logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 12 dekabr 2016

avatar

Adnan Oktar

Vücudu və ruhu təmiz olmayan, getdiyi hər yerdə bəla meydana gətirən, danışığında nur və aydınlıq olmayan insanlar təmiz və keyfiyyətli olanları qısqanırlar.
A9 TV; 12 dekabr 2016
1882
avatar

Adnan Oktar

İnsanların bir hissəsinə keyfiyyət, incəsənət və gözəlliyin cənnət neməti olduğu öyrədilmədi, bu mövzuda məlumatsız qaldılar.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Türkiyəyə bərəkət gəlməsi və uğursuzluğun aradan qalxması üçün Allahın (haşa) açıqca inkar edildiyi birtərəfli darvinist təhsilin bitməsi şərtdir.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Trump ilk xarici səfərini Türkiyəyə etsin, Türkiyədə onu çox yaxşı qonaq qəbul edək. Putin də gəlsin. Birlikdə görüş keçirsinlər.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Müsəlmanları Quranda təkamül var deyə aldatmağa çalışırlar. Təkamül demək, palçıqlı su içində təsadüflər nəticəsində həyat yarandı deməkdir. Darvinizm təsadüfü haşa İlah qəbul etməkdir. Allahın varlığını açıqca inkar etməkdir. Bu Allahın qəzəbini cəlb edər, Allahın xoşuna gəlməz. Darvinizmi qüvvədən salmağı çətin hesab edirlər. Yanılırlar. Minlərlə, milyonlarla elmi dəlil var, təkcə bu dəlilləri göstərəcəklər.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Mömin igid, ağıllı, etidallı olar. Tələskənlik ruhunda vardır, lakin onu nəzarət altında saxlayar.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Hökumət darvinizmə elmi yolla açıqca zərbə endirsə bütün terror təşkilatları ciyərindən vurulmuş kimi çırpınar, çünki dinləri yox olmuş olacaq. Terroru əvvəlcə batil dinlərini əllərindən alaraq, yəni darvinizmi fikri olaraq yox edib çökdürmək əhəmiyyətlidir.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Dünyanın ən müvəffəqiyyətli, ən ehtişamlı, ən gözəl hərbi ansamblı Mehtər marşıdır.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Türkiyəni hədəf alanlardan bəhs edərkən "ölkələr, kəşfiyyatlar" demək, mövzunun bağlanmasına səbəb olar. İngiltərə dərin dövləti deyilməlidir. İngiltərə dərin dövləti 200 ildir ki, duman pərdəsi yaradıldığı üçün rahat fəaliyyət göstərir. Duman pərdəsini qaldırmaq adını açıqlamaqla mümkün olar.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq eqoistliklə bəslənər. İngiltərə dərin dövləti də münafiqlərin bu cəhətini bildiyi üçün həmişə "sən nə zəkalısan, möhtəşəmsən" deyərək təsir göstərər.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

İslam aləminin başının bəlası İngiltərə dərin dövlətidir. Hərəkətləri üçün münafiqlər, fəlsəfə olaraq isə darvinizm və rumilikdən istifadə edirlər. İngiltərə dərin dövlətinin istifadə etdiyi əsas vəsait münafiqlər olduğu üçün münafiqləri fikri olaraq zərərsizləşdirdiyimiz vaxt əsgərləri yox olacaq.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Osmanlının son dövrlərində idealda bəhs edilən Osmanlı ruhu qalmamışdı. Əbdülhəmid dövründə hər yerə darvinizm və materializm hakim olmuşdu.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Canavarın yetmiş dişi var, lakin canavar bir dənədir. PKK, İŞİD, FETO bu canavarın dişləridir, canavar isə İngiltərə dərin dövlətidir.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

İnsanlar Quranda münafiq ayələrini bilirlər, lakin bu gün həyata necə keçirilir, necə tətbiq olunur bilmirdilər. Biz bunu çox ətraflı izah etdik. Münafiq xarakteri və çirkin hərəkətləri haqqında bu əsrə qədər belə əhatəli izahat olmayıb, münafiqlər də bunun çirkli üstünlüyünü yaşayıblar.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Şəhidlərin yaşadığı aləmdə həm kədərlənəcək hadisə yoxdur, həm də vücudlarında, ruhlarında kədərlənmə mexanizmi yoxdur, təkcə sevinc var.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Şəhidlik bir həyat aləmidir. Şəhidlərin aləmində təkcə müsbət imtahan var, hər şey müsbətdir. Buna görə də, olduqca rahatdırlar inşaAllah. Dünyada qorxu və narahatlıq var. Lakin şəhidlərin olduğu aləmdə hiss etdikləri duyğu, təkcə sevinc və gözəllikdir. (Ali İmran surəsi, 170-171: Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Arxalarından onlara hələ çatmayanlara müjdələmək istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, qəmli də olmayacaqlar. Onlar, Allahdan bir neməti, bir lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin mükafatını puç etmədiyini müjdələyirlər.)
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Şəhid ailəsi olmaq çox böyük üstünlük və şərəfdir. Şəhid ailələrinə hər yerdə ən gözəl şəkildə qulluq edilməsi, hörmət görmələri lazımdır.
A9 TV; 12 dekabr 2016
avatar

Adnan Oktar

Türkiyə hər cəhətdən xeyir yolunda irəliləyir. Vaxt gələcək darvinizm, rumilik tarixə qarışacaq, İngiltərə dərin dövləti böyük gurultu ilə dağılacaq.
A9 TV; 11 dekabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti Yaxın Şərqdə müsəlmanların kütləvi şəkildə məhv edilməsini istəyir. Guya səhvən atılan bombardmanların səbəbi budur.
A9 TV; 11 dekabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti 70 ayrı rəngdə ortaya çıxır. İŞİD, PKK, Gülən təşkilatı, hamısını İngiltərə dərin dövləti təşkil etmişdir.
A9 TV; 11 dekabr 2016
avatar

Adnan Oktar

Suriyada xəstəxanaların bombalanması çox böyük zülmdür. Bu zülm təkcə İslam Birliyi və mehdiyyətlə dayandırılar.
A9 TV; 11 dekabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsanların bir hissəsinə keyfiyyət, incəsənət və gözəlliyin cənnət neməti olduğu öyrədilmədi, bu mövzuda məlumatsız qaldılar. Sitatlar
Hz. Süleyman dövründə də Peyğəmbərimiz (s.ə.v) dövründə də müsəlmanların keyfiyyəti, gözəlliyi İslamın təbliğində çox təsirli olurdu. Müsəlmanların gözəlliyini, keyfiyyətini, nəzakətini, sevincini görən İslamı yaşamağı sevinclə qəbul etməlidir. Keyfiyyətsizlik İslamı daxilən çökdürər. Sitatlar
Müsəlmanların keyfiyyətli, alicənab, mədəni, zövqlü, təmiz, baxımlı olması Quran əxlaqının tələbidir. Qorxunc görünməni din kimi göstərmək zülmdür. Sitatlar
Türkiyə üçün ən mühüm məsələlərdən biri keyfiyyət və incəsənətdir. Mütləq Keyfiyyət və İncəsənət Nazirliyinin yaradılması, bu sahədə təşəbbüs göstərilməsi lazımdır. Sitatlar
İslam müasirlikdir, keyfiyyətdir, sevgidir. Müsəlman baxımlıdır, istədiyi kimi gülər, əylənər, dolu-dolu yaşayar. Əksini söyləyən səhv bilir. Sitatlar
İslam Birliyi mövhumatçılığa əsaslanmayacaq. Müasir, keyfiyyətli, ziyalı, incəsənətə əsaslanan İslam anlayışı hakim olacaq. Sitatlar
Bəziləri İngiltərə dərin dövlətinə qarşı olmağı səhv anlayıb, müasirliyi, keyfiyyəti, yaraşıqlı olmağı uzaqlaşdırırlar, bu böyük səhv olar. Sitatlar
Yol, körpü, bənd inşa edilməsi, incəsənət və azadlıq olmadıqda əksik qalır. Bütün küçələrdə incəsənət olmalıdır, qadınlara azadlıq olmalıdır. İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox mühüm məsələdir. Bu, Türkiyənin mövzuya verdiyi əhəmiyyəti göstərər. Bir addım atılsa arxası gələr. Sitatlar
Türkiyədə gənclərin bir hissəsini nifrətə meyilli, kinli, nəzakətsiz, sevgiyə qapalı, ruhu və bədəni çirkli insanlar halına gətirdilər. Bəzi gəncləri belə sevgisiz və xəstə ruhlu yetişdirmələrinin səbəbi bu insanlardan hər cür alçaq və Türkiyə əleyhinə olan işlərdə istifadə etməkdir. Zarafatları keyfiyyətsiz, ruh və fiziki cəhətdən inkişaf etməmiş cansıxıcı gənclərin yetişməsi İngiltərə dərin dövlətinin xüsusi təşkil etdiyi vəziyyətdir. Vücudu və ruhu özünə küsmüş, dünyadan zövq ala bilməyən, qəmgin tiplər xüsusi olaraq yetişdirilir, bu insanları israrla sevgiyə dəvət etmək lazımdır. Sitatlar
Keyfiyyətin azalması, incəsənətin aradan qalxması, sevincin yox olması, qadın hüquqlarının olmaması çevriliş törədən zehniyyət üçün səbəbdir. Bunlara əhəmiyyət verək. Sitatlar
Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir. Sitatlar
Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur. Sitatlar
İnsanların bir qismi sevgini heç bilmir, həmişə mübahisəçi və tərs üslubdan istifadə edirlər. Üslubları da, vücudları da təmiz olmur. Sitatlar
Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir. Sitatlar
Sevgi, keyfiyyət, təmizlik yoxdursa həyatın nə mənası var? Allahın Kitabını bir dəfə belə oxumadan yaşayırlar. Bunu normal qəbul etməmələri lazımdır. Sitatlar
Möminin kimliyi üzündədir. Nurundan, təmizliyindən bilavasitə əxlaqının gözəlliyi aydın olar. Sitatlar
Münafiqlər fiziki cəhətdən murdardırlar. Müsəlmanların olduğu mühiti də çirklətməyə çalışarlar, küçənin çirkini, murdarlığını içəri daşıyarlar. Münafiqlərin murdarlığı çox təhlükəlidir, ruhi xəstəlik dərəcəsində murdardırlar. Münafiqlər xarici görünüş etibarilə ziyalı, müasir kimi görünə bilərlər, lakin əslində çox əxlaqsızdırlar, çirkli və iyrənclik dərəcəsində murdardırlar. Allah təmiz paltarla məscidlərdə olmağı əmr etmişdir. Küçənin çirki məscidlərin içinə daşınmaz. Sitatlar
Təmizlik çox əhəmiyyətlidir, insanın fitrətində var, müsəlman tahir olar, xanımlar və bəylərin hər zaman baxımlı olması lazımdır. Sitatlar
Türkiyə çox keyfiyyətli hala gətirilsə hər yerdə incəsənət, bağlar, bağçalar, tərtəmiz küçələr olsa beyin axını deyə bir şey də olmaz. Sitatlar
Küçələrdə demək olar ki, xoşbəxt insan yoxdur. İnsan bəyənilməkdən, sevilməkdən çox zövq alar, lakin bəzi kəslər bəyənilmə istəklərini itirmişdir, sevənləri də yoxdur. Bəyənilmək istəyini əxlaqi deyilmiş kimi göstərirlər. Təmiz, baxımlı olmağı cinayət halına gətirdikləri üçün baxımsız, zövqsüz gəzirlər. Sitatlar
İslamda musiqi, əyləncə, gözəllik, sevinc, iffət, təmizlik, ağıl, sevgi, ehtiras, yəni gözəl olan hər şey vardır. Sitatlar
Müsəlman hər zaman cənnət gözəlliyində olmalıdır. Qadın və kişi həmişə yaraşıqlı, baxımlı, təmiz və nəcib olmalıdır. Allah Əraf surəsinin 31-ci ayəsində; "Ey Adəm oğulları, hər məscid yanında zinətlərinizi taxın. Yeyin, için və israf etməyin. Çünki O, israf edənləri sevməz" deyə bildirir. Sitatlar
Türkiyə dünyanın sevgi mərkəzi olmalıdır, sevgi müəllimlərinin məktəbi olmalıdır. Mərhəməti, şəfqəti, sevgini, dostluğu, qardaşlığı, yaxşılığı, gözəlliyi, təmizliyi dünyaya biz anlatmalıyıq. Sitatlar
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir. Sitatlar
Mömində əsas olan yaş deyil, ruhdur. İnsanın ağlına görə əlaqə qurular. Ruhun yetkinləşmə sürəti bədənin yaşlanma sürəti ilə eyni olmaya bilər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur