Mensturasiya dövrü
466
Menstruasiya dövrü mayalanmamış yumurtanın orqanizmdən kənara atılması dövrüdür. Mayalanma prosesinə əvvəlcədən hazırlanmış rəhm divarı mayalanma həyata keçirmədiyi üçün gərilir və kapillyar damarların qopması ilə birlikdə yumurta xaric edilir. Bu dövrdən sonra bədən bütün bunları yenidən etmək üçün hazırlıqlara başlayır.
Bu mərhələlərin hamısı müəyyən bir dövr ərzində bütün qadınlarda davamlı olaraq təkrar edilir. Hər ay yeni yumurta hüceyrələri meydana gəlir, eyni hormonlar eyni dövrlərdə təkrar olaraq ifraz edilir. Qadın bədəni sanki tezliklə mayalanma olacaq kimi hazırlanır. Ancaq bədəndəki bu hazırlıqların istiqaməti spermanın olub-olmamasından asılı olaraq son mərhələdə dəyişir.
Qeyd edilən dövrdə qadın bətnindəki boşluqda hansı dəyişikliklərin olmasını təsbit etmək yalnız bir anatomun və ya ginekoloqun apardığı tədqiqatlarla mümkündür. Alimlərin yaxın tarixlərdə kəşf etdiyi bu dəyişikliklərə "Rəd" surəsinin 8-ci ayəsində möcüzəli şəkildə diqqət çəkilir:
"Allah hər bir dişi məxluqun nə daşıdığını (nəyə hamilə qaldığını), bətnlərinin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir".("Rəd" surəsi, 13/8)
Rəhm divarındakı endometrium təbəqəsi (rəhm mukozası) menstruasiya dövrünün başlanğıcında 0,5 mm qalınlığında olur. Yumurtalıqlar tərəfindən ifraz edilən hormonların təsiri ilə bu təbəqə böyüyür və onun qalınlığı 5-6 millimetrə çatır. Mayalanma olmayanda isə təbəqə tökülür. Yuxarıdakı ayədən də göründüyü kimi, rəhm divarında hər ay təkrar edilən bu artıb-azalmalara Quranda diqqət çəkilir.
Bədən
Bədən elektriki
Bədən sistemləri
Bədənin Təkrar Emal Sistemi
Devonian dövrü
Doğum
Doğuş möcüzəsi
Ginekoloq
Hamiləlik
Hormon möcüzəsi
Hormonal Sistem
Hüceyrə
Hüceyrə Biologiyası
Hüceyrə zəri
Hüceyrənin Möcüzəsi
Körpə
Sinir hüceyrəsi
Sperma
Yumurta
Yumurtalıq
anatomist
bədən indeksi
hormonlar
primitiv hüceyrə iddiası