logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 noyabr 2015

avatar

Adnan Oktar

İnsan şeytanlarının çirkin sözləri, hücumları, tələ qurmaları, xainlikləri hər cür pis əməlləri, savabı olduqca artıran, Allah tərəfindən yaradılmış, Allah tərəfindən fürsət olaraq verilmiş nemətlərdir.
A9 TV; 30 noyabr 2015
1723
avatar

Adnan Oktar

Ateistlərin varlığı, din əleyhinə hər cür yazı, söhbət, dinlə lağ edilməsi, müsəlmanın savabını artırmaq üçündür. Bütün bunlara baxmayaraq, müsəlman qalmağa davam edirsə, bu məqbul olur.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Hədislərə görə, fəlakətlər o qədər kəskinləşəcək ki, hər kəs öz başının çarəsinə baxacaqdır. Heç kim mənfəətini düşünməyə halı qalmayacaqdır. Hadisələr təsəvvür edə bilməyəcəkləri şəkildə böyüyəcəkdir. Qurtuluş üçün, mütləq İmam Mehdi (ə.s) zühur etməlidir. İkinci yol yoxdur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən "birləşək" deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? "Başçımız budur" desən, onsuz da birləşmə olur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir.
A9 TV; 27 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
A9 TV; 23 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir.
A9 TV; 22 noyabr 2015
avatar

Adnan Oktar

Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti ayaq basdığı hər yerdə şeytanın ayağını qırmaqdır. Faşizmin ayaq səslərini yox etməkdir. Azadlığı, sevinci, bayram əhval-ruhiyyəsini, iman sevincini bütün dünyaya daddırmaqdır. Görünməmiş ictimai ədalət yaratmaqdır.
A9 TV; 21 noyabr 2015
avatar

Adnan Oktar

Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Gözəl əxlaqlı olum deməklə, insan gözəl əxlaqlı ola bilməz. Allahdan qorxaraq, Allahı sevərək gözəl əxlaqlı olunar. Yoxsa səxavətli ola bilməz. Birinə mal verdikdə insanın ürəyi yanar. Bağışlamaq qəribə şəkildə qəzəbləndirər. Əgər iman yoxdursa, Allah qorxusu yoxdursa bağışlamaq, çox əsəbiləşdirici haldır.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; "niyə səbirli olum?" deyər. "Niyə bağışlayım?" deyər. "Niyə əliaçıq olum?" deyər. "Niyə haqqımdan imtina edim?" deyər. Hər cəhətdən çökər insan.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir.
A9 TV; 19 noyabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir.
A9 TV; 19 noyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İblislə mübarizə aparmaq səbir, iradə və ağıl tələb edər. Çünki iblis ağıllıdır, inadkardır, xaindir, yaxşı oyun qurandır. Müsəlman da çox ağıllı, yaxşı oyun quran və səbirli olmalıdır. Çünki iblis asanlıqla əl çəkməz, bir anda ölməz dəccaliyyət. Çox səbirli şəkildə, tək-tək qurduğu hər oyun yox edilməlidir. Sitatlar
Baxın İblisə, o kimi müdafiə edirsə, o insanda pis hərəkətlər vardır. Kimdən bəhs etmək istəmirsə, kimdən çəkinirsə onda da bir gözəllik olur. İblis yaxşı insanlardan çəkinər, onlardan bəhs etmək istəməz, heç xoşlamaz, çox narahat olar. Sitatlar
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar. Sitatlar
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz. Sitatlar
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz. Sitatlar
Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq. Sitatlar
Münafiqə nəsihət kimi Allahdan bəhs et desən dəli olar, küfr əhlindən uzaq dur desən dəli olar. Şeytan seansı kimidir. Şeytan necə birdən birə dəli olur? O da bu cür dəli olar. Bunun üçün də, münafiqlə danışarkən çox diqqətli, çox təmkinli danışmaq lazımdır. Sitatlar
Münafiq həmişə çox gözəl danışar, yaxşı rol oynayar. Oradan buraya keçər, buradan oraya, meymun kimi. Bunun üçün də, Bədiüzzaman: "Münafiq şeytani zəkaya malikdir, baş çıxara bilməzsiniz" deyir. "Olduqca şiddətli məxluqdur" deyir. Lakin heyrət ediləcək bir şeydir, heç vaxt nicat tapmaz. Sitatlar
Münafiq müsəlmanların arasında olub, müsəlmanlara hücum anını gözləyər. Hücum anında bütün alçaqlığıyla, şeytani ünsürlərin lideri olaraq ortaya çıxmaq istəyər. Yəni şeytanın insan nümunəsidir. Sitatlar
Şeytan qəlbində xəstəlik olanları xüsusi formada müəyyənləşdirib onlara hücum edər. İnsan Allahı unutduğu zaman bundan xəbərsiz olur, üzəri ion təbəqəsi kimi şeytanla örtülür. Artıq şeytan ondan əl çəkmir. Bədəninə yapışır. Sitatlar
Qəlbində xəstəlik olan, qürur nümayiş etdirər, eqoistlik edər, təkəbbürlənər. Təkəbbürü qiymətli bir ibadət kimi görür. Halbuki şeytanın sözü ilə etdiyindən xəbərsizdir. Şeytani şəkildə fəaliyyət göstərdiyini görə bilmir. Sitatlar
Münafiq şeytanla trans vəziyyətinə keçməsə əgər qətiyyən rahat olmaz. Mütləq gizli bir pislik edər, mütləq gizli şəxsiyyətsizlik edər, mütləq oyun oynayar. Ruhu təkcə bu yolla rahatlıq tapar. Sitatlar
Münafiq müsəlmanlığa doğru gəldiyini hiss etsə yanmağa başlayar, çox iztirab çəkər. Buna görə də, ya əxlaqsızlıq edərək, ya satqınlıq edərək, ya küfr əhli ilə əlaqə yaradaraq, ya müsəlmanlara bir oyun oynayaraq, ya da hiyləgərlik edərək şeytan olduğunu özünə həmişə təlqin etməyə çalışar. Sitatlar
Allah səmimi olaraq sevilmək istəyir. Həqiqi sevginin əldə edilə bilməsi üçün də, əziyyət və şeytan olmalıdır. Sitatlar
Bir şeyin ziddi olmadıqda doğru olan necə ortaya çıxa bilər? Şeytan olmayacaq, nəfs olmayacaq və biz imtahan olacağıq? Gözəli və doğru olanı görəcəyik? Bu qeyri-mümkündür. Yüksək sevgini əldə etməyimiz qeyri-mümkündür, yüksək ağlı əldə etməyimiz qeyri-mümkündür. Uşaq dövrümüzdəki kimi qalarıq, təkmilləşmərik. Sitatlar
Allah sevgisinin əldə edilməsi üçün, mütləq əziyyət olmalıdır. Əziyyətin olması üçün də, şeytan olmalıdır. Şeytan da əsasən münafiqlərdən istifadə edər, küfr əhlindən istifadə edər. Sitatlar
Əsil münafiq ruh xəstəsi olar. Əsla imtina etməz. Nə edirsən et, imtina etməz. Əyilər, bükülər, şəkil alar, məxluqatdan olduğu üçün, şeytan olduğu üçün imtina etməz. Lakin bəzi hallarda mömində münafiq əlamətləri çox olar. Hamısından imtina edib normal müsəlman halına gələ bilər. Sitatlar
Mehdiyyət şeytanın və onun yardımçılarının axmaq mübarizəsinə qarşı hz. Mehdi (ə.s)-ın təkbaşına aslanlar kimi onu darmadağın etdiyi bir sistemdir. Mehdi, dəccaliyyət şeytanlarıyla, münafiqləriylə zəka mübarizəsi aparacaq. Hamısı hz. Mehdi (ə.s)-ın ağlının altında əzilmiş meyvə kimi əziləcəklər. Mehdiyyət, şeytanın zəkasıyla döyüşən insan ağlının qələbəsidir. Sitatlar
Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz. Sitatlar
Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir. Sitatlar
Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz. Sitatlar
Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər. Sitatlar
Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən. Sitatlar
Şeytanı tanımalıyıq, münafiqi, küfrü anlamağa çalışmalıyıq. Müsəlmanlara nə cür zərər verə bilərlər, bunları bilməyə çalışmalıyıq. Nisa surəsinin 104-cü ayəsində bu bir ibadət olaraq Allah tərəfindən müsəlmanlara əmr edilib. Sitatlar
Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü yaşanır. Ağızlarından nifrətdən başqa bir şey çıxmır. Bunun üçün Allah bunların üzlərini qapqara qaraldır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur