logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 iyun 2016

avatar

Adnan Oktar

Allahın qədrini layiqincə təqdir edə bilmək üçün dua etmək lazımdır. Allahdan, sənətini yadda saxlamaq üçün yaxşı yaddaş, qədrini layiqincə təqdir etmə qabiliyyəti, sənətini gözəl görmə və heyran olma qabiliyyəti istəmək lazımdır.
A9 TV; 14 iyun 2016
753
Dua
avatar

Adnan Oktar

Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir.
A9 TV; 14 iyun 2016
avatar

Adnan Oktar

Dərin sevgi olmasa cənnətin mənası olmaz. Buna görə də, Allah dünyada çətin imtahan və köklü təhsil verir.
A9 TV; 14 iyun 2016
avatar

Adnan Oktar

Münafiq çox kinlidir. Münafiqi dik saxlamaq, külü götürüb dik saxlamaq kimi çətindir. Hər an aşar münafiq, tarazlıqda saxlamaq çox çətindir. Çünki qəlbi şeytanla ittifaq halında olduğu üçün əxlaqsızlıq, pislik etməmək üçün özünü çətin saxlayar və ən kiçik fürsətdə də pisliyini etməyə cəhd edər.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Münafiq İslamdan, Qurandan bəhs edildiyi zaman, çox sıxılar. Facebookda baxar; birisi həmişə Allahdan, Qurandan bəhs edirsə, münafiq orada sıxılar, lakin orada boş şeylər, onu əyləndirəcək şeylər varsa bu münafiqin xoşuna gələr.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Müsəlmanların üstün və keyfiyyətli olmasına alışacaqsınız. Bəziləri əyləncənin sırf özləri üçün olduğunu zənn edirdilər. Musiqinin özləri üçün, rəqsin özləri üçün olduğunu zənn edirdilər. Rəqs də müsəlmanlar üçündür, əyləncə də, yeməyin ən gözəli də, evin ən gözəli də, sarayın ən gözəli də müsəlmanlar üçündür.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Müsəlmanların keyfiyyətli və güclü olmasına alışacaqsınız, zənginliyinə alışacaqsınız, ağıllı və yaman olmasına alışacaqsınız, dünya hakimi olmasına alışacaqsınız, elmlə, irfanla küfrü məğlub etməsinə alışacaqsınız, darvinizmi yerlə-yeksan etməsinə alışacaqsınız, dünyada terroru, anarxiyanı tamamilə yox etməsinə alışacaqsınız.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Müsəlmanların ağıllı, üstün, keyfiyyətli, mədəni, yaraşıqlı, zəngin, müasir olmasına bütün dünya alışacaq. Hər şeyin ən gözəli müsəlmanlar üçündür.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-a bütün gücü verən Allahdır. Hz. Mehdi (ə.s) aciz və möhtac olduğunu bilər. Hz. Mehdi (ə.s)-da meydana gələn bütün hadisələr Allahın gücüdür. Sən onu şəxsinə aid etməyə təşəbbüs etsən, o zaman təbii ki, gözündə çox böyütmüş olarsan. Gözündə böyüdəcəyin, təkcə Allahdır. Böyük olan Allahdır.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Dünyadakı çətinliklər güclü imanın və Allah sevgisinin göstərilməsi üçün lazımdır. Çətinliklərin nemət tərəfini görüb Allaha həmişə şükür etmək lazımdır. Hz. Musa (ə.s)-ın imtahanındakı çətinliklərin hər biri Allahın onu sevməsi üçün vəsilə oldu.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Türk-Kürd döyüşü yoxdur. PKK-lı terrorçularla əsgərin, polisin özünü müdafiə etmə mübarizəsi var. Türk-Kürd döyüşü haradadır? Kürd baş tacıdır. Biz Kürd qardaşlarımızı PKK-nın əlindən alıb qurtardıq.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Allahın göndərdiyi Kitabda, Qurani Kərimdə homoseksuallıq iyrənc hərəkət kimi göstərilir. Biz də müsəlman olaraq iyrənc hərəkət kimi görürük və bunu bildiririk. Yoxsa insanların əzilməsi, döyülməsi, təhqir edilməsi, zorakılıqla üzləşməsi tərzində tələbimiz olmaz. Əksinə bunu edənləri şiddətlə qınayırıq.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi barədə; "mehdiyül dem" deyir, yəni "qan dayandıran Mehdi". Hazırda dəccal qan tökməyə davam edir. Qısa müddət sonra bu tökülən qanlar tamamilə dayanacaq. Bunun səbəbi də, "imam Mehdi" olacaq" deyir Peyğəmbərimiz (s.ə.v). Bunu hamımız birlikdə görəcəyik.
A9 TV; 13 iyun 2016
avatar

Adnan Oktar

Keyfiyyət və incəsənət nazirliyi yaradılsın. Hər şeydə keyfiyyəti əsas götürək. İnsan keyfiyyətini əsas götürək; davranış keyfiyyətini, xarakter keyfiyyətini. Hər mövzuda sənayedə, texnologiyada, elmdə, ədəbiyyatda, incəsənətdə keyfiyyəti əsas götürək. Dünyanın bütün dövlətləri bizə heyran olar, bu zaman özləri bizimlə birləşmək istəyərlər.
A9 TV; 12 iyun 2016
avatar

Adnan Oktar

Amerikanı da, Almaniyanı da, dünyanı da yönləndirən həmişə İngiltərə dərin dövlətidir. Böyük Orta Şərq layihəsinin sahibi də İngiltərə dərin dövlətidir. Onlar ortaya atmışdır. Amerikaya da bunu tətbiq etdirməyə çalışırlar. O biçarələrdən istifadə edirlər. Məsələ budur.
A9 TV; 12 iyun 2016
avatar

Adnan Oktar

İnsanları güllələmək, məkanları bombalamaq, bunlar vəhşilikdir. Hər cür zorakılığa qarşıyıq. Müsəlman dəhşəti, vəhşəti qəbul edə bilməz.
A9 TV; 12 iyun 2016
avatar

Adnan Oktar

İstər homoseksual olsun, istər oğru olsun, istərsə də qatil olsun, bir insanın digər insanı öldürmə haqqı yoxdur. Qanun, hüquq var. Problemlər qanun və hüquqla həll edilər.
A9 TV; 12 iyun 2016
avatar

Adnan Oktar

Deyirlər ki; "Mehdi gözləmək tənbəllik yaradar". Musəvilər dünyanın ən çalışqan millətidir. 3500 ildən bəri hz. Mehdi (ə.s)-ı, Moşiyahı gözləyirlər.
A9 TV; 11 iyun 2016
avatar

Adnan Oktar

Quranın kafiliyinə görə hərəkət edildiyi zaman tək din olur. Hədislə hərəkət edildiyi zaman, 4 ayrı din olur və həmişə döyüş yaşanır.
A9 TV; 11 iyun 2016
avatar

Adnan Oktar

Çox az insan Allahın üzərində cəmləşə bilir. Belə olduqda da Allah müsibət, fəlakət, iqtisadi böhran yaradır. Yoxsa insanlar çox rahat və hüzurlu yaşayarlar.
A9 TV; 11 iyun 2016
avatar

Adnan Oktar

İslam Birliyi üçün, əvvəlcə darvinist materialist düşüncə aradan qalxmalıdır. Dövlətin, təhsil müəssisələrində, hər yerdə elmi izahat verməsi lazımdır. İman həqiqətlərindən, Quran möcüzələrindən bəhs edilməli, imanla, Quranla meydana çıxılmalıdır.
A9 TV; 10 iyun 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
"Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma" deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir. Sitatlar

"Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma" deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir.

Bütün möminləri qurtarmaq üçün səy göstərmək və dua etmək vəlayətin tələbidir. Sitatlar

Bütün möminləri qurtarmaq üçün səy göstərmək və dua etmək vəlayətin tələbidir.

Allah şeytanın insanlar üzərindəki cadusunu yox etsin, Dəccalın cadusunu yox etsin. Allah dəccalı qəhr, pərişan etsin. Müsəlmanları dünya səviyyəsində müzəffər etsin. Sitatlar

Allah şeytanın insanlar üzərindəki cadusunu yox etsin, Dəccalın cadusunu yox etsin. Allah dəccalı qəhr, pərişan etsin. Müsəlmanları dünya səviyyəsində müzəffər etsin.

Allahın sənətini bilmək çox mühüm məsələdir. Allahın sənətini bilmək, yadda saxlamaq və heyrətini yaşamaq üçün dua etmək lazımdır. Allahın sənətinin heyrətini yaşamamaq bir növ mənəvi xəstəlikdir. Allahın sənətinə heyranlıq duymaq imani dərinliklə mümkün olar. Sitatlar

Allahın sənətini bilmək çox mühüm məsələdir. Allahın sənətini bilmək, yadda saxlamaq və heyrətini yaşamaq üçün dua etmək lazımdır. Allahın sənətinin heyrətini yaşamamaq bir növ mənəvi xəstəlikdir. Allahın sənətinə heyranlıq duymaq imani dərinliklə mümkün olar.

Allahdan sənətini daha çox bilməyi, yaddaşımızda daha çox saxlamağı və sənətinə heyrət etməyi həmişə istəmək lazımdır. Sitatlar

Allahdan sənətini daha çox bilməyi, yaddaşımızda daha çox saxlamağı və sənətinə heyrət etməyi həmişə istəmək lazımdır.

Xilaskar gözləmək, Allahdan bir xilaskar istəmək Allahın Quranda bildirdiyi bir hökmdür. Allah Nisa surəsinin 75-ci ayəsində müsəlmanların xilaskar göndərməsi üçün Allaha dua etmələrinin lazım olduğunu bildirir. Sitatlar

Xilaskar gözləmək, Allahdan bir xilaskar istəmək Allahın Quranda bildirdiyi bir hökmdür. Allah Nisa surəsinin 75-ci ayəsində müsəlmanların xilaskar göndərməsi üçün Allaha dua etmələrinin lazım olduğunu bildirir.

İman və Quran gözüylə baxmayan, axirətdən heç bəhs etməyən insanlar bir müddət sonra təkcə əzablardan bəhs edən vəziyyətə gələrlər. Bu cür insanlardan olmamaq üçün Allaha dua etmək, Allaha təslim olmağı istəmək lazımdır. Təkcə əzablardan bəhs edən insanlar Allaha sığınsınlar, yoxsa Allahdan bəla olaraq ruhları iztirab içində çökər, qaranlıq hala gələr. Sitatlar

İman və Quran gözüylə baxmayan, axirətdən heç bəhs etməyən insanlar bir müddət sonra təkcə əzablardan bəhs edən vəziyyətə gələrlər. Bu cür insanlardan olmamaq üçün Allaha dua etmək, Allaha təslim olmağı istəmək lazımdır. Təkcə əzablardan bəhs edən insanlar Allaha sığınsınlar, yoxsa Allahdan bəla olaraq ruhları iztirab içində çökər, qaranlıq hala gələr.

Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil. Sitatlar

Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil.

Allah Quranda müsəlmanların çətinlik dövründə xilaskar istədiklərini bildirmişdir. Xilaskar üçün dua etmək Allahın əmridir. Sitatlar

Allah Quranda müsəlmanların çətinlik dövründə xilaskar istədiklərini bildirmişdir. Xilaskar üçün dua etmək Allahın əmridir.

Allahın zikr edilməsi, heç unudulmaması, çox sevilməsi, dua ilə əlaqədə olmaq, Allahın əmrlərinin yerinə yetirmək vacibdir. Sitatlar

Allahın zikr edilməsi, heç unudulmaması, çox sevilməsi, dua ilə əlaqədə olmaq, Allahın əmrlərinin yerinə yetirmək vacibdir.

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir. Sitatlar

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.

İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir. Sitatlar

İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir.

Hər yer möcüzə doludur. Mömin, bu möcüzələri yadda saxlaya bilmək üçün, Allaha dua etməlidir. Möcüzələrdəki mükəmməlliyin həyəcanını və şokunu yaşamaq üçün dua etməlidir. Həmçinin bu məlumatın meydana gətirdiyi təqdir hissini Allaha təqdim edə bilməyi Allahdan istəməlidir. Sitatlar

Hər yer möcüzə doludur. Mömin, bu möcüzələri yadda saxlaya bilmək üçün, Allaha dua etməlidir. Möcüzələrdəki mükəmməlliyin həyəcanını və şokunu yaşamaq üçün dua etməlidir. Həmçinin bu məlumatın meydana gətirdiyi təqdir hissini Allaha təqdim edə bilməyi Allahdan istəməlidir.

Müsəlmanlar İslam Birliyi üçün, Mehdi və İsa Məsihə tezliklə qovuşmaq üçün dua etməlidir. Digər müsəlmanlarla vuruşmaq deyil. Sitatlar

Müsəlmanlar İslam Birliyi üçün, Mehdi və İsa Məsihə tezliklə qovuşmaq üçün dua etməlidir. Digər müsəlmanlarla vuruşmaq deyil.

Müsəlmanların mənəvi liderinin olması lazım olduğu, müsəlmanların bu mənəvi lideri göndərməsi üçün Allaha dua etmələri Quranda bildirilmişdir. Sitatlar

Müsəlmanların mənəvi liderinin olması lazım olduğu, müsəlmanların bu mənəvi lideri göndərməsi üçün Allaha dua etmələri Quranda bildirilmişdir.

Quran ayələrinə görə çətin vəziyyətdə olan müsəlmanlar Allaha, bir Mehdi, yəni xilaskar göndərməsi üçün dua edirlər. Sitatlar

Quran ayələrinə görə çətin vəziyyətdə olan müsəlmanlar Allaha, bir Mehdi, yəni xilaskar göndərməsi üçün dua edirlər.

Bütün güc, qüvvə Allaha məxsusdur. Müvəffəqiyyət qazanıldıqda bunu nəsib edən Allahdır. Allah duamızı qəbul etdiyi üçün bizə müvəffəqiyyət nəsib edir. Sitatlar

Bütün güc, qüvvə Allaha məxsusdur. Müvəffəqiyyət qazanıldıqda bunu nəsib edən Allahdır. Allah duamızı qəbul etdiyi üçün bizə müvəffəqiyyət nəsib edir.

Biz “Allahım elmimi artır!” deyə dua etməklə məsuluq. Elmin sahibi Allahdır. Mömində əsla müstağniyyət olmaz. Sitatlar

Biz “Allahım elmimi artır!” deyə dua etməklə məsuluq. Elmin sahibi Allahdır. Mömində əsla müstağniyyət olmaz.

Dua ilə şəfa eyni anda yaradılar. Dua Allahı daha çox sevməyimiz üçündür. Sitatlar

Dua ilə şəfa eyni anda yaradılar. Dua Allahı daha çox sevməyimiz üçündür.

Nisa surəsinin 75-ci ayəsində müsəlmanların çox çətin dövrlərdən keçəcəyi, bu dövrlər gəldikdə Mehdini istəməyin zəruri olduğu izah edilir. Sitatlar

Nisa surəsinin 75-ci ayəsində müsəlmanların çox çətin dövrlərdən keçəcəyi, bu dövrlər gəldikdə Mehdini istəməyin zəruri olduğu izah edilir.

Heç bir müsəlman; “Mən nə edə bilərəm ki?” deməməlidir. Toplu duada böyük sirlər var. Allahdan İslam aləminin birliyini istəyək. Sitatlar

Heç bir müsəlman; “Mən nə edə bilərəm ki?” deməməlidir. Toplu duada böyük sirlər var. Allahdan İslam aləminin birliyini istəyək.

Mömin hər zaman hər şeyin ən gözəlini, ən yaxşısını, ən çoxunu Allahdan istəyər. Sitatlar

Mömin hər zaman hər şeyin ən gözəlini, ən yaxşısını, ən çoxunu Allahdan istəyər.

Müsəlman zaman mühəndisi olmalıdır. Vaxtı çox yaxşı işlətməlidir. Allahdan dərhal hal-hazırda dünyanın sülh mühitinə dönməsini istəməliyik. Sitatlar

Müsəlman zaman mühəndisi olmalıdır. Vaxtı çox yaxşı işlətməlidir. Allahdan dərhal hal-hazırda dünyanın sülh mühitinə dönməsini istəməliyik.

Allah insanlardan səmimiyyət istəyir. Duada da səmimiyyət əhəmiyyətlidir. Allah səmimi duanı qəbul edər. Sitatlar

Allah insanlardan səmimiyyət istəyir. Duada da səmimiyyət əhəmiyyətlidir. Allah səmimi duanı qəbul edər.

İnsan xəstələnir, dərman qəbul edir və "mən bu xəstəliyi dərmanla sağaldaram" deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: "Ey Rəbbim bu dərmanı vəsilə et" deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, "vəssalam, bu sağaldar" deyir. Bu cür olmaz. Sən: "Ey Rəbbim bunu vəsilə et" deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır. Sitatlar

İnsan xəstələnir, dərman qəbul edir və "mən bu xəstəliyi dərmanla sağaldaram" deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: "Ey Rəbbim bu dərmanı vəsilə et" deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, "vəssalam, bu sağaldar" deyir. Bu cür olmaz. Sən: "Ey Rəbbim bunu vəsilə et" deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır.

Alıntı Görseli Oluştur

Kontur