logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 mart 2016

avatar

Adnan Oktar

Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
A9 TV; 6 mart 2016
1377
avatar

Adnan Oktar

Mömin çox saf varlıqdır. Qurana möhkəm şəkildə sarıldığı zaman, heç vaxt batmayan və doğru istiqamətdə hərkət edən bir gəmidə olmuş olar, dümdüz gedər o zaman.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

Gənclər üfüqlərini genişləndirsin. Daha geniş və ağıllı düşünsünlər. İlk öncə qəlbləri sevgiyə açıq olmalıdır. Bu narahatlıq verər. Bunu görüb kəskin şəkildə buna qarşı tədbir almalıdırlar. "Mən niyə qəzəblənməyə bu qədər meyilliyəm, sevgisizliyə bu qədər meyilliyəm? Sevgiyə niyə bu qədər qapalıyam?" deməlidir.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

İslam saf sevgidir. Həmişə insanların xeyrinə, yaxşılığına olan sistemin adıdır. İslam, insanları ən yüksək səviyyəyə çıxardacaq sistemdir.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

Türkiyə xarici qüvvələr tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Xüsusilə belə mühitdə mətbuat tənqidlərinə anlayış göstərməlidir. Zatən bir ovuc müsəlman var, sən onları oyunla, iftira ilə terrorist kimi göstərməyə təşəbbüs etsən, bu səhv olar.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar.
A9 TV; 4 mart 2016
avatar

Adnan Oktar

Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allaha ibadət etmək, namaz qılmaq bizim xoşumuza gəlir. Nə gözəl, namaz, minlərlə ildir, davam edən gözəllikdir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət.
A9 TV; 3 mart 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz. Sitatlar
Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin. Sitatlar
Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır. Sitatlar
Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir. Sitatlar
Çanaqqalada 200 min şəhid verdik. Cənub-Şərqi Anadolu bölgəsində də lazım gəlsə 400 min şəhid verərik, lakin Cənub-Şərqi Anadolu bölgəsini qətiyyən vermərik. İngiltərə dərin dövlətini elmlə, irfanla səmərəli hala gətirəcəyik. Sitatlar
Heç bir şəhidin, heç bir aslanımın yola salındığı yerə ağlayanlar gəlməsin. Onsuz da PKK-nın istədiyi budur. Heç istəməsələr də, bu PKK təbliğatı olur. Başı uca, qoçu, dəliqanlı olanlar gəlsin. Ağlayanlar ayrı yerdə olsunlar. Sitatlar
Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan. Sitatlar
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük. Sitatlar
Yataqda ölməyi kim istəyər ki? Şəhidlik, ən gözəli budur. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar. Sitatlar
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş. Sitatlar
Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur. Sitatlar
Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir. Sitatlar
Allah yolunda səy göstərən bütün qardaşlarımızı Allah cənnətdə ən gözəl şəkildə mükafatlandırsın inşaAllah. Sitatlar
Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah "Həbibim" deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir. Sitatlar
Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik. Sitatlar
Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır. Sitatlar
Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur. Sitatlar
Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər. Sitatlar
"Şükür etsəniz" demək, "çox səmimi müsəlman olarsınız" deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər. Sitatlar
Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur. Sitatlar
Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur