logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 may 2015

avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır. Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı yaradılır.
A9 TV; 21 may 2015
1276
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada. Ölkələrə bərəkət gələr, üzərlərindəki uğursuzluq yox olar. Məsələn, Nyu-Yorkda azan oxunsa, şəhəri bərəkət bürüyər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Avtomagistral yolları bələdiyyə salmaz, Allah salar. O yol başının içindədir. Sən yolu beyninin içində görürsən. Elə ki, avtomobilə mindin, həmişə beyninin içində yol görünüşü meydana gəlir. O zaman kim yaratmışdır? Allah yaratmışdır. Bu elmi bir həqiqətdir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Ayələrdə, təbliğ edildiyi təqdirdə Fironun belə iman etmə ehtimalının olduğunu görürük. O zaman kommunistə də, PKK-lıya da, ateistə də, artıq hər kim varsa, hamısına təbliğ edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətlə.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Sübh namazına necə oyanacaqlarının dərdini çəkirlər. Həmişə; "necə oyanacağıq?" deyə şikayət edirlər. Sabahı gün sizə təmənnasız şəkildə 5 min lirə pul verəcəyik desən, səhərə qədər yatmazlar. Əlli dəfə üzünü, əlli dəfə qolunu, əlli dəfə də ayağını yuduğun təqdirdə, hər səhər 5 min lirə pul alacaqsan desən, milyonlarla insan sıraya düzülər. Bax, Allah əbədi cənnət həyatı vəd edir, inanmadığı üçün etmir. İnansa edər.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Bir insan nə qədər sevimli olsa belə, Allah sevdirmədikdən sonra sevilməz. İnsanı sevimli edən də, sevdirən də Allahdır.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Sağçıların ideoloji zəminini mən və yoldaşlarım hazırladıq. Sağçı bir hökumətin ideologiyası olmadan, hakimiyyətə gəlməsi qeyri-mümkündür. Nə etdik? Darvinizmi, materializmi elmi dəlillərlə yerli-dibli yox etdik. Türkiyədə solçular elmi və fəlsəfi cəhətdən öldü, bundan sonra isə sağçılar hakimiyyət sahibi oldu. Yoxsa darvinizm yox olmadığı halda, sağçı bir partiya addım belə ata bilməzdi.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

İnsan sevdiyi kimsəni tənqid edər. Dost tənqid edər. Dostun tənqid etməyi insanlara acı gələr. Amma dərman kimidir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Bir ölkədə tənqid varsa, deməli, həmin ölkə azad ölkədir. Tənqid olmayan məmləkətdə yaşamaq olmaz. Qoy tənqid edən çox olsun. Bu sağlamlıq əlamətidir, gözəllik, canlılıq əlamətidir. Heç kim səsini çıxartmırsa bu ölümdür, ölüm əlamətidir. Müxalif jurnalistlər olsun, müxalif televiziya kanalları olsun, uca səslə danışsınlar.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Müşriklər təhqir edə bilər, pis sözdə deyə bilər, hücum edə bilər. Allah: "Onlara fikir vermə" deyir. Niyə fikir vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik olmazdı. Onların danışdıqları şeyləri də yaradan Allahdır. İstəsə hamısının ağzını bağlayar, heç danışa bilməzlər. Bunun üçün Allah müsəlmanlardan, çox soyuqqanlı ruh halına sahib olmalarını istəyir.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala, yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir hissəsi İslam dinini yaşamır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ı mən də axtarıram, siz də axtarırsınız. Amma tapa bilməməyimiz, hələ də onu görə bilməməyimiz fəaliyyətimizi, göstərdiyimiz səyi qətiyyən dəyişdirmir və dəyişdirməz də. Ölənə qədər davam edərik.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); "40 il mübarizə aparacaq" deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam etməz, dərhal nəticə alar. Amma belə olmur.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Gələn peyğəmbərlər və mehdilər daim halalların sayını artırmış, haramların sayını isə azaltmışdırlar. Amma müşriklər də daim haramların sayını artırmış, halalların sayını azaltmışdırlar. Halbuki haqq dində halallar çoxdur.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Səlahəddin Dəmirdaşın müsəlman olduğu məlumdur. Daim Allahdan, dindən bəhs edir. Heç kim ona dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” deyən insanın, müsəlman olduğu barədə hökm verilər.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

"Mən çox zənginəm" deyir. Sən necə zəngin ola bilərsən? "Yaxtam var" deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
A9 TV; 16 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa   Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi   hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc   sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir. Sitatlar
Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin   yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində   olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz   getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər. Sitatlar
Mehdi (ə.s)-ı mən də axtarıram, siz də axtarırsınız. Amma tapa bilməməyimiz, hələ də   onu görə bilməməyimiz fəaliyyətimizi, göstərdiyimiz səyi qətiyyən dəyişdirmir və   dəyişdirməz də. Ölənə qədər davam edərik. Sitatlar
İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun   əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); "40 il   mübarizə aparacaq" deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam   etməz, dərhal nəticə alar. Amma belə olmur. Sitatlar
Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur.   Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından   xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli,   azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur. Sitatlar
İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun   sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə   kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin   qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar. Sitatlar
Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam   Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə:   “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən   üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin   enişinə qarşı çıxırlar. Sitatlar
Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə   deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək.   Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı   hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir. Sitatlar
Ələvilərdə və şiələrdə çox güclü Mehdi sevgisi vardır. Dəlicəsinə bir sevgidir. Sünnilərdə   yersiz bir sükunət hakimdir, bu yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər. Sitatlar
Mehdi (ə.s) zühur etdikdə faiz artıq yox olacaq, çünki faiz almaq haramdır. Heç bir İslam   ölkəsi faiz alınmasını dayandıra bilmir, amma Mehdi (ə.s) gələndə faiz alınması   dayanar. Çünki Mehdi (ə.s) Qurandan güzəştə getməz. Quranda nə buyurmuşdusa onu   edər. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Gələcək olan Mehdi (ə.s), İslamı yenidən dirçəldərkən asanlaşdırmaqla dirçəldəcəkdir.  Dini asanlaşdıracaq, xurafatçıların vurduğu zəncirləri insanların üzərindən açacaqdır. Sitatlar
Allah İslam barəsində nə deyir? "Hz. İbrahimin dini kimi asandır". "Allah sizin üçün   çətinlik diləməz, asanlıq diləyər" deyir. Mehdi (ə.s) asanlaşdıracaqdır. Necə   asanlaşdıracaq? Görünməmiş şəkildə asanlaşdıracaq. Din asanlaşacaq, zəncirlər   açılacaq. Çox asan bir din meydana çıxacaq. Bu din hansı dindir? Qurandakı din. Sitatlar
Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır.    Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər   də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda,   dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı. Sitatlar
Mehdi (ə.s) çox açıqdır, çox bəllidir. Açıq şəkildə haqsızlığa uğrayacaq, açıq şəkildə   əziyyət çəkəcək. Amma insanların qəlb gözü kor olacaq, görə bilməyəcəklər. Bu çox   təəccüblüdür. Görünməmiş zülm həyata keçiriləcəkdir, insanlar isə sonradan; "bu zülm   gözümüzün qarşısında həyata keçirildi, biz bunu necə görə bilmədik, qəlb gözümüz   necə kor oldu" deyəcək. Sitatlar
Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına   keçəcəyini ifadə edir. Allah: ''Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla,   Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq'' deyir və başçınız   da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır. Sitatlar
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların   üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya   cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu   gözəl nəticə meydana gələcək. Sitatlar
İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə   birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı   olmamalı və çox səmimi bir sevgi olmalıdır. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
İslamın hakimiyyəti, artıq enerji sərf edərək həll olacaq bir məsələ deyil, Allah bunu təmin edir. Tövratda keçir; "Allah ilə əlaqəsi olan 12 adam olsa, Allah dini dünyaya hakim edər" deyir. Elə çox adama ehtiyac yoxdur. Sitatlar
“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək   üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab   çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində   qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini   həll edər. Sitatlar
Xüsusi yolla meydana gətirilən böyük bir yoxsulluq lobbisi var. Bu yoxsulluq lobbisini,   yoxsulluğu meydana gətirən sistemi Mehdi (ə.s) aradan qaldırır. O zaman dünya   avtomatik şəkildə, öz-özünə zəngin olur. Amma axırıncı dəfə zəngin olur. Sitatlar
Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə   Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini   Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan   öyrənilməz. Sitatlar
Allah bir insanın köksünü İslam üçün açdığı vaxt, həqiqətən həmin insanın ağlına nur   gələr, bədəninə nur gələr. Çox nizamlı olar, məqbul olar. Əksi olsa, nizamsız olar.   Əlbəttə ki, yenə nadir hallarda təmkinli insanlara da rast gəlinir. Amma əksəriyyəti   nizamsız olur. Ağıllı şəkildə düşünə bilmirlər. Sitatlar
Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe   olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur