logo HARUN YƏHYA

Adnan Oktar A9 TV ; 11 dekabr 2013

avatar

Adnan Oktar

Biz Cənub-şərqi vermərik. PKK-ya qarşı da heç bir güzəşt edilməyəcək. Əgər azarlarsa qanunla, hüquqla hər nəyə vəsilə olursa olsun qarşılığını verərik. Bir milyon şəhid, iki milyon şəhid; qarşılığını verərik.
A9 TV ; 11 dekabr 2013
990
avatar

Adnan Oktar

PKK darvinist, materialist, stalinist təbliğata əhəmiyyət verirlər. Dağda, daşda, çayxanalarda, evlərdə gecə-gündüz təbliğat aparırlar. Müsəlmanlar da anti-darvinist, anti-materialist, Quran möcüzələrini izah edən, iman həqiqətlərini izah edən işlər görməlidirlər. Min misli, milyon misli olmalıdır. Çox güclü və qərarlı olmalıdırlar.
A9 TV ; 9 dekabr 2013
avatar

Adnan Oktar

Həm darvinizm, həm Quran ikisi birlikdə olmaz. İkisindən birini seçmək lazımdır ki, seçilən Quran olmalıdır. Darvinizmlə Quran arasında qalanlar xəstə düşüncəni müdafiə edir.
A9 TV ; 8 dekabr 2013
avatar

Adnan Oktar

İnsan keyfiyyətsizliyə alışdıqdan sonra, daha çirkli, daha keyfiyyətsizləşməyə, mədəniyyətsizləşməyə, kütləşməyə başlayır və arxasınca deyirsən ki: "Bu nədir?" "Müsəlmanlıq budur" deyir. Vəhşiliyin, kirin, keyfiyyətsizliyin, mədəniyyətsizliyin baş alıb getdiyi bir sistemə müsəlmanlıq deyir. Bu çox böyük bir təhlükədir. Bu milli bir təhlükədir.
A9 TV ; 7 dekabr 2013
avatar

Adnan Oktar

Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir.
A9 TV ; 7 dekabr 2013
avatar

Adnan Oktar

Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.
A9 TV; 6 dekabr, 2013
avatar

Adnan Oktar

İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Kommunizm saqqız kimi yapışar. Ondan imtina edəni buraxmaz, maqnit kimi özünə çəkər. Yəni bir hörümçək toru kimidir. Yapışanda qopmaz. Bu kommunizmin xüsusiyyətidir. Yəni kommunistin əlindən yaxa qurtarmaq asan məsələ deyil. Ondan ayrılmaq istəyəni öldürərlər.
A9 TV; 5 dekabr 2013
avatar

Adnan Oktar

Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar.
A9 TV; 3 dekabr 2013
avatar

Adnan Oktar

Quranda İslam Birliyinin kapitalizmə qarşı olduğunun vurğulandığını görürük. Allah Quranda malı-mülkü xərcləməyib yığmağın yanlış davranış olmasından bəhs edir. Malı-mülkü bol-bol paylamaq, kasıblara dəstək olmaq Quranda tez-tez vurğulanan həqiqətdir.
A9 TV; 2 dekabr 2013
avatar

Adnan Oktar

Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Güclü iman çox əhəmiyyətlidir. Nadir insanlarda rast gəlinər. Bir şəhərə, məmləkətə təhqiqi iman cəhətdən bir adam belə yetər. Allah Tövratda: ”10 nəfər adam olsun, haqq dini (İslamı) dünyaya hakim edəcəyəm'' deyir.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Təhqiqi imanın yaxşı öyrənilməsi, iman həqiqətlərinin araşdırılması, öyrənilməsi, imanlı insanların çox olması vacibdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) çox imanlı idi. Onun imanı böyük qövmə kifayət etdi. Hər kəsin imanı canlanmışdı.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Dilimizin türkcədən başqa bir dil olmasını qəbul etmərik. Çünki bu bizi bağlayan bir gücdür, ən əhəmiyyətli bağdır. Sən dil bağını qoparsan ölkə parçalanar.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Allah mehdiyyət dənizini 40 ildir ki, doldurur. Dəniz 40-cı ilin sonunda daşacaq. Ondan sonra hz. Nuh (ə.s)-ın gəmisi kimi gəmi quruya çıxacaq, inşaAllah. Peyğəmbərimiz (s.ə.v): “Dəccalın ömrü 40 ildir" deyir. Yəni mehdiyyətlə dəccaliyyətin mübarizəsinin müddəti 40 ildir.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Allah sabitlik istəmir, mütləq durğunluğu pozur. Məsələn, dağı yanardağ halına salır, ərazini zəlzələ ilə hərəkətləndirir, insanı ya xəstələndirir, ya sevindirir, ya da canını alır, amma Allah hər şeydə mütləq hərəkətlilik yaradır, durğunluq yox.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Xristianlar Papanın başçılığı altında birləşirlər. Yəhudilər baş ravvin idarəsində birləşirlər. Massonlar məşriki-azamın başçılığında birləşirlər. Müsəlmanlar? ''Müsəlmanların birləşməsinə ehtiyac yoxdur'' deyirlər. Bu mümkün deyil. Bunda bir qəribəlik, xəstəlik, səhv var. Bu dərhal düzəldilməlidir. İslam Birliyi coşğu ilə, eşqlə müdafiə olunmalıdır. Əksinə haramdır.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Allah müsəlmanların mütləq bir lideri olmasının lazımlığını söyləyir. Hər qövmün lideri olduğunu söyləyir. Allah “birlik içində, bərabərlik olanda sizə bərəkət, bolluq, dinclik və güvənc verərəm, əks halda qorxu, ağrı, iztirabı daddıraram'' deyir. Eynilə baş verir. Allahın açıq hökmünü görməməzliyə vurmağın bir mənası yoxdur.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Allahın əmrinə əməl etmədikcə Allah vədini yerinə yetirməz. Allah ''Birləşin, bərəkət, qüvvət, güc verim. Birləşməsəniz qüvvətiniz əlinizdən gedəcək'' deyir.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) İslamı hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bilavasitə, ümmətin təfərrüatda boğulması vəziyyətini aradan qaldıracaq.
A9 TV; 24 noyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İstədikləri oyunu oynasınlar, Türkiyəni böldürmərik. Cənub-şərqdə aslanlarımızı da, canlarımızı da, gözəl analarımızı, gözəl bacılarımızı da kommunistlərin əlinə vermərik. Sitatlar
Cənub-şərqi Paris kimi, London kimi edəcəyik və çox keyfiyyətli edəcəyik. Cənub-şərqlə oynanılan bu mərhəmətsiz oyunu da pozacağıq, inşaAllah. Sitatlar
Cənub-şərqi Allahın izni ilə Parisə, Londona bənzədəcəyik, cənnət kimi olacaq. Qardaşlarımızın çəkdikləri əziyyət kifayətdir. Sitatlar
Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar. Sitatlar
Kommunist düşüncədə fikirlərin bölünməsi adlı bir məsələ yoxdur. Liderə qeyd-şərtsiz itaət vardır. Onlardan ayrılanı yaşamağa qoymazlar. Necə ki, bunu, Fransada öldürülən PKK-lı qadının simasında da gördük. Sitatlar
PKK çoxbilmişlik, qoçuluq etməkdən əl çəkməlidir, bununla nəticə əldə edə bilməz. Türk dövləti ultimatumla hərəkət etməz. Sitatlar
Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər. Sitatlar
PKK cəhənnəmi, bəlanı müdafiə edir. Allah sevgisindən uzaqdır. Dağlarda adam öldürür. Bundan imtina etsin, xeyiri, yaxşılığı müdafiə etsin, İslam Birliyini müdafiə etsin. Sitatlar
PKK, küfr mütləq məğlub olur. Dünyada, diqqət yetirsək, küfr heç vaxt qalib olaraq davam etməyib. Küfr mütləq hüsranla bitər. Sitatlar
MHP tək başına həmişə həm PKK təhlükəsinə, həm də kommunist qiyamına qarşı dəfələrlə çox gücə malikdir. Tam əmin olaraq deyirəm, MHP PKK qiyamına və kommunist qiyama gücü çatacaq mövqedədir. Hər yerdə: havada da, quruda da, dənizdə də güclüdür. Sitatlar
Biz televiziya verilişləri ilə, radio yayımları ilə, internetlə Cənub-şərqdəki qardaşlarımızı maarifləndirməyə davam edəcəyik. Maarifləndirdik və fəlakət, bəla geniş dairədə həll edildi. Həll edilməyə də davam edəcək, inşaAllah. Sitatlar
Bəzi sağçı görünən kommunistlər də Cənub-şərqi Anadolu regionunun bölünüb vətəndən ayrılmasını istəyirlər. Sitatlar
Xalqın çox hissəsi dəhşəti, gücü kim əlində tutursa ona meyl göstərər. Buna görə bu seçkinin ədalətli olması üçün, dövlət Cənub-şərqdə gücünü göstərərək xalqın üstündəki dəhşət və qorxunu tamamilə qaldırmalıdır. Yoxsa PKK-nın silahlarının kölgəsində aparılan seçkinin ədalətli bir seçki olması çox çətindir. Sitatlar
Cənub-şərqi Anadolunu bölmək üçün tələsənlər var, buna heç vaxt icazə vermərik. Sağın bir qismi də cənub-şərqi verməyə həvəslidir. Sitatlar
PKK respublika tarixinin ən böyük kommunist cəhdidir. Kommunist bir hərəkat heç vaxt fəaliyyətini dayandırmaz. Sadəcə bir addım irəli atdıqdan sonra, iki addım geri atar. Bu Leninin taktikasıdır. Ancaq təhsillə: anti-darvinist, anti-materialist, anti-marksist təhsillə PKK-ya qarşı mübarizə aparmaq olar. Sitatlar
Darvinizmin çökdüyünü ən sonuncu dağdakı PKK öyrəndi və PKK əsas darvinizmin çökməsi ilə gücünü itirdi. Çünki PKK-nın ideologiyası olan kommunizm və marksizm darvinizmə əsaslanır. Sitatlar
PKK mədəni, elmi cəhətdən gəncləri zəhərləyərək böyük bir kütləni idarəsi altına ala bilər. PKK-nın siyasi məqsədi bu kommunist təbliğatdır. Sitatlar
PKK İslam Birliyini bir dəfə ön plana alsın. İslam Birliyi olanda, İslamın şəfqəti, mərhəməti bölgəyə hakim olanda onların ağıl verməyinə ehtiyac da qalmayacaq. Hər kəs rahat olar. Məhkum olan, hətta məzardakı  belə rahatlaşar. Kimsə ağrı-acı çəkməz. Onlar bunu tam aradan qaldıra bilmirlər. Müsəlman onsuz da şəfqətli, mərhəmətlidir. Mehdiyyətin, İsa Məsihin şəfqətinə güvənsinlər. Nə Mehdi, nə İsa Məsih heç kimə zülm etməz. Onlar kiminsə çətinliyindən xoşbəxt olmazlar. Sitatlar
"Məhv olsun PKK!" deməklə heç nə əldə edə bilməzsən. Əksinə, belə desən, PKK böyüyər. Kitabla, CD ilə, elmlə, mədəniyyətlə darvinizm-materializmə qarşı mübarizə aparsan, lap başda zəhərin axmasını dayandırarsan. Əks təqdirdə istədiyin qədər qışqır, çığır, əksinə qat-qat inkişaf edər. Elmlə, mədəniyyətlə, mərhəmətlə, ağılla, nəzakətlə, şəfqətin gözəlliyi ilə məsələ kökündən həll olar. Şəfqət sakitləşdiricidir, ağılı açar. Sitatlar
Cənub-şərq canlarımızın çətin vəziyyətdə olduğu bir bölgədir. Allah savablarını qat-qat artırsın. Sitatlar
Kommunist düşüncə cənub-şərqə qəsdən zəhər kimi axıdıldı. Sitatlar
Cənub-şərqdən polisi, əsgəri çəkmək, təhlükəsizliyi azaltmaq xalqın böyük bir hissəsini qorxuya və PKK-ın gücünə hörmət etməyə sövq edər. Orada təhlükəsizlik qüvvələri çox olmalıdır. Polis, əsgər və daxili qoşunların gücü yüksək olmalıdır. Xüsusilə vətəndaş ünsürləri güclü olmalıdır. Yəni mülki qolun gücü yüksək olmalıdır. Sitatlar
Edam cəzasının dünyada aradan qaldırılması lazımdır. Ömürlük həbs edirsənsə et. Asmağa nə ehtiyac var? Adam tövbə etsin, Quran oxusun, namaz qılsın. Sən adamı cahil halında tez-tələsik asırsan. Yəni adamın axirətini də, dünyasını da yandırmış olursan. İmkan ver tövbə etsin, özünü toplasın, çatışmazlığını aradan qaldırsın. Sitatlar
İslam ölkələrinin orduları, 70 müxtəlif nöqtədən, 70 diviziya yaxud 70 biriqada ilə Suriyaya girsə 3 saat, 4 saatda iş bitər. Suriya müqavimət göstərməz, zülm də bitər. Çox asandır. Sitatlar
Müsəlmanların bir-birini sevməsi və dəstəkləməsinə İslam Birliyi deyilir. Bu tətbiq olunduqda məsələ bağlanar. Çox asandır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur