logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 dekabr 2015

avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v) heyrətamiz dərəcədə dürüst və alicənabdır. Bütün ömrü boyu belə olmuşdur. Bu peyğəmbərliyinin əsas dəlillərindən biridir. Hər şey ağıllı, hər şey yerindədir. İnsanın səbir edə bilməyəcəyi hadisələr qarşısında heyrətamiz dərəcədə səbir göstərir. Heyrətamiz bağışlama gücü var. Heyrətamiz nəzakət və alicənablığı var.
A9 TV; 13 dekabr 2015
2288
avatar

Adnan Oktar

Yalan adi bir hadisə deyil. Murdardır, insanın üzünü qaraldar, ağlını alar, çirkinləşdirər.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Yalan danışmaq dəliliyin bir növüdür və insanların diqqətini çəkmək üçün, insanları əyləndirmək üçün, cahil təbəqədə xüsusilə mədəniyyətsiz təbəqədə çox geniş yayılmışdır. Bu dəlilik növü olduğu və insanı alçaltdığı üçün, heç bir insan buna yaxın durmamalıdır. İnsanların diqqətini çəkəcəyəm, yaxud çoxbilmişlik edəcəyəm, böyüklüyünü göstərəcəyəm deyə yalan danışmaq alçaqlıqdır.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir.
A9 TV; 11 dekabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı sevəni Allah sevər. Mehdiyyətə bağlananı Allah xoşbəxt edər. Mehdiyyətdə bərəkət var.
A9 TV; 10 dekabr 2015
avatar

Adnan Oktar

Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: "Evlərimiz nəzarətsiz qalıb" deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? "Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb" deyir. "Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq" deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu?
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Bir çox insan zövq almağı, kef çəkməyi düşünər, İslamdan da istifadə edər. Məsələn, ticarət etsin, yesin, içsin, gəzsin, evlənsin, iş-güclə məşğul olsun. İslam aləminin böyük hissəsində bu zehniyyət vardır. Buna görə də, Allah İslam aləmini məhv edir. Allah Özünə yönəlmələrini istəyir, onlarsa yönəlmirlər. Allah: "Müvəqqəti dünya həyatını istəyirsiniz" deyir, "Halbuki xeyirli və gözəl olan axirət yurdudur, kaş ki, biləydiniz" deyir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Allah möminləri diqqətlə qoruyar. Allah bəzən öz qatına da qaldırar. Məsələn, hz. İsa (ə.s)-ı öz qatına qaldırması kimi. Hz. Yəhya (ə.s)-ı, hz. Zəkəriyyə (ə.s)-ı şəhid olaraq yanına aldığı kimi, lakin hər nə olsa möminin lehinə olar.
A9 TV; 6 dekabr 2015
avatar

Adnan Oktar

Bir insan dünyaya PKK-lı olaraq gəlməz, sonradan PKK-lı olar, təhsillə PKK-lı olar. Darvinist-materialist təhsilə son qoysan, Stalinizmin, kommunizmin çirkinliyindən danışsan həmin insanı qazanarsan. Bu qədər sadədir. İnsanı öldürmək yerinə beynindəki fikri, şeytanı öldür. İnsanın beynindəki şeytanı öldürsən, həmin insanı qazanarsan.
A9 TV; 5 dekabr 2015
avatar

Adnan Oktar

İslam Birliyi planla, layihə ilə olacaq şey deyil. Suriyanın mövqeyi, İraqın mövqeyi inkişaf etdiyi bir vaxtda, göydə də, Allah, hədisdə çıxacağı bildirilən quyruqlu ulduzlarla işarəsini verir. Bunlar insanların edə biləcəyi şeylər deyil. Biz ikibaşlı quyruqlu ulduzu göyə qoya bilmərik. Hadisələr tamamilə tale çərçivəsində baş verir.
A9 TV; 3 dekabr 2015
avatar

Adnan Oktar

Dinin əleyhinə qəzetlərdə, radiolarda, küçədə, ailə içində bir çox yerdə görünməmiş ixtilaf var. Müsəlman buna baxmayaraq, imanlı olduqda çox böyük savab alır.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

İnsan şeytanlarının çirkin sözləri, hücumları, tələ qurmaları, xainlikləri hər cür pis əməlləri, savabı olduqca artıran, Allah tərəfindən yaradılmış, Allah tərəfindən fürsət olaraq verilmiş nemətlərdir.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Ateistlərin varlığı, din əleyhinə hər cür yazı, söhbət, dinlə lağ edilməsi, müsəlmanın savabını artırmaq üçündür. Bütün bunlara baxmayaraq, müsəlman qalmağa davam edirsə, bu məqbul olur.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Hədislərə görə, fəlakətlər o qədər kəskinləşəcək ki, hər kəs öz başının çarəsinə baxacaqdır. Heç kim mənfəətini düşünməyə halı qalmayacaqdır. Hadisələr təsəvvür edə bilməyəcəkləri şəkildə böyüyəcəkdir. Qurtuluş üçün, mütləq İmam Mehdi (ə.s) zühur etməlidir. İkinci yol yoxdur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
A9 TV; 29 noyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yalan adi bir hadisə deyil. Murdardır, insanın üzünü qaraldar, ağlını alar, çirkinləşdirər. Sitatlar
Yalan danışmaq dəliliyin bir növüdür və insanların diqqətini çəkmək üçün, insanları əyləndirmək üçün, cahil təbəqədə xüsusilə mədəniyyətsiz təbəqədə çox geniş yayılmışdır. Bu dəlilik növü olduğu və insanı alçaltdığı üçün, heç bir insan buna yaxın durmamalıdır. İnsanların diqqətini çəkəcəyəm, yaxud çoxbilmişlik edəcəyəm, böyüklüyünü göstərəcəyəm deyə yalan danışmaq alçaqlıqdır. Sitatlar
Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar. Sitatlar
Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar. Sitatlar
Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz. Sitatlar
Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir. Sitatlar
Mövhumatçılıqda evlər keyfiyyətsiz olar, avtomobillər keyfiyyətsiz olar, küçələr keyfiyyətsiz olar. Hər yerdə ağlasığmaz geriləmə olar. Geyimin keyfiyyəti azalar, rəsm əsərlərinin keyfiyyəti azalar, yeməklərin keyfiyyəti azalar, hər şey korlanar. Mövhumatçılıq korlanmanı, keyfiyyətsizliyi müdafiə edir. Bu böyük təhlükədir. Buna qarşı çox diqqətli olmaq lazımdır. Sitatlar
Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir. Sitatlar
Qəbir əzabı deyilən nəsə yoxdur. Öldükdə başqa bir aləmə daxil olarsan. Öldüyün anda, sənə mömin olduğun dərhal hiss etdirilər, dərhal anlayarsan. Yaşayacağın o hüzurdan, rahatlıqdan dərhal anlayarsan. Bir də Allah Öz bəndəsinə zülm etməz, belə şey yoxdur. Haşa, Allah belə ədalətsiz zülm anlayışına sahib deyil. Sonsuz ağıl və sonsuz mərhəmət sahibidir. Sitatlar
PKK-nın inkişaf etmə səbəbi darvinizmdir, türk əsgərinin və türk polisinin şəhid edilməsinin ən təməlində yenə darvinizm var. Bütün xəstəliyin kökü budur. Sitatlar
İngilislər Osmanlı imperiyasını dağıtmaq üçün, darvinizmi ortaya çıxardılar və ağlasığmaz zərbə vurdular. Bütün dünyanı fəlakətə sürüklədilər, parça-parça etdilər, məhv oldu dünya. Həm I, həm də II Dünya müharibəsi baş verdi. İki müharibənin də təməlində darvinizm var. Çünki həm marksist, həm də faşist düşüncələr darvinizm mənşəli fəlsəfələrdir. Sitatlar
İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir. Sitatlar
İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir. Sitatlar
Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun. Sitatlar
Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir. Sitatlar
Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar. Sitatlar
Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur. Sitatlar
İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır. Sitatlar
Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz. Sitatlar
Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar. Sitatlar
Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir. Sitatlar
Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək. Sitatlar
Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır. Sitatlar
Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur