logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 dekabr 2017

avatar

Adnan Oktar

Şirkdən qorunmaq üçün insan gün ərzində səhər oyandığından etibarən hər şeyi Allahın etdiyini özünə xatırlatmalıdır. Bunu etdiyi andan etibarən ağlına bərəkət gələr, o insan metafizik varlığa dönər. Səssiz-səmirsiz bərəkət qazanar. İşləri rast gedər, hər şeydə müvəffəqiyyət qazanar. Əgər təbliğ edirsə və təbliği qurtarmayıbsa ölməz. Ömrü uzun olar. Təbliğinə mane olacaq xəstəlik olmaz. Peyğəmbərlərin ömrü vəzifələri bitmədiyi üçün uzun olmuşdur.
A9 TV; 9 dekabr 2017
1547
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah dünyanın hər yerində mehdiyyət ruhunu insanların qəlbinə həkk etdirmişdir, bu insanlar həmişə sülhü, bacı-qardaşlığı, sevgini və dostluğu istəyirlər. Sitatlar
Allah dünyanın müvəqqəti olduğunu, insanların dünyanı unutmasını istəyir. Dünyanın yaşamaq üçün yaradılmadığını, xəstəliklərlə, dərdlərlə insanlara göstərir. İnsan sevməyi və sevilməyi dərdlərlə, əziyyətlərlə, xəstəliklərlə öyrənər. Bunlar olmasa insanın təhsili tam olmaz. Sitatlar
Allah şəhidlərimizin şəhadətini mübarək etsin. Aslanlar kimi yaşadılar, aslanlar kimi Allaha qovuşurlar. Nə xoşbəxt onlara ki, birbaşa cənnət əhlindən olurlar. Allah ailələrinə sağlamlıq, xeyirli uzun ömür və gözəl səbir nəsib etsin. Təkrar-təkrar şəhidlərimizin şəhadətlərinin mübarək olmasını Allahdan diləyirik. Sitatlar
Allaha yaxınlaşmağın yolu sonuna qədər açıqdır, lakin imanın üzərində pərdələr var. Mömin ömrü boyu o pərdələri açmağa çalışacaq. Hər pərdəni qaldırıb açanda imanı bir daha yerləşəcək, dərinləşəcək. Sitatlar
Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır. Sitatlar
Bizim fitrətimiz sevgiyə görədir. Nifrət insanı çox əzər. Münafiq nifrəti yaşadığı üçün ömür boyu sürünər. Mömin də sevgini yaşadığı üçün ömür boyu sağlamlıq, sevinc içində gözəl yaşayar. Sitatlar
Hörmətli Dövlət Bahçeli həqiqi dava adamıdır. Partiyaçılıq məntiqi ilə hərəkət etmir. Allah, vətən, millət, dövlət üçün mübarizə aparır. Çox nəcib, çox keyfiyyətli, həqiqi dövlət xadimidir. Təbrik edirik. Allah uzun, xeyirli ömür nəsib etsin. Sitatlar
Hörmətli İsmail Kahramanı, yenidən məclis sədri seçilməsi münasibətilə təbrik edirik. Bütün həyatı dürüstlüklə keçmiş, Ərbakan müəllimimizin çox sevdiyi möhtərəm insandır. Qara dənizin igidlərindəndir. Allah uzun, xeyirli ömür nəsib etsin, başımızdan əksik etməsin. Sitatlar
İran, Türkiyə və Rusiyanın ittifaq etməsi uzun müddətdir gündəmə gətirdiyimiz mövzudur. Bu ittifaq İngiltərə dərin dövlətinin bölgədəki bütün planlarını pozacaq. Sitatlar
Münafiqlər həmişə qısa ömürlüdür. Çünki həyatları həsəd, stress, gərginlik və alçaldılma içində keçər. Möminlər isə uzun ömürlüdür. Axırzamanda da Mehdi uzun ömürlü olacaqdır. Mehdinin uzun ömrü münafiqləri məhv edən xüsusiyyətdir. Hədislərdə Mehdiyə Əyyub kimi əziyyət gələcəyi, lakin dərhal sonra rahatlıq və asanlıq gələcəyi, Mehdinin də Nuh kimi uzun ömürlü olacağı bildirilmişdir. Sitatlar
Münafiqlər şərt qoyaraq iman edərlər. Ayədə; "çıxılacaq yol onlara uzun gəldi, qısa yol olsaydı mübarizə aparardılar" deyə bildirir Allah. Uzun vəd münafiqin xoşuna gəlməz. Müsəlman İslam hakim olsa da, olmasa da ömrünün sonuna qədər İslamdan bəhs etməklə məsuldur. Münafiqi isə məqam, mövqe, pul sahibi olmaq maraqlandırar. Bu qədər vaxt sonra nemətə qovuşub-qovuşmayacağına baxar. Qovuşa bilmirsə dərhal iyrənc üzünü göstərər. Sitatlar
Müsəlman Allahdan uzun ömür istəyərkən İslam Birliyini görmək, savabını artırmaq, xeyirli fəaliyyətlər göstərmək üçün istəyər. Sitatlar
Münafiqlərin ömrü həmişə qısa olar, çünki həyatları ancaq həsəd etmək, qısqanclıq, xorlanma, alçaldılma və qorxu içində keçər, hər gördüyünü öz əleyhinə zənn edərlər, bu səbəblə də tez əldən düşər və çökərlər. Münafiqlər Allaha düşmən olduqları üçün hüceyrələri də onlara düşmən olur, ona görə çox sürətli yaşlanarlar. Sitatlar
Münafiqin 40 yaşıyla möminin 60 yaşı müqayisə edəndə, möminin 40 yaşı daha çox gəncdir. Münafiq çürümüş kartof kimidir. Münafiqin ömrü qısa olur, möminin ömrü uzun olur. Sitatlar
Atatürk son dərəcə müttəqi insan idi. Namazlarını qılan, Allahı çox sevən, Allaha aşiq bir insan idi. Cibində Quran gəzdirir, ömrü boyu Quran gəzdirdi. Gedin Mavzoleydə baxın. Cib Quranı var idi. Ömrü boyunca heç çıxarmamışdır, həmişə ürəyinin başında gəzdirmişdir. Sitatlar
Sevgi bölgəyə hakim olsa əla olacaq. İnsanların ömrü də uzanar sevgidə. Sevincləri də artar, sağlamlıqları, səhhətləri də artar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur