmasını təmin edər. Sitatlar
Allah haramları Quranda dəqiq olaraq bildirmişdir. Allah adından hökm vermək zülmdür. Allah adından yalan danışmaq zülmdür. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Qurandan kənar hökm gətirməmişdir, gətirə bilməz. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır. Sitatlar
Quran hökmlərində Allahın sevgisi və mərhəməti açıq şəkildə görünür. Sitatlar
İngiltərə dərin dövlətinin oyunlarını sənədləri ilə ifşa etməyimiz dəccaliyyətin çöküşünün başlanğıcı oldu. Sitatlar
Quranda təkamül yoxdur. Allah kainat yaradılmadan əvvəl bütün insanları yaratdığını və onlardan əhd aldığını bildirmişdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur