logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 fevral 2014

avatar

Adnan Oktar

Şiə və sünni ayrı-seçkiliyinin aradan qalxması ancaq mehdiyyətlə mümkündür. Sənətin, elmin, incəsənətin, gözəlliyin, dünya hakimiyyəti mehdiyyətlə olar.
A9 TV; 7 fevral 2014
1481
avatar

Adnan Oktar

Allahın köməyi olmadan, Allahın qədərdəki yardımı olmadan, Allah yolunda olan cəhd, mehdiyyətin əmrində olan cəhd olmadan hər hansı hərəkətin uğurlu olması Allahın qanunlarına görə mümkün deyil.
A9 TV; 6 fevral 2014
avatar

Adnan Oktar

Hər hökümət, hər bir dövlət, hər bir insan, hər cəmiyyət, hər dərnək, hər quruluş istəsə də, istəməsə də mehdiyyətin əmrindədir.
A9 TV; 6 fevral 2014
avatar

Adnan Oktar

Bütün heyvanların, bütün məxluqatın hamısının bir lideri olar. Bütün dinlərin, məzhəblərin bir lideri olar. Buddistlərin: məsələn, Lamaları vardır ki, başçılarıdır. Xristianların yenə liderləri var, papaları var. Yəhudilərin baş ravvinləri var. Sən ''müsəlmanların başçısı yoxdur'' deyirsən. Müsəlmanların hal-hazırda ortaya çıxacaq liderinin adı hz. Mehdi (ə.s)-dır.
A9 TV; 6 fevral 2014
avatar

Adnan Oktar

Allah Quranda ayələrdə bir liderdən bəhs edir. Müsəlmanlar üçün lider seçilməsindən bəhs edir. Müsəlmanlar onsuz da lidersiz ola bilməz.
A9 TV; 6 fevral 2014
avatar

Adnan Oktar

Hər zaman hər şeydə xeyir olduğunu unutmaq olmaz. Allah dünyanı sabit saxlamaz; dayanmadan hərəkətləndirər, canlandırar. Həmişə hərəkət, həyəcan vardır.
A9 TV; 5 fevral 2014
avatar

Adnan Oktar

Suriya, İölgədəki insanlar çox cahilləşdirildi. Hər birini fərd olaraq öyrətmək lazımdır. Öyrədildikdə o insan sənin insanın olmuş olur.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Məlumat benzin kimidir. Məlumatı beyninə doldurdunmu, ondan sonra o insan mükəmməl hərəkət edər. Amma məlumatı yoxdursa, benzin olmayan avtomobil kimi, hərəkət etməz. Bir şey edə bilməz.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Bir insanı bir az yetişdirdiyində, bir az izah etdiyində, ömür boyu çox qiymətli dostun olar, İslamın tərəfdarı olar.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Siyasət deyilərkən ilk öncə ağıla sevgi, məhəbbət gəlməlidir. Siyasət sevginin əmrində olmalıdır. Siyasət sevgiyə xidmət etməlidir. Mehdiyyət dövründə siyasət eşqin, sevginin qaynağı olacaq. Siyasət eşqi, sevgini əldə etmək üçün istifadə ediləcəkdir, inşaAllah.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Almaz da yonulanda qiymətli olur. Amma təbii yonulmamış elə də qiymətli olmur. İnsan da elədir; incəliklə nizama salınanda, öyrədildikdə keyfiyyətli olur. Nə ərinmək, nə də əmək verməkdən çəkinmək doğru deyil.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

İnsanları xurafata görə deyil, səhabə İslamı ilə, mehdiyyət İslamı ilə öyrətdikdə vəli xasiyyətli insanlar olar. Ona görə mehdiyyətin əhəmiyyəti böyükdür.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Vicdanını istifadə edən, Qurana tabe olan bir insan şəffaf İslam, səhabə, mehdilik yolunu görür.
A9 TV; 3 fevral 2014
avatar

Adnan Oktar

Millət olaraq Tayyib müəllimin əzilməsinə icazə vermərik, onu deyim. Onu unutsunlar. Onların modası keçdi. Bura üçüncü dünya ölkəsi deyil. Amerikada üç-beş adam xoşlamır deyə biz Tayyib müəllimi onların ayağına vermərik.
A9 TV; 2 fevral 2014
avatar

Adnan Oktar

Tayyib müəllimin sevəni çoxdur. Allaha həmd olsun. Millət onu Anadolu igidi olaraq bağrına basır. Saçından bir telin əksilməsinə icazə vermərik. Qəlbən, səmimi, çox gözəl xidmətləri var.
A9 TV; 2 fevral 2014
avatar

Adnan Oktar

Türkiyə, imanımız, inancımız bir poladdır. Türkiyəni böldürtmərik. Həmçinin, muxtariyyət kimi, bölünməyə aparan hər hansı yola icazə vermərik. Onu unutsunlar.
A9 TV; 1 fevral 2014
avatar

Adnan Oktar

Quru-quru sevgi olmaz. Sevginin qidası vardır, yoxsa sevgi ölər. Növbənöv qidası var. Birincisi səbir, ikincisi bağışlamaq, üçüncüsü səxavətli olmaq, başqalarını düşünmək, dərin, incə düşünmək, vəfa―saymaqla bitməz. O qidaları almadan sevgi yaşaya bilməz.
A9 TV; 1 fevral 2014
avatar

Adnan Oktar

Allah qorxusu olmadan sevgi olmur. Allah qorxusu olmazsa eqoist olarsan, xudbin olarsan. ''Çox sevirəm'' deyir, eqoistsən, mərhəmətli deyilsən, səxavətli deyilsən. Necə sevəcəksən? Getdi sevgi, yandırdın getdi. Allah qorxusu sevginin təməli olan bütün ehtiyaclarını təmin edir.
A9 TV; 1 fevral 2014
avatar

Adnan Oktar

Allah qorxusunun da məqsədi sevgidir. Allah ''Məndən qorxun'' deyir. Orada Allahın məqsədi Özünün sevilməsidir. Əsas məqsəd orada sırf qorxu deyil. Allahın istədiyi qorxunun meydana gətirəcəyi sevgidir.
A9 TV; 1 fevral 2014
avatar

Adnan Oktar

Sevilən, sevən bir insan niyə intihar etsin? Sıxılır, sevgi yoxdur. Sağa dönür sevgi yox, sola dönür sevgi yoxdur. Narkotik alır yenə xilas ola bilmir. Sonra da intihar edir, Allah göstərməsin.
A9 TV; 1 fevral 2014
avatar

Adnan Oktar

Dünyadakı ən vacib qida, imandan qaynaqlanan sevgidir. Olmadımı bitdi. İstədiyin qədər körpü sal, yol sal, binalar tik. Məsələn, Nyu York çox zəngindir, amma hər gün bir adam özünü öldürür. Hər yerdə intiharlar olur, insanlar narkotikdən istifadə edir.
A9 TV; 1 fevral 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın köməyi olmadan, Allahın qədərdəki yardımı olmadan, Allah yolunda olan cəhd, mehdiyyətin əmrində olan cəhd olmadan hər hansı hərəkətin uğurlu olması Allahın qanunlarına görə mümkün deyil. Sitatlar
Dinin həqiqi ruhu təkcə mehdiyyətdir. Sitatlar
Hər hökümət, hər bir dövlət, hər bir insan, hər cəmiyyət, hər dərnək, hər quruluş istəsə də, istəməsə də mehdiyyətin əmrindədir. Sitatlar
Elmlə, mədəniyyətlə İslam hakim olar. Nə siyasətlə hakim olar, nə onunla, nə bununla, nə məktəb açmaqla, heç nəylə olmaz. Bir-bir yalnız iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, mehdiyyəti müjdələmək, Allaha sığınmaq, qardaş olmaq, sevgi dolu, mərhəmətli, nümunə olmaqla hakim olar. Bunlar həll olundusa tamamdır, inşaAllah. Sitatlar
İraq yerlə yeksan olacaq. Mümkün deyil, mehdiyyətdən kənarda dünya xilas olmaz. Mehdi (ə.s)-a tabe olmaqdan başqa xilas olmaq mümkün deyil. Anlamazlığa vursalar, Allah zorla izah edəcək. İllah ki, Mehdi (ə.s), illah ki, İsa Məsih, illah ki, İslam Birliyi. Sitatlar
Mehdiyyətin olmadığı yerdə vəhşilik olar. Allah bunu insanlara göstərir, daha da göstərəcək. Qarşıdakı günlərdə daha da şiddətli görəcəklər. O vaxta qədər ki, İsa Məsihə, Mehdi (ə.s)-a, İslam Birliyinə sevgi yaransın. Sitatlar
Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq. Sitatlar
Müsəlmanların bir qisminin şiəlikdə və bir qisminin də sünnilikdə ifrata varması xurafatların girdiyi mötəbər olaraq tanınan İslami qaynaqlara əsaslanır. Sitatlar
"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində  məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan? Sitatlar
Quranda Axırzaman əlamətləri bir gizli olaraq, bir də açıq şəkildə izah edilir. Allah parçalanmış, firqələrə ayrılmış müsəlmanlardan bəhs edərkən Axırzamana işarə edir. Çünki müsəlmanlar Peyğəmbərimiz (s.ə.v) dövründən bəri ilk dəfədir ki, bu qədər məzhəblərə, camaata bölünmüş vəziyyətdədirlər. Sitatlar
İslam aləmində ilk dəfədir ki, bu qədər mərhəmətsiz və dəlicəsinə məzhəb fanatizmi görülür. Bunun həlli mehdiyyətdir. Sitatlar
Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı? Sitatlar
Məzhəb, camaat ayrı-seçkiliyi etmədən hər kəsin iftarına getmək, dəvət edilən hər iftarı mütləq qiymətləndirməyə çalışmaq gözəl olar. Sitatlar
Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz. Sitatlar
Bəşər Əsəd özünü sünni kimi göstərir, amma sünni də deyil, ələvi də deyil. Məhv olmuş, çox çətin vəziyyətdədir. ABŞ-la Rusiya razılaşıb Əsədi götürüb qaçırsınlar, onu ordan qurtarsınlar. Sitatlar
Orta şərqdə şiə-sünni ayrı-seçkiliyinin ortadan qaldırılıb, şiələrlə sünnilərin qucaqlaşması lazımdır. Mehdiyyəti gündəmə gətirib İslam Birliyini yaratmaq lazımdır. Yoxsa bölgə cənnət kimidir. İraq, Suriya hamısı tarixi məkanlardır, bitki örtüyü çox gözəldir, amma sevgi, dostluq dövrəyə girmədiyi üçün cəhənnəm kimidir ortalıq. Sitatlar
İranda Darvinist-materialist düşüncədən əl çəkməlidirlər. Bütün İslam aləmini bağırlarına bassınlar. Şiə ilə sünni həmişə qardaşdır. Yəni özündən razılığı, "ən yaxşısını biz bilirik" fikrindən əl çəksinlər, inşaAllah. Sitatlar
Qadın baş tacıdır. Ələvilər qadını çox sevir, hörmət edir, nəzakət göstərirlər. Ələvilər şərəflərinə, namuslarına çox bağlı birlikdir. Sünni qardaşlarımız də elədir, amma hər cəmiyyətdə bir xurafat komandası var. Sitatlar
Şiə, Sünni, Cəfəri, Vahabi hamısı qardaşdır. Allah bir, Peyğəmbərimiz (s.ə.v) eyni, qibləmiz eyni, Quranda tam ittifaq halındayıq. Sitatlar
İranda Şiə, Cəfəri sistem varmış kimi görünməklə yanaşı kommunist düşüncə hakimdir. Dövlət şagirdlərə Darvinizmi, materializmi öyrədər. Sitatlar
Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldıracaq. Ələvi, Sünni, Şiə hamımız qardaşıq. Türk İslam Birliyi yaradıldığında coşğulu bir qardaşlıq olacaq. Sitatlar
İnsanlar bir mədəniyyət kimi xristianlıq, yəhudilik və müsəlmanlığı bilməlidir. Ələviliyi,   bektaşiliyi, şiəliyi bilməlidir. Bilmirsə, bu bir cahillikdir, çatışmazlıqdır. Sitatlar
İranda olduğu kimi quyunun dibində Mehdi axtarmaq, həm də Mehdini rədd etmək çox  yanlış şeylərdir. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in açıq-aydın hədislərində səmimi   vicdanla axtarılmalıdır. Sitatlar
Din, dünyanın ruhudur. Allah dini dünyaya bir nemət olaraq verir. Dünyanı yaradarkən Allah dünyadan necə istifadə ediləcəyini də yanında kitabça kimi yazmış, Kitabla bizə bildirmişdir. Allahın dediyi kimi istifadə etsək dünya cənnət kimi olar. Sitatlar
Səmimi müsəlman olduqdan sonra təşvişə düşməyə ehtiyac yoxdur. Səmimi müsəlman hər zaman qalib olur. Tövratda Allah bütün dünyada yalnız on adam olsanız, kifayətdir deyir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur