logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 İyun 2012

avatar

Adnan Oktar

Terror təşkilatı yanlış fikirlidir və səhv istiqamətləndirilmişdir. Sən də onlara doğrunu öyrətməlisən. Səhv yolda olan bəziləri varsa, səhv hərəkət edirlərsə öyrətməlisən. PKK-lı də səhv öyrədilərək kommunist, Darvinist, materialist olmuşdur. Və, nəhayət, cani olmuşdur. Adam öldürməyin savab olduğu izah edilir. "Bu bir ibadət, üstünlük, yaxşılıq, gözəllikdir" deyirlər.
A9 TV; 23 İyun 2012
1932
avatar

Adnan Oktar

Qazilərimizə gözəl şəkildə sahib çıxaq. Hər yerdə onlara qazi evləri, qazilər üçün lokallar yaradaq. Şəhid ailələri üçün də həmçinin. Orda gözəl xatirələrini izah etsinlər. Bütün millətimiz də onlara sevgi, hörmət göstərsin.
A9 TV; 23 İyun 2012
avatar

Adnan Oktar

Suriya İslam Birliyinə yanaşmadığı, Türkiyədə də İslam Birliyi meydana gəlmədiyi üçün belə ağrı-acılar, iztirablar bir-birinə bağlı şəkildə davam edər, daha da artar, Allahualəm. İslam Birliyi qurulana qədər davam edəcək.
A9 TV; 23 İyun 2012
avatar

Adnan Oktar

ALLAH BİZİM XOŞBƏXTLİYİMİZİ İSTƏYİR. Amma haqqı ilə xoşbəxt olmağımız üçün də mütləq bu imtahandan keçməyimiz lazımdır. Əks halda cənnətdə zövq ala bilməzsən, Allah əsirgəsin.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

PKK İslam Birliyinin olması üçün Allah tərəfindən yaradılır. Yoxsa insanlar nə Mehdi (ə.s)-a tabe olardılar, nə Mehdiyyət inkişaf edərdi, nə də İslam Birliyi olardı. Allah PKK-nı vəsilə edərək insanları oyandırır.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

Allah sonsuz qısa zamanın içində sonsuz uzun zamanı yaratmışdır. Zaman sonradan bizim üçün yaradılmış bir şeydir. Allah zamana tabe deyil. Allah qatında təkcə "an" anlayışı vardır. Artıq burada zaman yoxdur. Sonsuz qısa zaman olub bitmişdir.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

"Allahdan əvvəl nə vardı?" deyirsən. Çünki sənin üçün əvvəl və sonra anlayışı vardır. Allah zamanı yaradır, zaman yox. Təkcə bir an vardır. "An" ən qısa zaman, yəni sonsuz qısa zamandır. Sonsuz qısa zamanın da qarşılığı "an"dır.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

Darvinizm, materializm məhv olmayınca Quranı istədiyin qədər izah etsən də mənası yoxdur. Məktəblərdə biologiya dərsində Darvinizm izah edilir. O müəllim çıxır, din müəllimi girir. "Kainatı Allah yaratdı" deyir. Uşaq hansına inanacaq? Beləcə insan dini şərhi qəbul etmir. “Elmi” görünəni qəbul edir, "ağıllı olan budur" deyir. Bundan sonra istədiyin qədər Quran əzbərlətdirsən də insanın imanı olmadıqdan sonra heç bir xeyiri yoxdur.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

Terrora qarşı, hər kəsin toplu şəkildə mübarizəsi, milli oyanış şəklində hərəkətdə olması lazımdır. Hər cəhətdən, hər fikirdən olan insanların birləşməsi lazımdır. Dövlət anti-komünist, anti-materialist, anti-Leninist istiqamətdə əhatəli iş görməlidir.
A9 TV; 22 İyun 2012
avatar

Adnan Oktar

Necə xurafatçıları, səhv bir düşüncəni fikirlə məğlub etmək əhəmiyyətlidirsə kommunizmi də fikirlə, elmi mübarizə ilə məğlub etmək çox əhəmiyyətlidir.
A9 TV; 21 İyun 2012
avatar

Adnan Oktar

Kommunist quruluş və kommunist etiqad dünya tarixinin ən böyük yenidənqurma dinidir. Kommunist quruluş, kommunist inanc dünya tarixinin ən böyük dini quruluşudur. Hətta qiyamətə yaxın yenə kommunistlər bütün dünyaya hakim olub komünal dövləti quracaqlar. Dünya komunizmini yaradacaqlar. Yəni KOMMUNİZM DÜNYA TARİXİNDƏ ƏN BÖYÜK DƏCCAL HƏRƏKƏTİDİR.
A9 TV; 21 İyun 2012
avatar

Adnan Oktar

Kommunizmdə lider problemi yoxdur. Birini hakimiyyətdən salarsan, başqası gələr. İnsanlar "Necə olursa olsun, biz onu çıxardarıq" deyir. Biz isə deyirik ki, Marksist, Leninist düşüncə fikrən məğlub olanda məhv olar. Onu məğlub edə bilməyəndə isə azğınlaşar, təcavüzkarlaşar.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

MARKSİST, LENİNİST DÜŞÜNCƏ DƏCCALİYYƏTİN PƏNCƏSİDİR. Dəccaliyyətin əlinə düşən bir daha ordan asan qurtula bilməz. Buna görə DƏCCALI YALNIZ FİKRİ MÜBARİZƏ İLƏ, DƏCCAL DÜŞÜNCƏSİNİ MƏHV ETMƏKLƏ ORTADAN QALDIRMAQ OLAR. Dəccal dişləri çox olan varlıq kimidir, azğındır. Top, tüfəng, tapança ilə geri çəkilməyəcək.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Dəccalın pəncəsi Türkiyənin üstündədir. Mehdiyyət də var gücü ilə dəccalın pəncəsini qırmağa çalışır. Lakin buna da müəyyən vaxt lazımdır . 10 il sonra dəccalın qolunu tamamilə qırmış olacağıq, inşaAllah.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Zaman insanın ağlındakı inanc, düşüncəsindəki şərhidir. Bir şeyi digəri ilə müqayisə etməsindən meydana gələn şərhdir.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Allah "ol" deyən kimi kainat yaranır. Allah Qatında təkcə an var. AN SONSUZ QISA ZAMANDIR. SONSUZ UZUN ZAMANI, SONSUZ QISA ZAMAN İÇƏRİSİNDƏ ALLAH YARADIB BİTİRMİŞDİR. Biz də bu anın içərisindəki zamanı yaşayırıq.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

PKK Stalinist, Leninist düşüncə ilə ortaya çıxır ki, bu da hal-hazırda dünyanın ən güclü ideologiyasıdır. Dünya tarixində olan ən böyük batil din dəccalın dinidir.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Dünya hakimiyyəti qəliz mövzudur. Elə fikirləşərsən ki, İslam dünyaya hakim oldu, lakin qütblərdə olan 3 nəfər hələ də tabe olmayıb. Allah onu hakimiyyət saymır. Onların da qəbul etmələri lazımdır. Buna görə də İslam əxlaqının dünyaya nə vaxt hakim olduğu bilinmir.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Dünya ilk dəfə olaraq belə geniş miqyasda İslam hakimiyyəti yaşayacaq, lakin 7-9 il arası sürəcək.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

Çox gözəl olan axır zamandayıq. Hər kəs gözəl şeylər görəcək. Müstəsna, qeyri-adi inkişaflar olur. Daha əvvəl olmayan şeylər indi olmağa başladı. Hələ qarşımızdakı on il çox sevindirici, gözəldir.
A9 TV; 20 İyun 2012
avatar

Adnan Oktar

İslama və Müsəlmanlara qarşı sevgi, şəfqətlə yanaşsalar, insanlarda da sevgi yaranar.
A9 TV; 20 İyun 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
PKK İslam Birliyinin olması üçün Allah tərəfindən yaradılır. Yoxsa insanlar nə Mehdi (ə.s)-a tabe olardılar, nə Mehdiyyət inkişaf edərdi, nə də İslam Birliyi olardı. Allah PKK-nı vəsilə edərək insanları oyandırır. Sitatlar
PKK Stalinist, Leninist düşüncə ilə ortaya çıxır ki, bu da hal-hazırda dünyanın ən güclü ideologiyasıdır. Dünya tarixində olan ən böyük batil din dəccalın dinidir. Sitatlar
PKK-ın hərəkətlərində belə xeyir vardır. Çünki o insanları İslam Birliyinə məcbur edir, birliyə çəkir. Bütün insanların çıxış yolu kimi İslam Birliyini istəməsinə vəsilə olur. Allah tərəfindən yaradılır. Heç bir şey xeyirsiz yaradılmaz. Sitatlar
PKK-ya qarşı elmi, elmi-fəlsəfi mübarizədən istifadə edərək nəticə almaq olar. Fəlsəfi baxımdan qalib gəlməsək, başqa yolla mümkün deyil. Dinlə də mübarizə apara bilməyəcəksən. Dini onsuz da qəbul etmirlər. Təkcə fəlsəfə ilə qalib gəlmək olar. Sən də elm fəlsəfəsi ilə cavab verməlisən. Sitatlar
PKK-ın həlli Darvinizmin, materializmin, Marksist Leninist fəlsəfənin tamamilə yox edilməsi, İslam Birliyinin, Türk İslam Birliyinin yaradılmasıdır. Yəni Mehdiyyətdir. Sitatlar
PKK-ın ancaq imanla, Quranla, iman həqiqətləri ilə, yəni Mehdiyyətlə əzilməsi mümkündür. Bu, tamamilə, kökündən qopardacaq şəkildə dəqiq nəticə əldə olunacaq bir vəziyyətdir Əks halda dəhşətli mübarizə olacaq və heç bir nəticə alına bilməyəcək. Sitatlar
PKK ideologiyadan, saxta da olsa elmdən, fəlsəfədən istifadə edir. Buna qarşı elmlə, ağılla, demokratiya ilə cavab vermək lazımdır. Sitatlar
PKK təbliğat, təhsil, mədəniyyət fəaliyyətləri dövr edən sistemdir. Əsasən, fəlsəfi təhsil verirlər. Fəlsəfi təbliğat edirlər. Səhv də olsa elmi təbliğat edirlər. Bunlara qarşı sussaq "siz haqlısınız" demiş olarıq. Mütləq cavab verilməlidir. Elmi, fəlsəfi əks təbliğat şərtdir. Sitatlar
Hal-hazırda ən əhəmiyyətli olan müsəlman camaatların, qrupların, milliyyətçi qrupların hamısının bir-biri ilə möhkəm əlaqə yaratmalarıdır. Belə bir gücü qarşısında görən PKK geri addım atar. Sitatlar
Əgər PKK zorakılıqdan imtina edərsə, PKK deyə bir təşkilat da qalmaz. Yəni Marksist, Leninist düşüncədən əl çəkir. Sitatlar
PKK problemi, kommunist partiya olduğuna görə sevgi ilə, şəfqətlə, mərhəmətlə həll ediləcək bir şey deyil. Onlar bunu başa düşməzlər. Kommunistlər zorakılıqla ortaya çıxan adamlardır. Ona görə buna qarşı fəlsəfi-elmi izahat lazımdır. Sitatlar
Türk-İslam Birliyi qurulduğu zaman "PKK harada?" deyə məndən soruşacaqsınız. Bunun üçün xüsusi bir əməliyyata ehtiyac da qalmayacaq. Türk-İslam Birliyi qurulduğu zaman PKK kökündən məhv olmağa başlayacaq. Sitatlar
Dövlət materialist təhsil verə bilməz. Darvinizmi , onun saxtakarlıqlarını və eləcədə cavabını izah etsin. Dini, dinə qarşı olanların da fikirlərini izah edə bilərlər. LAKİN BİRTƏRƏFLİ TƏHSİL OLMAZ.  KONSTİTUSİYADA BİRTƏTƏRƏFLİ  TƏHSİLİN QARŞISIN ALINMASI HAQQINDA QANUN VERİLMƏLİDİR. Sitatlar
TƏHSİL AZAD OLSUN. Hər şeyi oxuyaq, öyrənək; kommunizmi də, faşizmi də dərindən bilək,  Yəhudiliyi, İslamiyyəti, təriqətləri, qövmləri bilək, coğrafi, astronomik elmləri bilək. ELMİN QARŞISINDA SƏRHƏD QOYMAQ OLMAZ. Kommunist saytların hamısı açıq olsun, görək. HƏR KƏS HƏR ŞEYİ ÖYRƏNSİN Kİ, İMAN DA QİYMƏTLİ OLSUN. Sitatlar
İmtahanlar olmasa həyatın bütün gözəlliyi yox olar. ÇƏTİNLİKLƏ İMTAHAN VERMƏZSƏK YETKİNLƏŞƏ BİLMƏRİK. Dünyadakı təhsil ağrılar və çətinliklərlə olur. Sitatlar
SONSUZLUQ OLMASI ÇOX BÖYÜK NEMƏTDİR. Dünyada imtahandan keçməsək cənnətin zövqünü anlaya bilmərik. Sitatlar
ƏGƏR  DÜNYA  OLMASA, CƏNNƏTDƏN ALINAN ZÖVQ ÇOX OLMAZ, DEMƏK OLAR Kİ, HEÇ OLMAZ. Allah cənnətdən zövq almamız üçün dünyada bu proseslərdən xüsusi olaraq keçirir. Sitatlar
Reankarnasiyaya inanmaq son dərəcə məntiqsizdir. Bir pişik incələnsə nə olar? Onun təlimatçı, təlim verici heç bir yönü yoxdur. İnsanın imtahanı üçün heç bir mənası yoxdur. Yetkinləşməsi üçün vaxt lazımdırsa, insana dünyada onsuz da qısa bir müddət verilib. İnsanın öyrədilməsi üçün on gün belə kifayətdir, amma Allah 70-80 il verər. Bu, təhsil üçün çox uzun bir vaxtdır. Sitatlar
Uşaqlara Allahı, Quranı sevdirək. Onları darvinizmin, materializmin, kommunizmin fitnəsindən, Allahsız və kitabsız düşüncənin fitnəsindən qoruyaq. Var gücümüzlə onlara müqəddəs olanların, Quranın gözəlliyini öyrədək. Allah sevgisi ilə bu gözəl varlıqların ürəkləri dolsun. Sitatlar
PKK respublika tarixinin ən böyük kommunist cəhdidir. Kommunist bir hərəkat heç vaxt fəaliyyətini dayandırmaz. Sadəcə bir addım irəli atdıqdan sonra, iki addım geri atar. Bu Leninin taktikasıdır. Ancaq təhsillə: anti-darvinist, anti-materialist, anti-marksist təhsillə PKK-ya qarşı mübarizə aparmaq olar. Sitatlar
Xalqı saxta məlumatlara qarşı da təlimatlandırmaq lazımdır. Çünki saxta məlumat verərkən böyük qarışıqlıq çıxar. Dövlət doğru məlumat yayan ünvan verməlidir. Sitatlar
Dövlətimiz darvinist-materialist təhsili tezliklə dayandırmalıdır. Sitatlar
İnsanların çoxunun gərgin vəziyyətlərində başları öz dərdlərinə qarışır. Nə edəcəklərini bilməzlər. Sanki iflic olarlar. Buna görə də xalqın dövlət tərəfindən əvvəlcədən öyrədilməsi, hazırlanması son dərəcə əhəmiyyətlidir. Sitatlar
Mütləq yaxşılar və pislər olacaq. Yaxşılarla pislər mübarizə edəcək, amma pislər məğlub olacaq. Yaxşılar isə qalib gələcək. Onlar cənnətə hazır, öyrədilmiş vəziyyətdə gedirlər. Sevginin, şəfqətin, mərhəmətin, estetikanın, gözəlliyin, keyfiyyətin insanları olaraq cənnətdən həzz alarlar. Əgər insan bu təhsili almasa, cənnət onun üçün bir şey ifadə etmir. Sitatlar
Qazilərimizə gözəl şəkildə sahib çıxaq. Hər yerdə onlara qazi evləri, qazilər üçün lokallar yaradaq. Şəhid ailələri üçün də həmçinin. Orda gözəl xatirələrini izah etsinlər. Bütün millətimiz də onlara sevgi, hörmət göstərsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur