-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Atatürk igid Anadolu dəliqanlısıdır, səmimi müsəlmandır. Atatürkə çirkin şəkildə dil uzadılmasına qanunla, hüquqla icazə vermərik. Atatürkə qarşı olanlar bütün türk millətini, bütün türk gəncliyini qarşılarına aldıqlarını bilməlidirlər. İlahiyyat fakültələrini açdıran Atatürkdür. İmam Hatibləri açdıran Atatürkdür. Quranı türkcəyə tərcümə etdirib, on minlərlə sayda Anadoluya paylatdıran Atatürkdür. Atatürkü tənqid edən bəzi kəslərin Atatürk qədər İslama və müsəlmanlara xidməti yoxdur. Atatürkün zəkası, keyfiyyəti, incəsənət anlayışı, təmizliyi, yaraşıqlığı, hər cəhəti çox gözəl idi. Atatürkdən bütün gözəl cəhətləri ilə həmişə bəhs edəcəyik, həmişə gündəmdə saxlayacağıq. Tayyib hocamın Atatürk sevgisini də qəbul edə bilməyənlər boşuna çalışmasınlar.
Adnan Oktar
Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz.
Adnan Oktar
Atatürkçü demək; müasir olmaq, ziyalı, ağıllı, doğru-dürüst olmaq, Allahı çox sevmək, İslam aləminin birliyini, Türk aləminin birliyini müdafiə etmək, Qızıl Almaçı olmaq, nəzakətli, mükəmməl, yaraşıqlı olmaq deməkdir. Atatürkçülük budur.
Adnan Oktar