logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 may 2016

avatar

Adnan Oktar

İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq.
A9 TV; 1 may 2016
1658
avatar

Adnan Oktar

Rumların, musəvilərin varlığı gözəllikdir. Onlar da bu ölkənin bəzəyidir, hamısı bizim qardaşımızdır. İslam ölkələrində musəviyə rast gəlmək demək olar qeyri-mümkündür. Halbuki hər yerdə olsunlar, hər yerdə rahat yaşasınlar.
A9 TV; 30 aprel 2016
avatar

Adnan Oktar

Cəhənnəm əhli ağılsız olduğu üçün cəhənnəmdən çıxış yolu olacağını zənn edər və həmişə özlərini alçaldarlar.
A9 TV; 30 aprel 2016
avatar

Adnan Oktar

Təkamülü müdafiə edən, təsadüfən meydana gəldiyini iddia edən insanların cəhənnəmdəki bədənləri özlərinin bu dünyada iddia etdikləri kimi mutasiya ilə meydana gəlmiş kimi qarmaqarışıq və yararsızdır.
A9 TV; 30 aprel 2016
avatar

Adnan Oktar

Əzrail Allahın sevdiyi mübarək bir mələkdir. Əzraillə əlaqədar danışarkən çox hörmətli bir üslubdan istifadə edilməlidir.
A9 TV; 30 aprel 2016
avatar

Adnan Oktar

Gözəl, cazibədar, baxımlı, yaraşıqlı olmağı qadağan etmək iffəti təmin edən şey deyil. Namuslu və iffətli olmaq vicdan və ağıl məsələsidir.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Homoseksuallığın zarafatı olmaz. Belə çirkin bir hərəkətin, belə qorxunc bir hərəkətin zarafatı olmaz. Bu dəhşətli bir şeydir. Televiziya proqramları və başqa yerlərdə var gücümüzlə bu üsluba qarşı çıxmalıyıq.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Qadınları cazibədar olmaqdan uzaqlaşdırmaq istəyirlər. Məhz bu zaman uşaqlardan sui-istifadə halları yaranmağa başlayır. Şeytan bəzi insanları bu bəlaya düçar edir. Halbuki qadın təbii ki, bəzəkli, baxımlı, cazibədar olmalıdır, eyni zamanda iffətli və namuslu olmalıdır.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Qadın cazibədar, baxımlı, cəlbedici, lakin çox iffətli olmalıdır. Cazibədar olmaq haram deyil. Haram olan iffətsizlikdir.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Allah qadınları nur kimi tərtəmiz yaradıb, tam fitrətə uyğun. Halal yolla al, nikahla. Ömür boyu bax, axirətdə də birlikdə ol. Homoseksuallıq əbədiyyən haramdır. Tərtəmiz qadın varkən, gözəl, təmiz qadın varkən kişilər arası əlaqə qorxunc və iyrənc hərəkətdir.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Homoseksuallıq fitrətə tamamilə tərs və iyrənc azğınlıqdır. Allah nikahlı olmaqla qadınları halal etmişdir. Gözəllik və nemət budur.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

Əzablar, sıxıntılar, çətinliklər bunların hamısı müvəqqətidir. Sonunda dünya çox gözəl olacaq. Cənnətdə də möminlər qardaş olaraq hüzur içində çox gözəl yaşayacaqlar.
A9 TV; 28 aprel 2016
avatar

Adnan Oktar

İslamda tam azadlıq vardır. Sadəcə halallar və haramlar var, bu qədər. İnsanlar bunun içində mümkün qədər sərbəstdir. Yəni İslamda cəmiyyət təzyiqi yoxdur.
A9 TV; 27 aprel 2016
avatar

Adnan Oktar

Küfrdə azadlıq yoxdur. İslamda azadlıq var. Fironda, Nəmrudda azadlıq yox idi, lakin Rəsulullah (s.ə.v) dövründə azadlıqlar tam idi. Xristianlar da, musəvilər də sərbəst idi. Həmçinin sevgi, şəfqət, diqqət və qayğı görürdülər. Hər mövzuda qorunub himayə olurdular. Lakin Firon hər kəsi əzirdi.
A9 TV; 27 aprel 2016
avatar

Adnan Oktar

Dünyəvilik, Quranda hakim olan düşüncə formasıdır. Allah ayədə, "de: Sizin dininiz sizə, mənim dinim mənədir, deyir", (Kafirun surəsi, 6). Məhz bu ayə dünyəviliyin qısa xülasəsidir.
A9 TV; 27 aprel 2016
avatar

Adnan Oktar

Terrorist olmağın sərbəstliyi olmaz. Zülm etməyin sərbəstliyi olmaz. Əxlaqsızlığın sərbəstliyi olmaz. Pislik etməyin, alçaqlığın sərbəstliyi olmaz. Lakin hər kəs inancında sərbəst olmalıdır, dindar və sərbəst olmalıdır.
A9 TV; 27 aprel 2016
avatar

Adnan Oktar

Dünyəvilik demək; dinsiz də rahat yaşayacaq, xristian da, musəvi də rahat yaşayacaq, müsəlman da rahat yaşayacaq deməkdir; inanclarına mane olmayacaqsan. Heç kim başqasını məcbur etməyəcək, təzyiq göstərməyəcək. Dünyəviliyin mənası budur. Hər kəsin həyat tərzi sərbəst olmalıdır.
A9 TV; 27 aprel 2016
avatar

Adnan Oktar

Bütün peyğəmbərlər dövründə edilən alçaq hərəkətlərin, hər dövrdə peyğəmbərlərin mübarizə apardığı alçaq hərəkətlərin min qatı var hazırda. Həmçinin Allah bu bəlanı aradan qaldırmaq üçün Xatəmə vəli olan İmam Mehdi (ə.s)-ı və bütün xristian və müsəlman aləminin sevgilisi olan həzrəti İsa Məsihi göndərir.
A9 TV; 26 aprel 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) ölən birinin ardından yas tutmağı haram etmişdir. Təvəkkül etməmək, Allahın etdiyinə razı olmamaq haramdır.
A9 TV; 25 aprel 2016
avatar

Adnan Oktar

Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan.
A9 TV; 25 aprel 2016
avatar

Adnan Oktar

Dəccal Allahsız, dinsiz, homoseksual bir dünyanı hədəfləyir. Bunun edilməsinə imkan verməyəcəyik. Dəccal bunu edə bilməyəcək və məğlub olacaq. Görəcəksiniz, şam kimi əriyəcək. İsa Məsih və Mehdi (ə.s)-ın vəsiləsi ilə Allahın icazəsi ilə yerlə-yeksan olacaq. Elmlə, irfanla, sevgiylə, doğru bilgi ilə, qanunla, hüquqla bu fitnəni yox edəcəyik.
A9 TV; 25 aprel 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən. Sitatlar
Hər yer möcüzə doludur. Mömin, bu möcüzələri yadda saxlaya bilmək üçün, Allaha dua etməlidir. Möcüzələrdəki mükəmməlliyin həyəcanını və şokunu yaşamaq üçün dua etməlidir. Həmçinin bu məlumatın meydana gətirdiyi təqdir hissini Allaha təqdim edə bilməyi Allahdan istəməlidir. Sitatlar
İnsanlar ülfət dənizinin içində üzür. Bu ülfət dənizindən çıxıb, bəsirətlərini, fərasətlərini açıb bu bəladan xilas olmalıdırlar. Yoxsa insan sırf hüceyrədəki möcüzəni öyrənsə heyrətamiz imana sahib olar. Peyğəmbər imanı kimi olar imanı. Lakin bəsirət bağlanıb. Sitatlar
İman olmazsa nə olar? Heç nəyin dəyəri qalmaz. İman insana heybət və gözəllik verər. Allah sevgini imanla meydana gətirir. Sitatlar
Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir. Sitatlar
İnsan bilik sayəsində vəhşi insan ola bilər. Məsələn, kommunist, stalinist, terrorist ola bilir. Lakin sevgiylə belə olmur, sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə sevginin birləşdirdiyi vaxt, ortaya möhtəşəm bir şey çıxır. Sitatlar
Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq. Sitatlar
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Sitatlar
Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq. Sitatlar
Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin. Sitatlar
Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun. Sitatlar
Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur. Sitatlar
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır. Sitatlar
Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar. Sitatlar
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən. Sitatlar
Allah üçün olana sevgi deyilər. Allahın rizasının ən çoxunu axtarırsansa sevgi çıxar. Yoxsa sevgi olmaz. O, texniki əməkdaşlıq olar. Sitatlar
Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır. Sitatlar
Allah sevgisinin əldə edilməsi üçün, mütləq əziyyət olmalıdır. Əziyyətin olması üçün də, şeytan olmalıdır. Şeytan da əsasən münafiqlərdən istifadə edər, küfr əhlindən istifadə edər. Sitatlar
Cənnətin bağçaları var, bağları var, meyvələri var, çayları var, cənnətdə hər şey var, lakin sevgi olmasa insanlar üçün də bir mənası qalmaz, Allah üçün də mənası olmaz. Cənnət sevgiylə gözəl olar. Sitatlar
Allah səmimi sevgi istəyir, səmimi olaraq sevilmək istəyir, çox sevilmək istəyir. Yoxsa Allah üçün, kainatın bir mənası yoxdur. Yəni Allah, sevgi olarsa bəyənir. Sitatlar
Gördüyü işi Allah rizası üçün görməyən mütləq məğlub olar. Ölçü Allah rizasıdır. Allahın rizasını qazanmağa çalışanın, yolu həmişə açıq olar. Bu gizli bir gücdür, naməlum bir gücdür. Sitatlar
Allaha iman edirsənsə, səhər namaza durmamaq zülm sayılar. Çünki Allaha söz verirsən, mən Səni sevirəm deyirsən, nemətlərinin təqdir edirəm, şükür edirəm deyirsən. Lakin sənə təşəkkür etmək istəmirəm deyirsən. Belə olar heç? Sitatlar
Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar. Sitatlar
Dinə qarşı həssas olmaq lazımdır, İslama güclü sahib çıxmaq lazımdır. Allah bizə sahib çıxır. Göz verir, burun, ağız, qulaq verir, ürəyi fasiləsiz işlədir. Dayandırsa yıxılarıq. Yemək verir, rənglər yaradır, səslər yaradır, gözəlliklər yaradır. Allah həmişə bizimlə əlaqədədir. Sitatlar
Kasıblıq zahirən bir fitnə kimi, acı bir hadisə kimi görünür. Lakin kasıblıq insanları təvazökar, dindar və gözəl xasiyyətli edir. Nemətdən yaxşı anlayan, nemətin qədrini bilən edir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur