logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 noyabr 2017

avatar

Adnan Oktar

Tayyib hocamın Azərbaycandakı çıxışında; "xarici ölkədə deyil, evimizdəyik sözü" çox doğrudur. Kompliment olaraq deyilmiş söz deyil, həqiqətən elədir. Azərbaycan və Türkiyə bir-birindən ayrılmayan iki gözəl qardaşdır.
A9 TV; 1 noyabr 2017
1185
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahı anlamaq çətin deyil. Sadəcə səmimi olmaq kifayətdir. Mömin, özünü sıxmadan, iki-üç dəlillə kafi olmağı təmin edər. İnsan Allahın yüzlərlə sənətini bir anda düşünə bilməz. Allahın sənəti düşünməklə bitirilə biləcək kimi deyil. Sırf hüceyrəni düşünməyə cəhd etsək 60-70 il ömür kifayət etməz. Tək bir mitoxondridəki ağıl dünyadakı bütün insanların ağlından daha çoxdur. Tək bir xalçanın tüklərində minlərlə qoyunun məlumatı var. Hər gün Allahı diqqətlə, səmimi ruhla izləmək lazımdır. O zaman da Allah o insana heyrətamiz dərəcədə bərəkət verər. Sitatlar
Allahın nurlu, yaraşıqlı, gözəl nəsil meydana gətirməsi, hamısının sülhü, sevgini, dostluğu istəməsi bahar müjdəsidir. Gözlə görüləcək şəkildə hər şey yaxşılığa gedir. Bacı-qardaşlarımız bir neçə il daha səbir etsinlər nəticə çox gözəl olacaq inşaAllah. Sitatlar
Antidemokratik yollarla İranı dağıtmağa cəhd edən İngiltərə dərin dövlətinin qanunla, hüquqla imkan vermərik. Hər kəs fikrini ifadə edər, hökumətləri tənqid edər. Lakin dövləti, milləti antidemokratik yolla dağıtmağa cəhd edənə tamaşaçı qalmaq olmaz. İngiltərə dərin dövlətinin göstərişi ilə İranı dağıtmağa cəhd edənin başına dünyanı elmlə, qanunla yıxarıq. İran və Türkiyə qədim dost olan iki ölkədir. Bir-birini hər şəraitdə müdafiə edər və dəstəkləyər. İranın yanındayıq, həmişə yanında olacağıq inşaAllah. Sitatlar
Azərilər bizim canımızdır. Nur kimi iki millət, "iki dövlət bir millət" olaraq birləşəcəyik inşaAllah. Bu gözəl günlərə az qaldı. Sitatlar
Bir-iki nəfərin kasıblara yardım etməsi həll yolu olmaz. Allahın Quranda bildirdiyi himayədarlıq sisteminin tam yaşanması lazımdır. Himayədarlıq sistemində hər insan, hər kəsdən öz doğma bacı-qardaşı, anası, atası kimi məsuldur. İstanbuldakı bir şəxs Vandakı bir şəxsdən öz ailəsi kimi məsuldur. O zaman nə kasıblıq, nə də yoxsulluq qalar. Sitatlar
Bir tərəfdə darvinist, materialist, insanın heç bir məqsədi olmadığını söyləyən soyuq dünya, digər tərəfdə isə sevgini, nəzakəti, keyfiyyəti bilməyən, hər şeyi ölümlə cəzalandıran mövhumatçılıq. Gənclər bu iki fəlakətin altında qaldıqları üçün yaşama həyəcanlarını itirmişdilər və laqeyd olmuşdular. Elmlə, irfanla bu iki fəlakəti də aradan qaldırırıq inşaAllah. Sitatlar
Bütün Quranda heyranlıq yaradan riyazi uyğunluq var. İnsanların çoxu bu məsələni elə də bilmir, bilsələr də çox üzərində düşünmürlər. Məsələn, gün sözü 365 dəfə keçir, ay sözü 12 dəfə keçir, günlər sözü 30 dəfə keçir. Bunun kimi çoxlu sayda riyazi uyğunluq var. Sitatlar
Cümhuriyyətin ilk illərindən bəri davam edən və çox vaxt açıqca ifadə edilməyən "xalqı ikiyə parçalamaq" hərəkatı var. Bir tərəfdə Atatürkçü, ziyalı, rəsmi, musiqini, rəqsi, heykəli, incəsənəti sevən, həyat dolu təbəqə, digər tərəfdə isə Atatürkdən xoşlanmayan, içinə qapalı, musiqidən, rəsmdən, incəsənətdən də həzz almayan, əyləncəyə, sevincə, qarşı olan təbəqə var. Bu Türkiyədə qədimdən bəri davam edən adı qoyulmamış parçalanmadır və hər iki tərəf müəyyən şəkildə bir-birinə kin bəsləyər və razılaşa bilməz. Adətən hərbi çevrilişlərdə də bu parçalanma bəhanə göstərilər. 60-cı ildə, 71-ci ildə, 80-ci ildə həmişə belə olmuşdur. Çevrilişlərin anatomiyası təhlil edildikdə bu vəziyyət açıqca görünər. Baxın, məhz bu anlaşmazlığı aradan qaldıran anlayışa sahib olduğumuz üçün hədəf oluruq. Biz izahatlarımızla həm iki təbəqənin bir-birinə olan qəzəbini aradan qaldırırıq, həm də bu iki təbəqənin həyatlarının bir-biri ilə uzlaşmasını təmin edirik. Atatürkçü, ziyalı, mədəniyyətli, bilikli, rəsmdən, incəsənətdən xoşlanan təbəqə ilə dindarlar arasında məsafə olmasının lazım olmadığını göstəririk. Ziyalı, müasir, şən, həyat dolu, incəsənəti, musiqini, gözəlliyi sevən, keyfiyyətə əhəmiyyət verən, Qurana sadiq, Qurana uyğun sünnəni tətbiq edən dost icması olaraq mövcud olmamız çox mühüm fitnəni yox edirik. Həm iki təbəqə arasında razılaşma təmin edirik, həm də iki təbəqənin bir-birinə olan qəzəbinin yersiz olduğunu göstəririk. Beləliklə, millətin və vətənin birliyinə qarşı çox əhəmiyyətli xidmət göstəririk. Çox insan bunu görmür, lakin İngiltərə dərin dövləti görür və buna görə var gücü ilə bizim üzərimizə gəlir. Sitatlar
Dostluqlarda Quranın hakim olması lazımdır. İki tərəf iki ayrı fəlsəfə və düşüncəyə malik olduğu zaman mütləq anlaşmazlıq olacaqdır. Lakin iki tərəf də Quranın hakimliyini qəbul etsə, meyarları Quran olsa, anlaşmazlıq tez həll edilər. Yoxsa bəla yağış kimi yağar, çıxılmaz hal alar. Sitatlar
İnsan daş üstündə yaşasa belə baxışı, sözü, davranışları ilə keyfiyyətini göstərər. Pul keyfiyyətin əsas şərti deyil. Sitatlar
İran və Səudiyyə Ərəbistanı qardaş olması lazım olan iki müsəlman ölkədir. Bu iki gözəl ölkənin arasında gərginlik olmasına heç icazə verməmək, oldusa da dərhal yox etmək lazımdır. Sitatlar
İran və Türkiyə iki dost, iki qardaş müsəlman ölkədir. İrqçi, məzhəbçi anlayış iki tərəfdə də yoxdur. Həmişə dost olacağıq inşaAllah. Sitatlar
Türkiyə ilə İranın birləşməsi demək, İslam Birliyinin imzası deməkdir. İngiltərə dərin dövlətinin sonunun gəlməsi deməkdir. İki ziyalı, iki müasir, iki dindar ölkənin birləşməsi gözəllikdir. Bu gözəlliyin tezliklə reallaşmasını istəyirik. Sitatlar
Yiğit Bulutun "ingilis bəsləmələrinin dövrü bitdi" sözü çox yerində və gözəl olub. Bu dəliqanlı davranışından ötrü ona təşəkkür edirik. Sitatlar
Sevgisizlik çox dəhşətli vəziyyətdir. Dünyada ağlasığmaz dərəcədə sevgisizlik hakimdir. Bu vəziyyəti dəyişdirmək üçün həmişə sevgini gündəmə gətirmək lazımdır. Hökumət üzvləri, nazirlər, jurnalistlər, televiziya işçiləri həmişə sevgidən bəhs etsinlər və sevgini ön plana alsınlar. Həmişə sevgi sözü işlənərsə, insanların qəlbi rahatlayar. Sitatlar
Münafiqlər özlərinin sahibsiz, Allahdan müstəqil olduqlarını zənn edərlər. Talelərini yaşadıqlarını bilməzlər. Quduz itlərin küçədə savaşdıqları kimi rahatca savaşdıqları, sahibsiz hücum etdiklərini düşünürlər. Halbuki bütün etdikləri Allahın əmri ilə olur. Münafiqlərin bu hücumları möminlərin bərəkətini, gücünü artırmaq üçün Allah tərəfindən xüsusi yaradılmışdır. Hər sözü Allahın nəzarəti altındadır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur