logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 may 2017

avatar

Adnan Oktar

Qurana möhkəm sarılmaq, Allahın hökmlərinə Allah sevgisi ilə güclü bağla sarılmaq insanın ruhən və bədən cəhətdən güclü olmasını təmin edər.
A9 TV; 14 may 2017
1575
avatar

Adnan Oktar

Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin Quranla, İslamla özünü təmizləməli, səthi olmaqdan, adilikdən xilas olmalıdır.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Dostlarım Allahı çox sevən, Allahdan qorxan, sevgini, mərhəməti bilən, nəzakətli, keyfiyyətli insanlardır. Bir çox insan dostluğumuzu qısqanır. Bizim dostluğumuzu qısqananlar öz cəhənnəm kimi dünyalarından qəzəblə bizi izləyirlər, biz öz cənnət kimi dünyamızda yaşayırıq.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Kainatın mövcud olma məqsədi sevgidir. Sevgi olmadıqda həyatın məqsədi aradan qalxar, sevgi olmadıqda fəlakət gələr.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

İnsan nəzarətsiz buraxılmayıb. Allah hər an hər insanın qəlbinə, vicdanına doğrunu vəhy edər. Bu, insanlar üçün çox böyük nemətdir. Səmimiyyət insanın Allahın vicdanına vəhy etdiyinə tabe olması, bu ilhamı eşitməməzlikdən gəlməməsidir.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

İnsanın özünü dərmanın xilas edəcəyini zənn etməsi yanlışdır. Sağaldan Allahdır, dərman vəsilədir.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Qəlbim təmizdir deyən, lakin Allahın mövcudluğunu gördüyü halda, Allaha şükür edib sevgi göstərməyən insan səmimi davranmış sayılmır.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Səmimi olan bütün qullar xilas olar. Səmimi olan Allahın mövcudluğunu bütün ehtişamı ilə görər və Allahın yaratma məqsədinə görə yaşayar.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Qurana tam tabe olmaq Quranın ifadəsi ilə şəfadır. Quranı tam yaşayan ruhən də çox sağlam olar.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Darvinizmi, materializmi fikri olaraq yox etmək demək, dünyadakı ən böyük zəfəri qazanmaqdır. Bu zaman Türkiyə əleyhinə olan bütün qüvvələr zərərsizləşər.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Lisey illərinə qədər dindar olan bir çox gənc darvinizmi öyrəndikdən sonra dindən uzaqlaşıb kommunist ideologiyanı mənimsəyir və şiddəti, qarşıdurmanı, terroru guya qanuni görməyə başlayır. Buna qarşı həll yolu, ancaq gənclərə düzgün təhsil verilməsi ilə mümkün olar.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

PKK/YPG-yə qarşı ən gözəl, ən təsirli mübarizə beynini elmlə vurmaq, yəni anti-darvinist, anti-materialist təhsil verməkdir. Terrorun bitməsi üçün terrorist yetişməsinin qarşısının alınması lazımdır. Əsas məsələ bataqlığı qurutmaqdır. Terrorist, darvinist, materialist təhsillə yetişir. Əgər bu bataqlığı qurutsaq məsələni kökündən həll etmiş olarıq.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Sevgisizliyi milli problem kimi ələ alıb, təcili həll yolu tapmaq üçün səy göstərmək lazımdır. Sevgi səfərbərliyi elan edək.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Hər evin önü çiçəkli, baxımlı olmalıdır. Evlər, paltarlar və hətta insanların bütün həyatları təkcə funksional olur. Tək məqsəd həyatda qalmaq olur. İncəsənət, gözəllik, estetika, keyfiyyət istəyən və həsrət çəkən bir həyat olmadıqda həyatın sevinci və zövqü də olmur.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Bir çox yerdə gözəllik təltif edilmir, hətta tam əksinə onu ittiham edirlər. Bu da gənc qızları baxımsızlığa və özünə qarşı diqqətsizliyə yönəldir.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Uşaqlara mütləq praktik tibb biliyinin də verilməsi əsas şərtdir. Təkcə tibb fakültəsinə gedən deyil, təhsil alan hər kəs təməl bilikləri öyrənməlidir. Uşaqlara mütləq incəsənət təhsili də verilməlidir. Gözəl insan, gözəl məkan, gözəl mühit necə yaradılar, bunlar məktəblərdə öyrədilməlidir.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Təhsilin təməli nəzakətli insan olmağa təşviq olmalıdır. İmtahanlarla uşaqları sıxışdırmaq deyil, zövqlə öyrənmələrini təmin etmək lazımdır. Uşaqlara nəzakətli, mədəni olmağın zövqünü hiss etdirmək vacibdir. Mədəni olduğu zaman həyatın hər sahəsində müvəffəqiyyətli olacağını göstərmək lazımdır.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Uşaqları sərgilərə, muzeylərə aparmaq, hər mövzunu vizual üsullar işlədərək izah etmək əhəmiyyətlidir. Tarix, coğrafiya, hər mövzuda muzeylərdə izah edilə bilər.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Taxta stullar üzərində, havasız siniflərdə deyil, filmlərdən istifadə edərək, bağçada sevinc içində söhbət edərək təşkil edilmiş təhsil sistemi olmalıdır. Uşaq məktəbə getməyi əziyyət kimi deyil, ümumi biliyinin, keyfiyyətinin artacağını bildiyi əyləncə olaraq görməlidir. Bu zaman öyrəndiyini unutmaz. Mənanı unutduran təhsil sistemi olduqda uşaq dərinlik ala bilmir, sevgisizlik yayılır, fəlakət addım-addım inkişaf edir.
A9 TV; 14 may 2017
avatar

Adnan Oktar

Allahı inkar edən darvinist fəlsəfənin dövlət əli ilə gənclərə öyrədilməsinə son verilməsi lazımdır. Hər yerdə Allahın sənəti izah edilməlidir.
A9 TV; 14 may 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qurana tam tabe olmaq Quranın ifadəsi ilə şəfadır. Quranı tam yaşayan ruhən də çox sağlam olar. Sitatlar
Qadının ruhuna ən çox təsir edən ehtiras, dərinlik, ağıl və sevgidir. Qarşısındakında ağıl və dərinlik görməyən qadın mənəvi cəhətdən ölmüş deməkdir. Sitatlar
Qurana əsaslanan həqiqi İslam yaşanmış olsa İslam əxlaqı dünyaya sürətlə yayılar və hakim olar. Mövhumatçı İslam anlayışına qarşı, həqiqi İslamı izah etsək islamofobiya aradan qalxar və dünya zövqlə İslama yönələr. Sitatlar
Həqiqətən sağlam yaşamaq Qurana tabe olmaqla mümkündür. Quran şəfadır. Qurana tabe olunduğu zaman kədərlənmə, ümidsizlik tamamilə aradan qalxar, insan sağlamlıq qazanar. Sitatlar
Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün şeytanın planlaşdırdığı sistemdir. Dərin düşünməyi, yaradıcı gücü yox edir və insanları keyidir. Mövhumatçı sistemin insanları boğmasına imkan verməyək. Quranın şən, azad, istiqanlı, mehriban, gözəl ruhu ilə dünyanı cənnətə döndərək. Sitatlar
Ədalətli rejim, mehdiyyət, İslam Birliyi və Qurana tam tabe olunduqda mümkün olar. Xurafatlar olmadan Qurana tabe olmaq dünyanı cənnətə döndərər. Sitatlar
İslamın şərti 5-dir, demək doğru deyil. İslamın şərti Quranın bütün ayələrinə tam tabe olmaqdır. Sitatlar
Quran tam yaşandığı zaman din və həyat çox gözəl olar. Quran insanların üzərindəki bütün zəncirləri, təzyiqləri aradan qaldırar. Mümkün olduğu qədər azadlıq olar. Sitatlar
Xoşbəxtlik pulla olmaz. İnsan sarayda yaşayar, lakin xoşbəxt ola bilməz. Xoşbəxtlik imanla, Allah sevgisi və Allah qorxusu ilə olar. Sitatlar
Möminin hər hərəkəti Allahın məmnuniyyəti üçündür. Allah möminin tək eşqidir. Allah rizası üçün edilən hər səy Eşqimizə göstərdiyimiz sevgidir. Sitatlar
Məzhəb təəssübkeşliyi müsəlmanlar arasında ciddi gərginliklərə və qarşıdurmalara səbəb olur. Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi təkcə Qurana tabe olunmalıdır. Sitatlar
Allah haramları Quranda dəqiq olaraq bildirmişdir. Allah adından hökm vermək zülmdür. Allah adından yalan danışmaq zülmdür. Sitatlar
İmtahanın olması, bu cür təhsildən keçmək, cənnətin məna qazanması üçün vacibdir. Əziyyət çəkməyən dərinlik qazana bilməz. Dərinliyin, ehtirasın və sevginin yaranması üçün səbir, sədaqət, vəfa lazımdır, bunları da ən gözəl imtahanla qazanarıq. Sitatlar
Allahın təcəllisini gördüyüm dindar, təmiz, səmimi hər qadını Allah sevgisi ilə çox sevərəm. Sitatlar
Musiqi və incəsənət sevgi ilə edildikdə çox gözəl olur. Rəsmi, soyuq, çox ciddi rəftar olduqda ruhda təsir yaratmır. Sitatlar
Biz Quranı səmimi izah edirik, heç bir mənfəət olmadan Quranı izah edirik. Biz din mühəndisliyi etmirik. Allaha olan sevgimizi izah edirik. Sitatlar
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.) Sitatlar
Qadın qarşısındakı insanın ağlına, dərinliyinə, şəxsiyyətinə və etibarlı olub-olmadığına baxar. Qadın Allah sevgisi axtarar, dostluq və şəfqət istəyər. Sitatlar
İnsanları namazdan uzaqlaşdırmaq üçün Quranda olmayan çoxsaylı hökm əlavə edirlər. Bu hökmlərdən dinə qarşı sədd kimi istifadə edirlər. Quranda olmayan hökmlər əlavə edərək milyonlarla insanın dəstəmaz almasına, namaz qılmasına, dini yaşamasını əngəlləyirlər. Sitatlar
Ənənəpərəst və mövhumatçı İslamın təməlində mütəşabih ayələri ağlagəlməz şəkildə şərh etmək vardır. Hökm, möhkəm ayələrdə yer alır. Sitatlar
Qurana iman gətirən Quran ayələri ilə yaşayar. Quranın hökmlərindən başqa hökmlərə görə hərəkət edənlərin ortaya qoyduğu şirk dinidir. Sitatlar
Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.) Sitatlar
Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir. Sitatlar
Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır. Sitatlar
Allah heyvanları şəfqətimizi çox təhrik edəcək şəkildə yaradır. Hamısı çox gözəl, hamısı çox sevimlidir. Bu, Allahın çox gözəl nemətidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur