logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 avqust 2015

avatar

Adnan Oktar

Şəhidə bütün şəhəri gəzdirməlisən. Şəhid cənazəsi əhəmiyyətlidir. "Allahu-Əkbər" deyə yer-göy inildəməlidir. Ən azı 1 milyon insan toplanmalıdır. Belə olsa, milli şüur ərşə qalxar. Şəhidin mənəviyyatından məmləkət bərəkətlənər.
A9 TV; 16 avqust 2015
2159
avatar

Adnan Oktar

Hal-hazırda biz “Əsir maddəsi”nin içində üzürük. “Əsir”, içində Allahın ağlı təcəlli edən maddədir. Hər yerə girib-çıxar. Hz. Musa (ə.s)-ın əsasının içində, kolun damarları içində, yanan odun içindədir.
A9 TV; 16 avqust 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə Betlehəm ulduzunun görünəcəyini söyləyir. Betlehəm ulduzu hələ bu yaxınlarda görüldü. 2000 ildən bir görülür; bir dəfə hz. İsa (ə.s)-ın dünyaya gəldiyi vaxt görüldü, bir də hz. Mehdi (ə.s)-ın zühurunda.
A9 TV; 13 avqust 2015
avatar

Adnan Oktar

Mehdinin vəzifəsi təxfifdir (asanlaşdıran), yəni dini asanlaşdırmasıdır. Hal-hazırda dini güllə kimi ağır ediblər, insanlar tab gətirə bilmir. Dini korladılar. Mehdi bu cür ağırlıqları götürəcək, din təxfif olacaq, asanlaşacaq və insan fitrətinə uyğun hala gələcək. İnsanları əsil dinə qaytaracaq.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

"Proses" sözü təhlükəni örtən pərdə olaraq istifadə edilir. Belə olduqda insanda Cənub-Şərqi Anadolu bölgəsini xilas etmək həvəsi olmur. İçində millətini, dinini xilas etmək həvəsi olmur. Proses, bizim millətimizi sakitləşdirmək üçün işlədilən sözdür. Yaxşı niyyətlə söyləyənləri tənzih edirəm, lakin sakitləşdirmək, passivləşdirmək, gözünün önünə pərdə gətirmək prosesidir.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Uşağa həftədə 30 saat dərs keçirlərsə, bunun ən azı 25 saatını darvinizm təhsili təşkil edir. Bunun yerdə qalan bir saatında isə; “sizə İslamdan danışacağam” deyirsən. Özün də bilmədən dəccala təslim olmuş olursan.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Milli şüur dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Şəhidi yumazlar, əynindəki əsgər paltarıyla olduğu kimi açıq-aşkar görüləcək şəkildə torpağa basdırılar və ən az belə olsa kədər əlaməti göstərmək olmaz. Çünki şəhidlik Allahın təriflədiyi bir məqamdır.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

PKK fasiləsiz surətdə Cənub-Şərqi Anadolu bölgəsində silahlanır. “Proses” deyilən şey yoxdur. PKK, “Proses” deyiləndə; Cənub-Şərqi Anadolu bölgəsinin özünə verilməsini, Abdullah Öcalanın da oraya prezident kimi təyin olunmasını başa düşür.
A9 TV; 11 avqust 2015
avatar

Adnan Oktar

PKK-lı qızlar qayaların arasında yatır. Bizim gənc qızlarımızın olduqca böyük hissəsinə isə, necə ər tapacaqları, necə evlənəcəkləri, necə iş görəcəkləri, mənfəətini necə təmin edəcəyi kimi mövzular barədə təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur dərsi keçirilməlidir.
A9 TV; 11 avqust 2015
avatar

Adnan Oktar

Müsəlmanın qətlinə səbəb olmaq, eyni qətl etmək kimidir. Axirətdə qarşılığı əbədi cəhənnəm olar. Səhvi varsa elmlə, irfanla, bilik verməklə düzəldərsən.
A9 TV; 10 avqust 2015
avatar

Adnan Oktar

İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik, İran düşmənçiliyi düzgün deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz, dindar insanlardır. Təqvalıdırlar. Şiə düşmənçiliyi çox murdar şeydir.
A9 TV; 10 avqust 2015
avatar

Adnan Oktar

PKK-ya kitab atılsa, bu, onlar üçün böyük şok olar. Darvinizmin, materializmin əsassızlığı izah edilsə, yük maşınlarıyla, vertolyotlarla, təyyarələrlə xalqa kitab paylansa, PKK-nın yanlış ideologiyası, darvinizmin, materializmin əsassızlığı izah edilsə yer yerindən oynayar. Dərin Amerika və İngiltərənin oyunları puç olar. Bu bütün dünyada qalmaqal yaradar.
A9 TV; 10 avqust 2015
avatar

Adnan Oktar

PKK gəncləri, misli görünməmiş siyasi təhsil və misli görünməmiş hərbi təhsil alırlar. Amma bizim gənclərimiz belə bir təhsil almır. Bizim gənclərimizə siyasi şüur verilmir. Bu baxımdan hərbi təhsil də alınmır. Bundan ötrü də, onlar bir dəstə itlə, böyük Türkiyə dövlətinə müqavimət göstərə biləcək hala gəlirlər. ABŞ da onları əl altından dəstəkləyir.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Bədən, ölməyi və yox olmağı qətiyyən istəməz. Hüceyrələr qətiyyən istəməz. İnsana ən şiddətli iztirab verən şey budur. Allah bu iztirabı İslam diniylə ortadan qaldırır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Axirət inancı olmayan insanın içi qaralır, üzü qaralır, ruhu qaralır. Amma axirət inancına sahib insan, ruhuna çox gözəl bir müjdə vermiş olur, sən sonsuzda yaşayacaqsan deyir. O zaman qəlb rahatlıq tapır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Gələcək baxımından möminin yeganə hədəfi axirətdir. Axirət möminin sevinci, mükafatıdır. Mömin həmişə cənnətə qovuşmağa ümid bəsləməlidir. Cəhənnəmə getməkdən qorxmalıdır, amma həmişə cənnəti düşünməlidir, fikrini cənnətə verməlidir.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Türkiyə sərhədində və sərhədi daxilindəki ən böyük təhlükə PKK-dır. Bizim Cənub-Şərqi Anadolu bölgəmizi tamamilə işğal etmiş və orada öz hakimiyyətini bərqərar etmişdir. Eləcə də, bütün sərhəd zolağı tamamilə işğal altındadır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı xilas etməklə mükəlləfdir. Terrorist deyib kənara ata bilməzsən. Zorakılıq tətbiq etdiyinə görə kənara ata bilməzsən. Müsəlmandır, amma xətalıdır. Xətasını, yanlış tərəflərini düzəldərsən.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər.
A9 TV; 5 avqust 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Şəhidi yumazlar, əynindəki əsgər paltarıyla olduğu kimi açıq-aşkar görüləcək şəkildə torpağa basdırılar və ən az belə olsa kədər əlaməti göstərmək olmaz. Çünki şəhidlik Allahın təriflədiyi bir məqamdır. Sitatlar
Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq? Sitatlar
Xahiş edirəm şəhid cənazələrində ağlamağı aradan qaldıraq. Qurana uyğun deyil, adətimizə uyğun deyil, İslam əxlaqında belə şey yoxdur. Bu çox qədim dövrlərdə Şumerlərdə görülən bir adətdir. Cənnətə gedənin arxasınca ağlamaq olmaz. Sitatlar
Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur. Sitatlar
Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: "Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun" deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar. Sitatlar
Mediada həmişə; "yenə fəryad göyə yüksəldi, evlərə od düşdü" deyilir. Müsəlman olduğumuz halda belə etməyimiz bizə yaraşar? PKK cənazələrində cüzi də olsa səs çıxmır. Tam əksinə başlarını çox dik tutur, intiqam andı içir, şüarlar edirlər. İstəməsələr də, ağlamaq və fəryad xəbərləri PKK təbliğatı olur. Sitatlar
Cinayət törədənləri sərbəst buraxmaq olmaz. PKK-lılar; əsgərləri, polisləri vuracaq, şəhid edəcək; sonra isə onları sərbəst burax deyəcəksən. O zaman cinayət törətmək sərbəst olmuş olar. Belə şey olmaz. Sitatlar
Allahın ən bəyəndiyi şey, Onun yolunda canını qurban verməkdir. Allah bunu ən böyük sevgi nümayişi kimi bildirir. Şəhidlik, yəni Allah üçün şəhid olmaq. Sitatlar
Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar. Sitatlar
Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir. Sitatlar
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin. Sitatlar
Şəhidi yola salarkən öz paltarıyla, qanlı paltarlarıyla tabuta qoymadan əvvəl açıq halda gətirməlidirlər. Bu cür açıq halda da, al-qan içində türk bayrağının üstünə yatırdıb bütün şəhəri gəzdirmək lazımdır, yer-göy təkbirlərlə, salavatlarla dağılmalıdır. Yaranan o gərginlik ağlasığmaz bir qüdrətə çevrilər. Bunu deyim ki, onun verəcəyi mənəvi güc bütün dünyanı titrədər. ABŞ və digər ölkələr qorxuya düşər. Sitatlar
Biz bu məmləkəti su yerinə axan qanla aldıq, yüz minlərlə şəhidin qanıyla. Sən 3-5 uydurma özünü bilməzlə meydana çıxıb: "Biz buranı alacağıq" deyirsən. Alarsan. 80 milyonu şəhid etdikdən sonra alarsan. Ondan sonra hamısı sənin olsun. Bunun başqa yolu yoxdur. Sitatlar
Allah şəhid ailələrinə, təvəkküllü, gözəl davranan, igid əsgər ailəsi görünüşü verməyi nəsib etsin. Qətiyyən kədər, ağlama, təəssüf ifadəsi olmasın. PKK bunların mətbuatda yayımlanmasını istəyir. Onsuz da o məqsədlə bu partlayışlar törədilir. Yoxsa sən 15 nəfərin şəhid düşməsiylə 80 milyonu yox edə bilməzsən. Amma təşkilat təbliğatı baxımından çox əhəmiyyətli görürlər. O ailələrin qışqırmaları, özlərindən getmələri, tabutu qucaqlamaları PKK-nın ən əhəmiyyətli hesab etdiyi təbliğatıdır. Sitatlar
PKK-nın əsil istədiyi şey, xüsusilə şəhidlərimiz yola salınarkən ailələrinin ağlaması, tabutu qucaqlamaları, fəryad etmələri və özlərindən getmələridir. Yoxsa şəhidlərimizin cənazəsi təşriki təkbirlərlə qaldırılsa, bu PKK-nın işinə gəlməz və onu çox narahat edər. Sitatlar
PKK-nın oyununu pozaq, yəni şəhidlə güc qazanma oyununu ləğv edək. Məsələn, şəhidi yola salarkən onu şəhər içərisində saatlarla gəzdirsən, təkbirlərlə, salavatlarla yeri-göyü inildətsən, bu PKK-nın heç işinə gəlməz. Çünki bu böyük mənəvi gərginlik yaradar, hamı şəhidlərin tərəfində durar. Sitatlar
Şəhid mərasimlərindəki cənazə marşını ləğv etsinlər. Bu çox narahat edici şeydir. Bir də insanın ürəyini çox sıxan qəribə bir musiqisi var, tamamilə lüzumsuzdur. Şəhid, təkbirlərlə, salavatlarla şəhəri gəzdirilməklə yola salınar. Sitatlar
Televiziya kanalları şəhid xəbərlərini ağladacaq, ah-nalə salacaq şəkildə yayımlasalar bu PKK-nın işinə yarayar. Amma sinəsi dimdik ata-analar olsa, oğullarıyla fəxr edən şəhid anaları, ataları olsa bu PKK-nı çökdürər. Sitatlar
Şəhid ailələri, ən şərəfli insanlardır; Allahın nemətə qərq etdiyi o mübarək övladlarıyla qürur duya bilərlər. Çünki Allah onları birbaşa cənnətinə almışdır. Cənnət əhli olublar və cənnət quzusudurlar. Cənnət quzusunun anası olur, cənnət quzusunun atası olur. Bu nə qədər böyük gözəllik, nə qədər şərəfli analıq və atalıqdır. Allahın, həmin ana-ataya səbirlərindən ötrü verdiyi savabsa olduqca çoxdur. Sitatlar
Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir. Sitatlar
Heç birimiz dünyada daimi qalmayacağıq. Əhəmiyyətli olan axirətə şərəflə getməkdir. Şəhidlərin ruhu necə gözəldir, bu cür şərəflə gedirlər. Sitatlar
Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da   qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına   gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar. Sitatlar
PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır. Sitatlar
PKK-nın inkişaf etmə səbəbi darvinizmdir, türk əsgərinin və türk polisinin şəhid edilməsinin ən təməlində yenə darvinizm var. Bütün xəstəliyin kökü budur. Sitatlar
Bir kərə şəhid yuyulmaz və kəfənlənməz. O qanlı paltarıyla, əsgər paltarıyla açıq, hər kəsin görəcəyi şəkildə yola salınmalıdır. İgidlərimiz bu şəkildə məzara qoyulmalıdır. Üsulu budur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur