Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar. - Harun Yəhya