logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 aprel 2013

avatar

Adnan Oktar

Söyməklə, təhqir etməklə olmaz, fəlsəfə ilə fikir arasındakı fərqi adam bilmirsə, qanun, hüquq onu öyrədər.
A9 TV; 21 aprel 2013
2253
avatar

Adnan Oktar

Elə düşünürlər ki, biz fikrə, düşüncəyə, fəlsəfəyə qarşıyıq. Ədəb-nəzakətinlə istədiyin fikri müdafiə edə bilərsən. Sənə kimsə etiraz edə bilməz. Fikir olaraq istədiyini söylə. Lakin təhqir etməyə hüququn yoxdur. Heç bir Avropa ölkəsində buna icazə verilməz.
A9 TV; 21 aprel 2013
avatar

Adnan Oktar

Adam inanmaya bilər, inanmadığını söyləyə bilər. Kimsə buna bir söz deməz. Amma söysə, təhqir etsə, bunu qəbul etmərik. Haşa və haşa, Allaha, dinə, müqəddəs olanlara, özümüzə qarşı təhqir olunmasına yol vermərik. Kimsə bizi belə bir təhqirə alışdıra bilməz.
A9 TV; 21 aprel 2013
avatar

Adnan Oktar

Böyük canlı günlərin ərəfəsindəyik. 2013-2014-ci illərdə böyük hadisələr baş verəcək. Bu qarşıdakı günlərdə bu yüksəliş davam edəcək. İnsanlıq hz. Mehdi (ə.s)-ı, hz. İsa Məsih (ə.s)-ı tapmağa məcbur olacaqlar, inşaAllah.
A9 TV; 15 aprel 2013
avatar

Adnan Oktar

Sevginin, məhəbbətin azalması, ürəyindən insanlara olan məhəbbətin itməsi onu insan olmaqdan çıxardar, məxluq halına gətirər.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Federasiya sevgisiz insanların eqoist yaşamaq istəyidir.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Yusuf (ə.s)-a hiylə edildiyinə görə Mehdi (ə.s)-a da ediləcək. Onsuz da Yusuf surəsi Mehdi (ə.s)-a ediləcək hücumları simvolik olaraq izah edən ayələrdir.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Təmizlənmə nə deməkdir? Lazımsız artıq şeylər vardır ki, təmizlənər, saflaşar. Mehdi (ə.s) da bunları təmizləyəcək: xurafatçıların xurafatlarını müsəlmanların üstündən təmizləyəcək. Şeytanın oyunlarını müsəlmanın üstündən qaldıracaq. Yerdə qalan saf vəhydən ibarət olacaq.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Elmsizlik kommunizmi, faşizmi, vəhşi kapitalizmi gətirər. Mədəni, məlumatlı bir adam o yollara girməz. Çünki elmi görsə Allahın sənətini görər. Allahın sənətini görsə Allaha aşiq olar. Allaha aşiq olan Allahdan qorxar, Allahı sevər. Qurana tabe olar. Dünyanın ən mükəmməl, ən yaxşı insanı olar, inşaAllah.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Ziyalı Türkiyə demək kommunizmə, faşizmə, vəhşi kapitalizmə qarşı Türkiyə deməkdir. Təhsilli, elmli bir adam necə darvinizmə, materializmə inansın, kommunist olsun?
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın səhv etdiyini zənn etdiyin yerdə o doğrunu etmiş olur. Deyirsən ki, böyük səhv etdi, amma doğru olur. Çünki, Allahın hökmüdür: "Hər şeydə bir xeyir vardır". Hz. Mehdi (ə.s)-ın hər hərəkətində xeyir olur.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

İnsanlar elə zənn edir ki, hz. Mehdi (ə.s) müstəqil gücdür. Halbuki, hz. Mehdi (ə.s) kölgə bir varlıqdır. Allahın idarəsindədir, İslamın hakimiyyətinə Allah onu vəsilə edir, vəssalam. Başqa bir gücü yoxdur. Bütün güc Allahındır. Hz. Mehdi (ə.s)-ın hər addımını, hərəkətini, danışığını, hər hərfini Allah yaradar. Hələ anasından doğulmamışdan əvvəl nə danışacağı müəyyən idi.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Qədər təsadüflər nəticəsində getməz. Qədər Allahın planladığı şəkildə Allahın yaratdığı şəkildə axar. Buna görə başıboş gedən bir qatar, haradan uçacağı müəyyən olmayan bir şey, belə bir quruluş yoxdur. Bu qatarın hara gedəcəyi müəyyən, hansı stansiyalarda olacağı müəyyəndir. Peyğəmbərimiz (s.ə.v) açıqlamış və həmişə oralardan keçir, başqa yerdən keçə bilməz.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Amerika istədiyi qədər parçalamağa çalışsın. Sən ürəkdə birləşdikdən sonra Amerika sənə lap on xətt çəksin, xəttin üstünə basıb keçərsən.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması qəribə görünməsin. Əslində bunların hamısı bir birlikdir. Hz. Mehdi (ə.s) başdır, imamdır, hz. İsa Məsih (ə.s) onun vəziridir. İki fərqli qoldan fəaliyyət göstərirlər, lakin bir birlikdir.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Qurtuluş hz. Mehdi (ə.s) ilə mümkündür. Məntiqli, ağıllı olan da budur. Çünki, tək bir beyin, tək bir ağıl hər şeyi yığışdıra bilər. O oradan çəkər, əgər çəksə, anarxiya olur. Yəni, bir nöqtəni müəyyən bir yerdən çəksən, müəyyən bir nöqtəyə doğru gedər. Dörd adam ayrı nöqtədən çəksə, parçalanar. İndiki sistemdə elə olur.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
A9 TV; 6 may 2013
avatar

Adnan Oktar

Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah.
A9 TV; 5 may 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Elə düşünürlər ki, biz fikrə, düşüncəyə, fəlsəfəyə qarşıyıq. Ədəb-nəzakətinlə istədiyin fikri müdafiə edə bilərsən. Sənə kimsə etiraz edə bilməz. Fikir olaraq istədiyini söylə. Lakin təhqir etməyə hüququn yoxdur. Heç bir Avropa ölkəsində buna icazə verilməz. Sitatlar
Adam inanmaya bilər, inanmadığını söyləyə bilər. Kimsə buna bir söz deməz. Amma söysə, təhqir etsə, bunu qəbul etmərik. Haşa və haşa, Allaha, dinə, müqəddəs olanlara, özümüzə qarşı təhqir olunmasına yol vermərik. Kimsə bizi belə bir təhqirə alışdıra bilməz. Sitatlar
Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar. Sitatlar
Gənclərin öz inanclarında müstəqilliyi gözəllikdir. Kimsə hər hansı fikri qəbul etmək məcburiyyətində deyil, hər kəs azad olsun. Sitatlar
Yoldaşlarımız Tayyib bəyə daha şəfqətlə yaxınlaşsınlar. Təkrar-təkrar nifrət ruhuna məruz qalmaq insanın psixologiyasına zərərlidir, onu köhnəldər. Baş nazirə və yaxınlarına edilən ağır təhqirlər günahdır, eyibdir. Sitatlar
Ən yaxşısı düşüncəni, qarşıdurma yaratmadan ifadə etməkdir. Sitatlar
Tayyib bəy həmişə əziyyət içində yaşamışdır. Tayyib bəyə deyilən təhqirlər onun savabına çevrilər. Sitatlar
İnsanlara öz əxlaq anlayışımızı zorla qəbul etdirə bilmərik, kiminsə inancına qarışa bilmərik. Sitatlar
Baş nazirə təhqir edənlər mühakimə olunmalıdır. Baş naziri xəcalətli etməyə cəhd göstərmək, qürurunu qırmağa çalışmaq çox eyibdir. Buna icazə vermərik. Sitatlar
Mehdiyyətin xüsusiyyəti, insanların xoşbəxtliyini hədəfə almasıdır. Mehdiyyət təzyiq edən deyil. Kiminsə inancına və düşüncəsinə qarışmaz. Hər kəs azad olacaq. Dindar bir mərkəz bütün insanlara sevgi aşılayacaq. Sitatlar
Təzyiq etdikcə insanın qüruru alt-üst olar. İçməyən adama içki içirər, namaz qılan adamı namazdan uzaqlaşdırsan, nə cür hadisə desən başına gələr. Yəni təzyiq insanın tarazlığını pozar. Sitatlar
Azadlıq fərahlıq və bərəkət gətirər. Yəhudiyə də, xristiana da, dinsizə də sahib çıxmaq lazımdır. Belə liberal, fərah, gözəl mühit olsun. Belə mühitdə çox zəngin, tam dolğun din anlayışı hakim olar. Dünyəvilik dinin özündə olan sistemdir. Sitatlar
Kimsə özünə təhqir etdirmədiyi kimi biz də, haşa, Allaha qarşı danışmağa qoymarıq. Sitatlar
Mehdiyyət, müsəlmanlar təhqir olunar, böhtanlar atılar. Mömin bundan təsirlənməməlidir və qorxmamalıdır. Sitatlar
Qanun, hüququn məqsədi, daim gözəl və faydalı insanlar meydana gətirmək, insanları tərbiyə etməkdir. Hüquq insanların zərərlərini əngəlləyən bir nemətdir. Faydasını da gördük. Artıq Fazıl Say insanlara yaraşmayan sözlər və cümlələr işlətmir. Daha da nəzakətli və yığcam danışır. Deməli, hüququn faydası olub. Sitatlar
Firon nə edir? Gizli dövləti olur, qanun, hüquq tanımır. Hz. Musa (ə.s) hekayəsində, Hz. Yusuf (ə.s) hekayəsində də dərin dövlət hakimiyyəti var. FİRON SİSTEMİNDƏ HEÇ BİR ZAMAN ÜÇÜN HÜQUQ YOXDUR. Sitatlar
İstər homoseksual olsun, istər oğru olsun, istərsə də qatil olsun, bir insanın digər insanı öldürmə haqqı yoxdur. Qanun, hüquq var. Problemlər qanun və hüquqla həll edilər. Sitatlar
Türkiyə həm demokratiyada, həm hüquqda, həm azadlıqda, incəsənətdə, keyfiyyətdə, memarlıqda dünyanın ən üstünü olsun. Bütün dünyanı bu yolla xilas edə bilərik. Sitatlar
Dövlətə qarşı söyüşü, təhqiri sərbəst etmək istəyən bəzi kəslər var. Bunu heç bir hüquq dövləti qəbul etməz. Sitatlar
Mələklər imani, Quranla bağlı söhbətləri çox sevərlər, ona qibtə edərlər. Ən sevdikləri şeylərdən biri də belə mühitlərdir. Sitatlar
Mələklər Allah adına səy göstərmək üçün yer üzü ilə həmişə əlaqədədirlər. Yəni, mələklərin ən çox diqqət etdikləri məsələ odur. Mələk boş işlə məşğul olmaz. Boş adamlarla da məşğul olmaz, maraqlanmaz. Mələklər təbliğ edilən, söhbət edilən yerlər, Allah adına cəhd göstərilən yerlərdə cəmləşərlər. Sitatlar
Mələklər Mehdi (ə.s) ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrayıl (ə.s), Mikayıl (ə.s) həmişə yanındadırlar. Mehdi (ə.s)-ın heç xəbəri belə olmaz. Sağında, solunda Cəbrayıl (ə.s), Mikayıl (ə.s) ömrü boyu yanından ayrılmazlar. Sitatlar
Axirətdə mələklərin hamısını görərsiniz. Məsələn, söhbət zamanı necə yanınızda dayanmış, heyrətlənəcəksiniz, təəccüblənəcəksiniz. Haralarda dayanmışlar, necə seyr etmişlər, necə məmnun olmuşlar, necə xoşbəxt olmuşlar, hamsını görəcəksiniz. Allah Öz adına edildiyi üçün çox sevər, bəyənər. Sitatlar
Şeytani fəaliyyətlərlə mələklərin əlaqəsi olmaz. Daha çox günaha batmaları üçün onlarla şeytanlar maraqlanar. Sadəcə onların vəziyyətini təsbit edən mələklər vardır. Yəni, etdiyi əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsin. Allah bilir ki, mələyi vəsilə edər. Sitatlar
Ələvi Allaha, peyğəmbər (s.ə.v)-ə, hz. Əli (r.ə)-a aşiqdir. Ürək əhlidir. Buna görə də Allah onların ürəyinə gözəl sözlər ilham edir. Məsələn, şiə nitq üslubu nəfis, möhtəşəmdir. Ələvi türküləri möhtəşəmdir. İnsan dinləməkdən doymur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur