logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 may 2014

avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v) yalnız Qurana uymaqda məsuldur. Qurana nə əlavə edə bilər, nə də çıxara bilər.
A9 TV; 20 may 2014
1373
avatar

Adnan Oktar

Yas hörmət etməyin adıdır. Matəm özünü döymə mənasında deyil.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Xurafatçı keyfiyyətli olmağı bacarmaz, bacara bilmədiyi üçün də keyfiyyəti aradan qaldırmağa çalışar.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Müşrik müsəlmana xeyrin gəlməsini istəməz, müsəlmanın gülməyini, əylənməyini, gözəl geyinməyini, gözəl evdə yaşamasını, təhsilli, keyfiyyətli olmasını istəməz. Özü kimi pisliyi hər yerdə müdafiə edər. Hər kəsin pislik içində olmağını istəyər. Buna icazə vermərik. Allah icazə verməz, qulunu da vəsilə edər.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Sən də Qurana təslim ol, sən də Allahı sev, sən də eşqi yaşa Allah səni də gözəlləşdirər. Həsəd çəkməyi, kini, nifrəti, qısqanclığı yaşasan nə olar? Hüceyrə xərçəng xəstəsi olar. Burnu, ağızı, əli çirkinləşir, bədəni çirkinləşir.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Biz dindarlığı Türkiyədə yayırıq, amma xurafatçılıq şəklində düşünürlərsə buna icazə vermərik.
A9 TV; 20 may 2014
avatar

Adnan Oktar

Şəfqət, mərhəmət, mülayimlik―Allahdan istədiyimiz bu deyilmi? Cənnətdə nə istəyirik? Allahın bizi bağışlamasını, bizə qarşı mülayim, şəfqətli və qoruyucu olmasını istəyirik. Biz də insanlara qarşı belə olmalıyıq.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Müsəlmanda dağıdıcı üslub olmaz. Allah "sözü onlara gözəlliklə söylə" deyir. "Sərt şəkildə söyləmə, yoxsa ətrafından dağılıb gedərlər" deyir.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Əgər sözlərinin konstruktiv, faydalı olmasını istəyirsənsə, Quran mülayim bir üslubu əsas tutur. Yəni sözü gözəlliklə söyləmək, mülayim şəkildə söyləmək, şəfqətlə yaxınlaşmaq Quranın əmridir.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) dediyində dəccalı da biləcəksən, dəccal dediyində hz. Mehdi (ə.s)-ı da biləcəksən. İkisi bir bütündür. Yəni zidd olaraq yaradılmışdır, gecə-gündüz kimi, yaxşı-pis kimi. Dəccal varsa mütləq hz. Mehdi (ə.s)-da vardır. Hz. Mehdi (ə.s) varsa mütləq dəccal da vardır.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Hiyləli quruluşu müsəlman görsə də çətinliyə düşməyəcək. Çünki onu yaradan Allahdır. Müsəlman sakit olacaq.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Ayələrdə bildirilən rəftar belədir: gərginliyə, qəzəbə, ürəyində yaranan hər cür narahatlığa icazə vermə, belə bir vəziyyətə düşmə, qorxma, kədərlənmə, narahat olma, psixi olaraq sənə zərər verən rəftar göstərmə.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Müsəlman səbirli olmalıdır. Yəni ani qəzəbə fikir verməyəcək, əsəbiləşməyəcək.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Hər şeyin bir başlanğıcı və sonu vardır. Allahın başlanğıcı və sonu yoxdur. Yaradılan hər şey kimi. Lakin əlhəmdülillah, Allahın ruhunu daşıdığımız üçün cənnətdə başlanğıcımız var, sonumuz yoxdur.
A9 TV; 19 may 2014
avatar

Adnan Oktar

Allaha həmişə hüsnü-zənn etməliyik. Məsələn, necə insan sevdiyinə qarşı hüsnü-zənn edirsə, Allaha qarşıda mütləq hüsnü-zənn edilməlidir. Bir şey olanda mömin: "Allah xeyirlə yaratmışdır. Allah doğrusunu bilir"―deməlidir.
A9 TV; 18 may 2014
avatar

Adnan Oktar

Allah bir detal, hikmət yaradarkən mömin: "Biz Onun elminə bələd olamaya bilərik. Amma O bizim hər şeyimizi bilir. Biz Ona təslim olmuşuq"―deməlidir.
A9 TV; 18 may 2014
avatar

Adnan Oktar

Hüceyrə Allahın sənətinin çox ehtişamlı təcəlli etdiyi yerdir. Bir insanı hüceyrənin içinə atsan, orada bir həftə yaşasa alını səcdədən qalxmaz. Oraya girə bilmədikləri, o aləmi görə bilmədikləri üçün insanların imanları zəif olur.
A9 TV; 18 may 2014
avatar

Adnan Oktar

İnsan xromosomun içinə girsə, o sistemi görsə ömür boyu alını səcdədən qalxmaz. Hüceyrənin içinə girib özü zülal olsa, orada bir funksiya yerinə yetirsə, gəzsə həyəcandan nəfəsi kəsilər, Allaha aşiq olar. Oraya məhz qəlblə, ağılla girmək lazımdır.
A9 TV; 18 may 2014
avatar

Adnan Oktar

Allahın nə demək istədiyini görmək lazımdır. Allah Özünə yaxınlaşdırmaq, Özünü xatırlatmaq istəyir. Sən təkidlə xatırlamaq istəməsən, Allaha yaxınlaşmaq istəməsən fəlakətlər ardı-ardına gələr.
A9 TV; 18 may 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır. Sitatlar
Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq. Sitatlar
"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində  məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan? Sitatlar
Allah, Quranda olmayan, əlavə, uydurma hökm çıxarmamağı əmr edir. Sitatlar
Qatı dinçiliklə İslam fərqli-fərqli anlayışlardır. Qatı dinçilik İslamı yox etmək üçün şeytan tərəfindən ortaya çıxarılmış zülm sistemidir. Müşrik qadınlar və müşrik kişilərdən ibarət olan bir birlikdir. Qurana tabe olan "Quran müsəlmanı" həqiqi müsəlmandır. Sitatlar
Müsəlman qardaşlar Allah xatirinə bu qatı dinçilikdən imtina edib Qurana sarılsınlar. Çox rahatlayacaq, məsələ də həll olub bitəcək. Qatı dinçilik hər yerdə əzilir, qatı dinçiliyə Allah rahatlıq verməz. Mümkün deyil. Sitatlar
Qurana tam əməl etsələr Allah fərahlıq, rahatlıq verəcək. Qurana, Allahın Kitabına heç cür güvənmirlər. Güvənib Qurana əməl etsələr məsələ bitəcək. qatı dinçilikdən, uydurmalardan əl çək. Sitatlar
Qurandan kənara çıxmaq olmaz. Haşa, Allahın Kitabına yetərsiz desən xoş olmaz. Allah “yetərli” deyir, sən isə "yetərsiz" deyirsən. Allah "hər şeyi açıq-aşkar bildirdim" deyir. Sən isə "heç bir şey açıqlanmamışdır, yarımçıqdır" deyirsən. Allahın Kitabına meydan oxuyursan, haşa. Allahın Kitabına meydan oxusan Allaha meydan oxumuş sayılırsan, haşa. Sitatlar
İhvan canımızdır, "Quran yetərli" deyərək sevgi dolu və səmimi olsa düşdüyü vəziyyətdən xilas ola bilər. Sitatlar
Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz. Sitatlar
Orta yolla gedən müsəlman deyə bir şey yoxdur. Qurana tabe olan müsəlman vardır. Qurana əməl edirsə tabe olur, əməl etmirsə tabe olmur. İki cür müsəlman vardır. Biri Qurana əməl edən, biri də əməl etməyən. Orta yolla gedən müsəlman olmaz. Sitatlar
Sitatlar
DÜNYADAKI ÇIXIŞ YOLU QURANIN YETƏRLİ OLDUĞUNUN QƏBUL EDİLMƏSİDİR. Quranın yetərli olduğu qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, məzhəb, icma, əzab, döyüşlər var. Əgər Quranın yetərli olduğu qəbul edilsə, Quranın dili səmimi başa düşülsə, heç bir problem qalmaz. Sitatlar
Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm". Sitatlar
Allah şirk qoşmadıqlarından ötrü müsəlmanlara müvəffəqiyyət verdiyini söyləyir.   İnsanlar bu sirri heç cür anlamır. Sən Qurana tabe olsan şərik qoşmamış olarsan.   Qurana tabe olmayıb, uydurma hədislərlə hərəkət etdiyində müşrik olursan. Sitatlar
Xurafatçıların, qatı dinçilərin uydurma xurafatları atılsa, geriyə yalnız saf, xalis, əsil   İslam dini qalar. Sitatlar
Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları   dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların   danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş-  boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül,   istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri   kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə   bunların hamısı halaldır. Sitatlar
İnsana sıxıntı verən şeytandır. Bu öz-özündən meydana gəlməz. Şeytan mənfi enerjidən istifadə edərək, yaxud buna bənzər insanların bilmədiyi bir əsatir varlığını, maddəni istifadə edərək bunu əldə edir. Quran buna işarə edir, inşAllah. Sitatlar
Susuzluq da insana pis təsir edər. Şeytan insanın bədəninə mənfi enerji gücü ilə yüklənər. Su daxildəki enerjini alar. Yuyunarkən su bədənin xaricindəki elektriki məhv edər. Hərəkət etdiyi zaman, ayağını yerə vurarkən də bədənindəki enerji sürətlə boşalar və insan rahatlanar. Sitatlar
Fəlakətlər münafiqləri kökündən bürüyər. Onlar fəlakətlərin Müsəlmanları bürüyəcəyini zənn edərlər.  Amma öz başlarına gələr. Bu, Allahın heyrətamiz  qanunudur. Sitatlar
Quranın ifadəsi ilə, vücudundakı mənfi enerjidən xilas olmaq istəyirsənsə duş qəbul elə. İlıq su ilə duş qəbul elə ki, bədənində olan o mənfi enerji  getsin. Bədənin içindəki mənfi elektrik getsin deyə ilıq su da içə bilərsən. Bununlada mənfi enerjidən xilas olaraq fərahlaşarsan, rahatlayarsan. Sitatlar
Əgər Quranla kifayətlənməsək Allah "alçaldaram sizi", "dünyada məhv edərəm " , "parçalayaram, bir-birinizə hücüm edərsiniz, həlak olarsınız" deyir. İslam aləmi nə vəziyyətdədir? Parçalanmış vəziyyətdə, bir-birinə düşmən olduqları üçün həlak oldular. Nə üçün? Quranla kifayətlənmədikləri üçün belə oldular. Sitatlar
XURAFATÇILIĞA QARŞI OLMAQ ALLAHIN ƏMRİDİR. Xurafatçılıq çox qorxunc xəstəlikdir, bəladır. Sitatlar
Cəmiyyətlərdə hər atanın, ananın özünəməxsus bir din anlayışı olur. Gənclərin də   özünəməxsus din anlayışları olur. Onlar bir-birləriylə ziddiyyət təşkil edir. O onu   bəyənmir, o onu bəyənmir. Halbuki, hər kəs Qurana tabe olsa, onda vahid bir ümmət   olarlar. Sitatlar
Xurafatçılar Quranın yetərliliyini qəbul etmirlər. Quranın yetərliliyini qəbul etməyən küfrə düşər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur