logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 Mart 2013

avatar

Adnan Oktar

Türkiyənin hər yeri gözəldir. İslam Birliyi çox gözəl, bölünmə isə qorxuncdur. Biz qorxunc şeylər, vətənin, millətin əlimizdən getməsini istəmirik. Dinin, imanın əlimizdən getməsini istəmirik. Ona görə bölünməyə qarşı tədbir görürük.
A9 TV; 13 Mart 2013
1087
avatar

Adnan Oktar

Müsəlman səmimi olur. Eşqlə Allahı sevir. Simasını dəyişmir, canından olur. Səmimiyyətimizə təəccüblənirlərsə qoy təəccüblənsinlər. Sona qədər səmimi olmağa davam edəcəyik, inşaAllah.
A9 TV; 13 Mart 2013
avatar

Adnan Oktar

Allaha qarşı dünya tarixində ən böyük meydan oxumaq, haşa, darvinizm ilə baş verdi. Yəni hz. Adəmdən bu dövrə qədər belə bir dəccal davranışı heç olmamışdı. Yəni həmişə şirk də olsa Allaha inanırdılar, amma ilk dəfə insanlar darvinizmlə dünya səviyyəsində 99% nisbətində Allaha inanmayıb darvinizmin boş sözlərinə inandı.
A9 TV; 13 Mart 2013
avatar

Adnan Oktar

Ustad Bədiüzzamanı sevəni canımdan daha çox sevərəm. Ustada kəm baxanı da heç sevmərəm. Onu sevə bilmirsə onsuz da ürəyi qaralmışdır, bu mənim qənaətimdir.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Amerikan dövlətinin, iqtisadiyyatının güclənməsi üçün cəhd göstərək. Amerika yıxılmasın, güclü olsun. Bu alicənablığı, nəzakəti necə öyrəndilər çox təəccüblüdür. Hz. İsa (ə.s)-a sevgilərindən qaynaqlanır, Allahualəm. Allah onu vəsilə edir.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Amerikalılar çox şirindilər. Amerikanın yıxılması çox təhlükəli olar. Amerikanı gücləndirmək, o mədəniyyəti də qorumaq lazımdır. İnsaniyyət cəhətdən amerikalılar çox yaxşı, gözəl insanlardır. Amerikanı dünya səviyyəsində insanlara sevdirək.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Fanatiklərin öz mədəniyyəti, məlumatı, imanı, ağlı da qarşısındakı insanın imanını gücləndirəcək yaxud imansız bir insanın imanına vəsilə olacaq dərəcədə olmur. Danışıq tərzləri çox səthi olur. Ümumiyyətlə, imani mövzulara çox az girirlər.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Fanatiklərdə insanların iman etməsi üçün çalışmaq yoxdur. Sadəcə insanı pisləmək, nifrətini, əsəbini demək vardır.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Fanatiklər öz aralarında xüsusi, klassik sağın bəzi stillərini inkişaf etdirirlər. Estetikadan anlayışları yoxdur. Sənət, keyfiyyət olmur. Bunlardakı paltar anlayışı xarici siyasət anlayışı ilə, hamısı bir-birilə eynidir. Təkcə bir dünyagörüşü var, ikincisi olmur. Dünya görüşləri vəsvəsə halında olur.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Fanatiklərin imanları zəif olur. İmana o qədər də əhəmiyyət vermirlər. Romantik iman axtarışındadırlar. Deyilməyəcək iman anlayışına sahibdirlər. Yəni yüksək, dərin imanı əsas götürmürlər.
A9 TV; 12 Mart 2013
avatar

Adnan Oktar

Mehdiyyət qasırğa kimi əsəcək, dəccaliyyətin, darvinizmin, materializmin saxta dəlillərini yaxud küfrün dəlillərini məhv edəcək. Hz. Musa (ə.s) necə bütü əridərək kül halına gətirib, dağıtdısa, mehdiyyət də darvinizmi elə fikirlə kül halına gətirib dağıdacaq, inşaAllah.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Fələstinin qurtuluşu da, İsrailin qurtuluşu da İslam Birliyinə, mehdiyyətə bağlıdır, inşaAllah.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Bir kəsi özündən çıxaracaq tərzdə danışıqlardan çəkinmək lazımdır. Həmişə İslam Birliyinin İsraili də qoruyacağını, qoruyucu ruhu olduğunu vurğulamaq lazımdır. Daxili, xarici işlərinə müdaxilə edərək deyil, sevgi ilə qoruyacaq.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Mehdiyyət dövründə İsrail də, Fələstinlilər də bayram edəcək. Hər yer bayram ab-havasında olacaq, inşaAllah. Hamısı xilas olacaq. İsraillilər, fələstinlilər xoşbəxt yaşayacaq.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s)-ın məscidini yenidən inşa edəcəyik, inşaAllah. Fələstinlilərlə israillilər qardaş olacaq. Hər kəs öz ibadətini azad şəkildə edəcək. Neçə illərdir davam edən bu çətin, iztirablı həyat bayram sevincinə çevriləcək. Cənab Allah bunu Moşiyahın edəcəyini Tövratda, peyğəmbərimiz (s.ə.v) də hədislərində bildirir.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

İsrail Əhli-Kitabdır. İsrailin dindarları ilə ittifaq edib, dinsizliyi yer üzündən qaldırmağa cəhd göstərmək lazımdır. İsraillə sülh içərisində, qardaş kimi, dostcasına yaşamaq, onlara sahib çıxmaq, onların da fələstinlilərə sahib çıxması ən gözəl hərəkət olar. Bu da İslam Birliyi ilə olacaq, mehdiyyətlə olacaq. Moşiyahın çıxması ilə olacaq.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Namusumuz, şərəfimiz, vətənimiz, millətimiz, bayrağımız, Allahımız, Kitabımız bizim üçün həyatdır. Allah üçün gözümüzü qırpmadan canımızı verərik. Biz Allah üçün yaşayırıq onsuz da.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

İslam bütün orta şərqi əhatələyən, Çin, Rusiyaya, hamısına qarşı şəfqətli olan, Amerikanı da, bütün dünyanı sevən bir sistemdir. Hər kəsi sevən, hər kəsə yaxşılıq edən bir sistemdir.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Allah mehdiyyətin, İsa Məsihin yolunu açmışdır. Bundan başqa bütün yollar bağlıdır. Nəhayətdə Allahın təqdir etdiyi olar.
A9 TV; 9 Mart 2013
avatar

Adnan Oktar

Hiyləli tələ mehdiyyət üçün lazımdır. Hiləli tələ Mehdi (ə.s)-ın qidasıdır. Mehdi (as) onsuz da hiyləli nizamın üstündə inkişaf edir. Dəccalın üstünə basaraq yüksəlir. Fironun üstünə basaraq yüksələr mehdiyyət. Nərdivan kimidir onlar, hər gəldiklərində mehdiyyət bir az daha yüksələr.
A9 TV; 13 Mart 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti dini və həyatı asanlaşdırmaqdır. Hz. Mehdi (ə.s) insanların üzərindəki ağır şərtləri qıracaq.
A9 TV; 13 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Cənab Allah buyurur: "Eqoizmlə deyil, təbii vəziyyətinlə, mehribanlığınla, təvazökarlığınla yaşamalı, həddinizi bilməlisiniz ". Onsuz da biz heçik, təkcə Allah var. Biz kölgə varlıqlarıq. Əlhəmdülillah. Sitatlar
Fanatiklərin imanları zəif olur. İmana o qədər də əhəmiyyət vermirlər. Romantik iman axtarışındadırlar. Deyilməyəcək iman anlayışına sahibdirlər. Yəni yüksək, dərin imanı əsas götürmürlər. Sitatlar
Vəsvəsələr insanlığı həlak edir. Vəsvəsə insanları boğar. Vəsvəsədən Allaha sığınıb ona fikir verməmək ən gözəlidir. Düşünməmək, əhəmiyyət verməmək lazımdır. "Yoldaş, mən səninlə maraqlanmıram. 10 il sonra gəl, o zaman halına baxarıq" deyərsən. Maraqlanmasanız qaçıb gedər. Əhəmiyyət versən təsiri çoxalar. Sitatlar
Biz dininə, dilinə, irqinə görə heç kimə qarşı müxalif çıxmaz, heç kimdən narahat olmarıq. Hamısını canımız olaraq sevərik. Sitatlar
İnsanlar üzərində elmi izahatlar, Quran möcüzələri və iman həqiqətlərinin izahatı təsirli olar. Klassik üslublu izahatlar təsirli olmaz. Çünki ağılın ürəyi təsdiq etməsi lazımdır. Ağıl istifadə edilməsə iman zəif olar. Sitatlar
"Türkiyə yaxın gələcəyin böyük gücü hesab edilir". Bu gözəldir, lakin bunun açıqlanması lazımdır. Böyük gücdə nəzərdə tutulan sevgi, şəfqətdir, Türkiyə imanın böyük gücüdür. Sitatlar
İsraili üzr istədiyi üçün günahkar çıxarmaq səhv olardı. Üzr istəyənin üzrü qəbul edilib, ona nəzakət göstərilər. Amma "necə də üzr istətdik " kimi ifadələr alçaq hərəkətdir, çirkinlikdir. Türk millətinin alicənablığı vardır, buna yaraşan şəkildə hərəkət edilər. Üzr istəyənin qüruru alçaldılmaz. Sitatlar
Əsas məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə, mükəmməl olar. İmanı zəif olsa bir çox şeyə gücü çatmaz. Buna görə, imanı zəif bir insana təsəvvüflə yaxınlaşsan bir nəticə əldə edə bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, sonra nə izah edirsənsə et. Sitatlar
İnsanın ağlı əhəmiyyətlidir. Ağlı görəcək, ürəyi təsdiq edəcək. Ağılla ürək eyni gücdə olmalıdır. İkisi birlikdə hərəkət edəcək. Əgər ağlını istifadə etməsə, sırf ürək ilə təsdiq etmək zəif iman yaradar. Güclü iman, təhqiqi-iman, aynəl-yakin iman çox güclü olar. Sitatlar
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir. Sitatlar
Allah dinin ən parlaq dövrünü axırzaman üçün saxlamış, mehdiyyət dövrünü bəzəmişdir. Sitatlar
Türkiyədə və dünyada müsəlmanlara müasir İslam modelini biz göstərdik. Sitatlar
"Cənab Allah nə deyər", biz yalnız ona əhəmiyyət verərik. Sitatlar
Allah bizim müvəffəqiyyətimizi Qurana uyğun gəldiyi üçün verir. Biz Cənab Allahın dəstəyi ilə bu günlərə gəldik. Sitatlar
Baş nazirimizin üzündə müsəlman nuru var, yaxşı bir insan olduğu aydın olur. Ona güvənirik, könlü rahat olsun. Sitatlar
Baş naziri tək buraxmaq, "nə edirsən et" demək vicdanlı davranış deyil. Millət olaraq ona dəstək olmağımız lazımdır. Sitatlar
Mehdi (ə.s)-ın əsası qələmdən olur. Yəni Darvinizmin, materializmin etibarsızlığını izah edəcək, dinin həqiqətlərini, iman həqiqətlərini izah edəcək, Quran möcüzələrini izah edəcək, Qurandakı şifrələri, sirləri açıqlayacaq. Buna görə hikmət dənizini yarmış olacaq, açıqlamış olacaq. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Mehdi haqqında "dinin ustadı" deyə buyurmuşdur. Sitatlar
Hədisdə bildirildiyinə görə dünya Mehdi (ə.s) ilə, Allahın ilahi işıqlığı ilə işıqlanacaq. Sitatlar
Müsəlman səmimi olur. Eşqlə Allahı sevir. Simasını dəyişmir, canından olur. Səmimiyyətimizə təəccüblənirlərsə qoy təəccüblənsinlər. Sona qədər səmimi olmağa davam edəcəyik, inşaAllah. Sitatlar
Dünyada bizim qədər Mehdi (ə.s)-ı çox izah edən başqa biri yoxdur. Son min ildə Mehdi (ə.s)-ı bizim qədər çox izah edən olmamışdır. Sitatlar
Musiqini Allah dinlətdirir. Allah bəyənməmizi təmin edir. Musiqini eşidərkən, dəhşətə düşərdik. Musiqidən zövq alırıq. Yaradan da Allahdır, zövq verən də Allahdır. Musiqinin hamısı cənnətdə var. Sitatlar
"Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. (Nəhl surəsi, 127)    Öz-özünə səbir edə bilməzsən, Allah sənə səbir etdirər. Qədərində varsa , Allah yaratsa səbir edirsən. Yoxsa səbir edə bilməzsən. Sitatlar
Xurafatçılar, dəccaliyyət hücum edir deyə müsəlman hüznə qapılmamalıdır. Nizam hiylə ilə qurularkən o nizamın qurulmasını Allah müəyyənləşdirir. Allah hikmətlə yaradır. Sitatlar
Allaha qarşı dünya tarixində ən böyük meydan oxumaq, haşa, darvinizm ilə baş verdi. Yəni hz. Adəmdən bu dövrə qədər belə bir dəccal davranışı heç olmamışdı. Yəni həmişə şirk də olsa Allaha inanırdılar, amma ilk dəfə insanlar darvinizmlə dünya səviyyəsində 99% nisbətində Allaha inanmayıb darvinizmin boş sözlərinə inandı. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur