logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 yanvar 2016

avatar

Adnan Oktar

Gənclər arasında böyük nifrət ruhu hakimdir. Rusiyadan, İsraildən, Yunanıstandan və İrandan nifrət edirlər, öz aralarında nifrət hakimdir, eləcə də, başqa partiyalardan, başqa futbol klublarından və başqa şəhərlərdən nifrət edirlər. Yəni ağlasığmaz nifrət ruhu meydana gətirirlər. Belə cəmiyyətləri dağıtmaq olduqca asan olur. Bunun üçün əvvəlcə bu nifrət ruhu ortadan qalxmalıdır. Çox təcili məsələlərdən biri budur.
A9 TV; 16 yanvar 2016
2491
avatar

Adnan Oktar

Bir ölkəni dağıtmağa təşəbbüs etsələr, əvvəlcə həmin yerin insanlarını sevgisiz, kinli, kobud, vəhşi, mədəniyyətsiz, estetika və incəsənətdən uzaq, qan tökən, ətrafa nifrət toxumları saçan, heç bir irqi və heç bir cəmiyyəti sevməyən, vəhşiləşmiş insanlar halına gətirərlər. Bundan sonra həmin insanları və həmin cəmiyyəti yox etmək çox asan olar. Birinci mərhələsi bu olur.
A9 TV; 16 yanvar 2016
avatar

Adnan Oktar

Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar.
A9 TV; 16 yanvar 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti üçün Qalata müqəddəsdir. Cinayət, işgəncə, bütün iyrənc əməllərini orada işləyiblər. Kəşfiyyatın da mərkəzidir. Qalata qülləsindən kəşfiyyat məqsədiylə istifadə ediblər.
A9 TV; 16 yanvar 2016
avatar

Adnan Oktar

Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər.
A9 TV; 16 yanvar 2016
avatar

Adnan Oktar

Mövləvi təkkələrinin mərkəzi Qalata olduğu üçün, İngiltərə dərin dövlətinin nümayəndələri Qalataya çox əhəmiyyət verirlər. Bu səmt onlar üçün əhəmiyyətlidir, onlar bu səmti, agentlərin, casusların görüş yeri kimi görürlər.
A9 TV; 15 yanvar 2016
avatar

Adnan Oktar

Türkiyə nümunəvi ölkə olsun. Başda İngiltərə dərin dövləti olmaqla, 200 ildən bəri Türkiyəni yox etməyə çalışırlar. Yox edəcəyinə, ultramüasir, İslam aləminin nümunə götürəcəyi bir ölkəyə çevir, Türkiyə çox gözəl xidmət etsin.
A9 TV; 15 yanvar 2016
avatar

Adnan Oktar

Başda İngiltərə dərin dövləti olmaqla, Qərb dərin dövlətləri yeni bir üsul, yeni bir oyun meydana gətirdi; bütün müsəlmanları terrorist adlandırmaq istəyirlər. Yəni müsəlman bərabərdir terrorist. Bunun üçün çalışırlar.
A9 TV; 15 yanvar 2016
avatar

Adnan Oktar

Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik.
A9 TV; 15 yanvar 2016
avatar

Adnan Oktar

Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar.
A9 TV; 13 yanvar 2016
avatar

Adnan Oktar

Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar.
A9 TV; 12 yanvar 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir ölkəni dağıtmağa təşəbbüs etsələr, əvvəlcə həmin yerin insanlarını sevgisiz, kinli, kobud, vəhşi, mədəniyyətsiz, estetika və incəsənətdən uzaq, qan tökən, ətrafa nifrət toxumları saçan, heç bir irqi və heç bir cəmiyyəti sevməyən, vəhşiləşmiş insanlar halına gətirərlər. Bundan sonra həmin insanları və həmin cəmiyyəti yox etmək çox asan olar. Birinci mərhələsi bu olur. Sitatlar
Ölkəmizin ayaqda qalması, eləcə də, birlik və həmrəyliyin təmin edilməsi üçün nifrət siyasəti ortadan qalxmalıdır. Mürtəce ruh ortadan qalxmalıdır. Çünki ənənəvi mövhumatçı ruhda nifrət təməl siyasətdir. Hər şeydən nifrət edilər. Sitatlar
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil. Sitatlar
Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər. Sitatlar
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan. Sitatlar
İsrail bölgənin zəki, ağıllı bir dövlətidir. Anti-kommunist və Allahdan yana olan bir dövlətdir. Türkiyə istənilən halda İsraillə çox yaxşı dost olmalıdır. Sitatlar
İsrail düşmənçiliyi sanki bir mərifətmiş, bir təqva əlaməti və ya üstünlükmüş kimi göstərilir. Əhli Kitaba düşmənçilik bəsləmək çirkin hərəkətdir. Biz yəhudiləri və xristianları sevirik. Ateistlərə də şəfqət duyuruq. Sitatlar
Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir. Sitatlar
Sevgi insanın ruhunda var. Kin, nifrət, davakarlıq çox qorxunc şeylərdir, bunlar insanı öldürər, məhv edər. Allah qorusun, insan bunlara görə hər cür xəstəliyə tutular. Ürək dözə bilməz, qəribə şəkildə sıxılar. Sevgisizlik bədənə zəhərdir. Bədən sevgiylə rahatlayar. Sitatlar
İsraildə ateizm zəifləməyə başladı. Əvvəllər çox güclü idi. Biz orada “Yaradılış Atlası”nı yaydıqdan sonra, İbrani dilindəki kitablarımızı payladıqdan sonra İsraildə dinə qayıtma prosesi çox sürətləndi. Avropada və ABŞ-da dinə qayıtma prosesi çox sürətləndi; vəsilə olduq. Sitatlar
İsrail səhv edir deyə, sənin də səhv etməyin lazım deyil. Sən ona dostcasına, sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu görərsən. Sən sevgiylə yaxınlaş, dostcasına yaxınlaş. Amma bıçaqla yaxınlaşsan, o da sənə tankla yaxınlaşar, tankla yaxınlaşsan bombayla yaxınlaşar. Bunun sonu gəlməz. Amma sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu, sevdiyini görərsən. Bu, Quranın bir sirridir. Sitatlar
Sevgi Allahın təməl xüsusiyyətidir, dünyanın mənasıdır. Nifrət çox çətindir, insanı mənəvi və fiziki cəhətdən çökdürər. Cəmiyyəti çökdürər, həyatı çökdürər, iqtisadiyyatı çökdürər. Nifrət çox qorxuncdur. Sitatlar
İngiltərə dərin dövləti rusların və Amerika xalqının da üzərinə kabus kimi çökmüş vəziyyətdədir. Bu cəmiyyətləri öz məqsədləri istiqamətində istədikləri kimi yönləndirmək istəyirlər. Sitatlar
İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən? Sitatlar
Yəhudilərin Türkiyədə də, Orta Şərqdə də sevilməməsindən söhbət gedir. Bu səhvdir, vicdanlı rəftar deyil. Yəhudilər peyğəmbər nəslindən olan, imanlı, hz. Musa (ə.s)-a sədaqət göstərən cəmiyyətdir. Onsuz da sayları azdır, öhdələrindən gələrik məntiqiylə əzməyə çalışmaq uğursuzluq gətirər. Günah olar. Ayıbdır. Vicdansızlıqdır. Sitatlar
Rusiya ilə aranı düzəldək. Rus millətiylə, Rusiya dövləti ilə bütünləşib qardaş olaq, dost olaq. Rus xalqı məzlumdur, tərbiyəlidir, hörmətlidir, təvazökardır, mehribandır, gözəl insanlardır. Rusiya dərin dövlətinin verdiyi zərərlərə qarşı birlikdə tədbir alaq. Sitatlar
Gələcəyimiz İslam Birliyidir, müasir Türkiyədir, bütün Asiyanın birləşməsidir. Rusiya da daxildir, İslam aləmi daxildir, Türk dövlətləri daxildir. Böyük olan yeni bir bloka doğru gedirik. Sitatlar
İslam aləmi amerikalı insanları İngiltərə dərin dövlətinin bəlasından xilas edə bilər. Dəccalı yox etmək üçün İslam aləmi olaraq birləşməliyik. Rusiya ilə də ittifaq etməliyik. Xilas edəcəyimiz ilk yer də Amerika olmalıdır. Sitatlar
İran və Rusiya ilə ortaq müdafiə müqaviləsi bağlayaq. Çox güclü bir ittifaq yaradaq. Sitatlar
Rusiya, İran, Pakistan, Türkiyə dərhal birləşsin. Dərhal hərbi, siyasi, ictimai ittifaq yaradaq. Bunlar bizim qardaşlarımız, canlarımız, qonşularımız, bütünük, vahidik. Heç gözləmədən, dərhal. Sitatlar
Rusiya ilə Türkiyənin ortaq müdafiə paktı meydana gətirməsi çox gözəldir. İran və Azərbaycan da bu ittifaqa qoşulsa bölgə üçün çox gözəl olar. Sitatlar
Ən gərgin dövrlərdə belə Türkiyə təyyarə böhranı üçün üzr istəsin, Rusiya ilə dost olaq dedik. Pravdada mövzunu izah edən yazılarım dərc olundu. Sitatlar
Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar. Sitatlar
Allaha iman edirsənsə, səhər namaza durmamaq zülm sayılar. Çünki Allaha söz verirsən, mən Səni sevirəm deyirsən, nemətlərinin təqdir edirəm, şükür edirəm deyirsən. Lakin sənə təşəkkür etmək istəmirəm deyirsən. Belə olar heç? Sitatlar
Küfr əhlində, Dəccal ordusunda çox modern silahlar var. Əsgərimizdə bu silahlardan yoxdur. Türk ordusunda fövqəladə silah üstünlüyü olmalıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur