logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 mart 2016

avatar

Adnan Oktar

Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
A9 TV; 2 mart 2016
1134
avatar

Adnan Oktar

"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Ortodoks İslam anlayışı insanların gümrahlığını yox edib beyinlərini iflic edir. Bunun nəticəsində həmişə əzilən cəmiyyətlər yaranır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

"Allahın rəhmətindən kafirlərdən başqası ümid kəsməz" deyir Allah. Bir insanın düzəlməsindən ümid kəsmək çox anormaldır. Nəsihət verib doğru yola gəlməsi üçün səy göstərmək lazımdır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Sevgini yayaq. Müəllimlər məktəblərdə bir dəfə şagirdlərinə sevgidən bəhs etsələr, uşaqlar çox açılarlar. Sinif müəllimləri: "Uşaqlar bir-birinizi sevin, dost olun, qardaş-bacı olun" desə, "sevgi çox gözəl şeydir" desə, "sevgiyə bütün insanların ehtiyacı var" desə, uşaqlar bunu ömür boyu unutmazlar. Bunu bütün müəllimlərdən xahiş edirik. Bütün Türkiyə səviyyəsində sevgidən bəhs etsinlər. Bir kəlmə.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Hədislərə görə, İsa Məsih (ə.s) ilə Mehdi (ə.s) namaz vaxtı qarşılaşacaq. İsa Məsih, Mehdiyə: "İmam ol, namazı sən qıldır" deyəcək və Mehdi həmin andan etibarən dünyanın imamı olacaq.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin "İsa Allahdır" desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Mömin nəsihətə açıq olmalıdır. Xətalı olması problem deyil, lakin söz dinləyən olmalıdır. Yəni həyasız, nəzakətsiz olmamalıdır, lovğalıq etməməlidir. Nəzakətiylə Quran ölçüsü çərçivəsində dinləyib: "etməyə səy göstərəcəyəm" deməlidir, edə bilməsə də.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz.
A9 TV; 29 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar. Sitatlar
Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır. Sitatlar
Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır. Sitatlar
Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar. Sitatlar
Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər. Sitatlar
Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz. Sitatlar
Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur. Sitatlar
Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun. Sitatlar
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır. Sitatlar
Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq. Sitatlar
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Sitatlar
Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən. Sitatlar
İnsan bilik sayəsində vəhşi insan ola bilər. Məsələn, kommunist, stalinist, terrorist ola bilir. Lakin sevgiylə belə olmur, sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə sevginin birləşdirdiyi vaxt, ortaya möhtəşəm bir şey çıxır. Sitatlar
Allah səmimi sevgi istəyir, səmimi olaraq sevilmək istəyir, çox sevilmək istəyir. Yoxsa Allah üçün, kainatın bir mənası yoxdur. Yəni Allah, sevgi olarsa bəyənir. Sitatlar
Bir şeyin ziddi olmadıqda doğru olan necə ortaya çıxa bilər? Şeytan olmayacaq, nəfs olmayacaq və biz imtahan olacağıq? Gözəli və doğru olanı görəcəyik? Bu qeyri-mümkündür. Yüksək sevgini əldə etməyimiz qeyri-mümkündür, yüksək ağlı əldə etməyimiz qeyri-mümkündür. Uşaq dövrümüzdəki kimi qalarıq, təkmilləşmərik. Sitatlar
Allah səmimi olaraq sevilmək istəyir. Həqiqi sevginin əldə edilə bilməsi üçün də, əziyyət və şeytan olmalıdır. Sitatlar
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq. Sitatlar
İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil. Sitatlar
Mehdiyyət çox uzun bir dövrdür. Dövrün uzun olmasının, 40 il davam etməsinin səbəbi savabının çox olması üçündür. Yoxsa Allah istəsə, İslamı bir ildə də hakim edər. Lakin o zaman bir illik savab alınar. Allah savabının çox olması üçün mehdiyyəti 40 ilə yaymışdır. Sitatlar
Beyninin içindəki təsvir sənə necə təlimat verir ki, səni İslam yolundan uzaqlaşdırır? Ağlın bu qədər mi zəifdir? “Ətrafımdakılar (yəni beynimin içindəki təsvir) mənə icazə vermədi” deyir. Sən Allaha itaət etsənə. Beyninin içindəki təsvirə niyə itaət edirsən? “Çox canlı görünür” deyir, “həqiqi kimidir” deyir. Həqiqi kimi olması əhəmiyyətli deyil. Bu, imtahan üçün yaradılan xəyaldır. Mütləq həqiqət olan Allahdır. Sitatlar
Allah insanların böyük hissəsini çirkin yaradır, bəzilərini qısa boylu yaradır, bəzilərini artıq çəkili yaradır. Bu, insanların azmasına mane olar. Çox gözəl insan nadir olur, onlarda da bir çox xəstəlik, dərd olur. Ən gözəl insanın belə ömrü çox qısa olur. Yəni böyük imtahan mühiti var və bu mükəmməl işləyir. Sitatlar
Bəzi müsəlmanlar: "Mən yaxşı insanam, mənim başıma bəla gəlməz" deyirlər. Belə olarsa çox qəribə olar. İmtahan mühitində xüsusi olaraq çox ciddi şəkildə qorunsan, bu ağlın ixtiyarını əldən alar. Sənin də ağlının ixtiyarını əldən ala bilər. Sən də imtahan olunursan. Məhz bundan ötrü peyğəmbər də xəstələnir. Sitatlar
Allah tərəfdarlarını, Allah hiss etdirmədən qoruyar. Allah düşmənlərini də, Allah hiss etdirmədən əzər. Bu hiss etdirməmə heyrətamiz sənətdir. Bu hiss etdirmədən ötrü imtahanın sistemi oturur. Sitatlar
Dünyadakı çətinliklər güclü imanın və Allah sevgisinin göstərilməsi üçün lazımdır. Çətinliklərin nemət tərəfini görüb Allaha həmişə şükür etmək lazımdır. Hz. Musa (ə.s)-ın imtahanındakı çətinliklərin hər biri Allahın onu sevməsi üçün vəsilə oldu. Sitatlar
"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur