logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 fevral 2018

avatar

Adnan Oktar

Xəstələr haqlı olaraq həkimdən şəfqət və qayğı gözləyər. Həkimlərimizə və səhiyyə işçilərinə şəfqət göstərmək isə bütün millətimizin məsuliyyətidir. Hər yerdə qayğı, hörmət, şəfqət və incəlik görmələri lazımdır.
A9 TV; 16 fevral 2018
2189
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağlı, sevgini, nəzakəti, gözəlliyi, keyfiyyəti ön plana alan həqiqi Quran müsəlmanlığını, ən çox əleyhinə olan insanlar belə şüur altında qəbul etmiş vəziyyətdədirlər. Bizim bəhs etdiyimiz həqiqi İslam xaricində yaşana bilər başqa model olmadığını bütün insanlar dərk edir. Sitatlar
Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək. Sitatlar
Məqbul olan, insanın bütün həyatını Allah üçün yaşamasıdır. Bütün həyatını Allah üçün yaşayan cənnət həyatı yaşayar. Hədəfi dünya zənginliyi olmaz, amma baharda çiçəklərin açması kimi həyatı yamyaşıl canlı olar. Allahdan diqqəti heç vaxt ayırmamaq, Allaha həmişə güvənmək, həmişə Allahın lehinə düşünmək, Allahın sonsuz gücə sahib olduğunu beyninin imkanları qədər qavramağa çalışmaq, bütün həyatını Allaha görə tənzim etməən çox möhtəşəm yaşayar. Sitatlar
Şəhid dəfnlərində hüznlü musiqi istəmirik. Biz millət olaraq şəhidlərimizlə qürur duyuruq, şəhidlərimizin ləyaqətlə, sevinclə yola salırıq. "Qəlbimizdən vurulduq", "evlərə atəş düşdü" kimi üslubları müsəlman millətimizə yaraşmaz. Millətimizin inancına tərs olan bu üslubun bütün mətbuatdan və bütün yazılardan silinməsini istəyirik. İgidlərimiz "biz toya gedirik" deyirlər. Onların bu igidliyinə qarşılıq, şəhid olduqlarında hüznlü musiqiləri çalmaq, hüznlü danışmaq şəhidlərimizi incidər. Sitatlar
Bir çox insan başqa yerlərə diqqətini yönəltdiyi üçün Türkiyənin qarşısında əsas qüvvənin və təhlükənin İngiltərə dərin dövləti olduğunu görmür. Yaxın Şərqdəki bütün fitnələrin, iğtişaşın təşkilatçısı İngiltərə dərin dövlətidir. Yaxın tarixdəki hadisələri diqqətlə təhlil etsələr bunu görərlər. Biz sənədləri ilə İngiltərə dərin dövlətinin üzərindəki pərdəni qaldırdığımız üçün, dəccaliyyəti ifşa etdiyimiz üçün heyrətamiz dərəcədə narahat oldular. Elmlə, irfanla, qanunla dəccaliyyətin bütün pərdələrini qaldırmağa davam edəcəyik. Sitatlar
Biz ingilis xalqını və dövlətini sevirik, hörmət edirik. Biz İngiltərə dövləti və xalqına müsəllət olmuş İngiltərə dərin dövləti ilə elmi mübarizə aparırıq. İngiltərə dərin dövlətinin bütün oyunlarına qarşı ayıq-sayıq vəziyyətdəyik və həmişə diqqətli olacağıq. Sitatlar
Hər səhəri Allaha inancla, Allaha güvənərək və Allahın böyüklüyünü xatırlayaraq başlamaq çox əhəmiyyətlidir. Allahın böyüklüyünü bilərək oyanmaq qəlbə böyük fərəhlik verər və mömini ən çox Allahın sonsuz böyüklüyünü xatırlamaq rahatlaşdırar. Belə oyanan insan bütün günü rahat və təvəkküllü olar, lakin Allahın böyüklüyünü unutsa bütün günü qorxu ilə keçər. Sitatlar
İngilis dərin dövləti müsəlman ölkələrin mənəviyyatını zəiflətmək üçün homoseksuallığı istifadə edir. Allahın haram etdiyi homoseksuallığı öz aləmlərində leqallaşdırmağa çalışırlar. Bu böyük təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının çox diqqətli olması əhəmiyyətlidir. Sitatlar
İnsanlar önümüzdəki illərdə çoxlu möcüzə ilə qarşılaşacaqlar. Bu vəziyyət həmin dövrdə yaşayan gənclər üçün çox böyük nemətdir. Hz. İsa və hz. Mehdini görəcəklər, müqəddəs sandıq tapılacaq, müqəddəs əmanətləri görəcəklər, Kəbənin altındakı xəzinələr üzə çıxacaq, Nəmrudun məzarı açılacaq və orada bütün gizli məlumatlar ortaya çıxacaq, Misirin bütün sirləri açıqlanacaq. Ağlın ixtiyarı yox olmayacaq, lakin 3-5-10 ilə çox möcüzəvi hadisələr olacaq. Sitatlar
Münafiq böyük olduğunu hiss etdirmək istəyər, süni hörmət arxasınca gedər. Buna görə də, dini yaşayırmış təəssüratı verməyə çalışar, təqvalı müsəlman təqlidi edər. Bunu edərkən də özünü haşa Peyğəmbərdən, Allahdan daha böyük görər. Münafiqin qəribə cəhəti, açıq-aydın küfr əhlinin yanına getmək, küfr əhli ilə yaşamaq varkən bütün vaxtını müsəlmanlarla mübarizə aparmağa ayırmasıdır. Peyğəmbərə və Peyğəmbərin yanındakı sadiq səhabələrə düşmən olar, onlarla mübarizə aparar. Gecə-gündüz müsəlmanlar əleyhinə fəaliyyət göstərər, hətta ölümü gözə alar. Lakin münafiq müsəlmanlarla mübarizə apararkən daxilən də həmişə zəifləyər. Şeytan onu ələ keçirdiyi üçün çox hüzursuzdur, dəli dana kimidir, nə edəcəyini, kimə necə sataşacağını bilməz. Buna görə də, münafiqlərin yanına küfr əhli də yaxınlaşmaz. Sitatlar
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər. Sitatlar
Səmimiyyətin yeganə məqsədi sevgidir. Gözəl gördüyümüz hər şeyin məqsədi sevgidir. Şeytan bunu öldürməyə çabalayır. Darvinist təbəqədə də, ənənəçi təbəqədə də sevgini aradan qaldırma istəyi var. Bütün gücümüzlə buna elmlə, irfanla mane oluruq. Sitatlar
Tayyib hocamla şəxsən heç tanış olmadım, lakin Allah yolunda səmimiyyətlə səy göstərdiyini görürəm. Bütün müsəlmanlara sahib çıxır, dəliqanlıdır, İngiltərə dərin dövlətinin təzyiqindən zərrə qədər də qorxmur. Bələdiyyə sədri olduğu dövrdən bəri səmimiyyətini gördük, bilirik. Sonuna qədər həmişə yanında olacağıq inşaAllah. Sitatlar
Türkiyə çox müasir olarsa, Qərbin Türkiyə əleyhindəki bütün hücumları qüvvədən düşər. Türkiyə ultra müasir həyat tərzini müdafiə etdiyini vurğularsa, Amerikanın PKK-nı dəstəkləməsi məsələsi də qalmaz. Türkiyə əlbəttə terrora qarşı haqlı mübarizəsinə davam edəcək. Amma fəlsəfi yöndən çözüm axtarırsa Türkiyənin müasir olduğunu vurğulaması əsasdır. Sitatlar
Yaradanı buraxıb bütün diqqətini Onun yaratdıqlarına vermək həm məntiqli deyil həm də vicdana ziddir. Yaradana heç bir diqqətini verməyib yalnız yaratdıqlarına görə hərəkət etsən Allah səni əzər. Bunun da məqsədi insanın Allaha dönməsini təmin etməkdir. Sitatlar
Allaha tam güvənən insanın bütün işləri mütləq lehinə nəticələnər. Hadisələr qarışıq kimi görünsə də, tərs gedir kimi görünsə də, nəticəsi mütləq onun lehinə olar. Sitatlar
Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər. Sitatlar
Dünya çox genişdir, bütün insanlar həmişə birlikdə hüzur içində yaşaya bilərik. İsrail, İran, İraq, Suriya hamısı çox geniş torpaqlardır. Gəlin bu torpaqlarda bir arada qardaşca yaşayaq. Bölüşəmədiyiniz nədir? Gəlin birlikdə sülh içində yaşayaq. Sitatlar
14 mart Tibb bayramını təbrik edirik. Həkimlərimiz və bütün səhiyyə işçilərimizin əl üzərində tutulması lazımdır. Xüsusilə xəstəxanalarda səhiyyə işçilərinə istiqamətli hücumlar əsla qəbul edilməməlidir. Xəstəxanalarda çalışanlar üçün mütləq təhlükəsiz otaqlar təsis edilməli və hər xəstəxanada iki xüsusi hərəkatçımız sabit olaraq olmalı. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur