logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 aprel 2016

avatar

Adnan Oktar

Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən.
A9 TV; 14 aprel 2016
2036
avatar

Adnan Oktar

Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Kənd mühafizəçilərinə çox şəfqət göstərilsin. Mühafizəçilərimiz şəhid edildiyi zaman, yer-göy inləsin. O canlarım həmişə ön cərgələrdə olur. Bunun üçün bu aslanlara, bu qoç igidlərə lazımi şəfqəti, diqqəti, himayəni hər kəsin ən yüksək səviyyədə göstərməsi lazımdır.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Din sevincdir, xoşbəxtlikdir, gözəllikdir, keyfiyyətdir.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Sevgisizlik insanlarda dəhşətli həddə çatıb. Döyüşlər, idman oyunlarındakı hadisələr. Bu nədir belə? Dövlət “milli şüur” dərsini tezliklə dərsliyə daxil etsin. Gənclər şüurlu surətdə, mənəvi dəyərlərlə çox gözəl yetişdirilsin.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Dünyanın harasına getsəniz, bütün canlılarda mükəmməl rəngləndirmə, mükəmməl forma, mükəmməl ürəkaçıcılığın hakim olduğunu görərsiniz. Bunun heç bir izahı yoxdur. Allahın heyrətamiz gücüdür.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

İstisnasız bütün canlılarda, Allahın yaratdığı o riyazi müntəzəmlik, o həndəsi mükəmməllik, o qızıl nisbət Allahın möhürü olaraq var.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

“Diqqət” asanlıqla qapana bilən şeydir. Diqqət yetirsəniz Peyğəmbərimiz (s.ə.v)-in danışıqları həmişə qısadır, tutarlıdır. Qurandakı mövzular də həmişə belə qısa və tutarlıdır, həmişə hikmət var. Allah Quranda çox mühüm bir mövzunu bir cümlədə bildirir. Mömin də hikmətli, qısa, tutarlı, mənalı, ruha təsir edəcək şəkildə danışmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

AVM-lər və xəstəxanalar üçün geniş, rahat məscid inşa edilməsini istəyirik. Xüsusilə qadınlara məxsus hissə çox rahat, çox baxımlı, çox gözəl olmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
A9 TV; 10 aprel 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar. Sitatlar
Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar. Sitatlar
Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar. Sitatlar
Şeytanı tanımalıyıq, münafiqi, küfrü anlamağa çalışmalıyıq. Müsəlmanlara nə cür zərər verə bilərlər, bunları bilməyə çalışmalıyıq. Nisa surəsinin 104-cü ayəsində bu bir ibadət olaraq Allah tərəfindən müsəlmanlara əmr edilib. Sitatlar
Münafiqi, kafiri nəzarət etməliyik, analiz etməliyik. Niyə bu vəziyyətə düşüblər, çarə nədir, nə edilə bilər, necə razı sala bilərik, necə danışa bilərik? Səhvləri nələrdir? Müsəlmanlar üçün hansı mövzuda pis düşünürlər? Necə zərər verə bilərlər? Necə bir oyun oynaya bilərlər, necə tələ qura bilərlər? Bunların araşdırılmasının fərz olduğunu Nisa surəsinin 104-cü ayəsi mühüm ibadət kimi bizə bildirir. Sitatlar
Ləyaqətsiz münafiqlər Allah üçün aparılan mübarizəni ağılsızlıq kimi görərlər. Mənfəətləri olsa, məsələn, Peyğəmbərimiz (s.ə.v) onlara beş kisə, on kisə qızıl versə, heç vaxt: "bu istidə döyüşə çıxmayın!" deməzlər. "Döyüşməyi bacara bilsəydik sizinlə gələrdik" sözünü heç vaxt söyləməzlər. Yaxud: "burada əbəs yerə canımızı veririk" deyə heç vaxt deyinməzlər. On kisə qızıl alsa, havalanar, çox şövqlənər. Sitatlar
"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir. Sitatlar
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur. Sitatlar
Tarix boyu çox kiçik topluluqlar çox böyük kütlələrə təsir ediblər. Yaxşı və gözəl insanlar sayca azdır və böyük kütlələri idarə edərlər. Allah hər dövrdə kiçik bir topluluğu dünyanın hidayətinə vəsilə etmiş, kiçik bir topluluğu qalib etmişdir. Sitatlar
Müşrik, münafiq, hər kim olsa da tövbə etsə Allah tövbəsini qəbul edəcəyini söyləyir. Allahın rəhmətindən ümid kəsən üslubdan qaçmaq lazımdır. Sitatlar
Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil. Sitatlar
Zülqərneyn də, Talut da qarşılıq istəməyən Mehdilərdir. Allah Yasin surəsi, 21-ci ayədə: "(Təbliğləri müqabilində) sizdən qarşılıq istəməyənlərə tabe olun. Həmçinin onlar, mehdilərdir (hidayətə nail olmuş və hidayətə nail edənlərdir)" deyə buyurmuşdur. Sitatlar
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək. Sitatlar
Bir insan dini yaşamağa başlamadan əvvəl bir çox səhv etmiş ola bilər. Ömrü boyu bu səhvlərin əzabını çəkmək Qurana görə doğru deyil. Müsəlman dini öyrəndikdən sonra əvvəl bilmədən etdikləri üçün tövbə edər və o mövzular bitər. Həmişə onun utancını yaşamaz. Sitatlar
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin. Sitatlar
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur. Sitatlar
Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən. Sitatlar
Bədiüzzamanın insanların hidayətinə vəsilə olan istiqanlı üslubu var. Din texniki olanlar isə təkcə qəlblərin sərtləşməsinə səbəb olur. Sitatlar
İmam Rəbbani, hz. Mehdi vəsiləsi ilə hidayətin bütün dünyaya yayılacağını bildirmişdir: “Onun (Mehdinin) irşadının və hidayətinin nurları bütün dünyaya yayılar. Yer kürəsinin ortasından ta ərşə qədər hər kəsə rüşd (doğru yolu bilmək), hidayət, iman və mərifət Onun (Mehdi) yolu ilə gələr. Hər kəs ondan feyz (nemət) alar. Arada o olmadan, heç kim bu nemətə qovuşa bilməz. (İmam Rabbani – Məktubat, 260-cı məktub) Sitatlar
Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya   səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz   şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı   ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm”   de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb   qudurursan? Niyə özünü alçaldırsan? Sitatlar
İslama görə dönülməyəcək heç bir səhv, günah yoxdur. Tövbə etsən dönərsən. Sitatlar
Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. Qisas almayacaqsan. Dünyəvi cəzası nədirsə qanun çərçivəsində alır. Artıq o yetərlidir. Buna görə kinə, ədavətə ehtiyac yoxdur. Tövbə edər, qardaşın olar. Sitatlar
İnsan əgər dürüstcəsinə səhvini boynuna alıb etdiyi günahdan imtina edərsə, Allah bağışlayacağını bildirir. Sitatlar
Hədisə görə, Mehdi (ə.s) bütün peyğəmbərlərin xülasəsi kimidir. Xatəmə vəlidir, gəlib-keçmiş ən böyük övliya və ehkamda günahsızdır. Allah, İsa Məsih kimi ulul-əzim bir peyğəmbəri, Mehdi (ə.s)-a vəzir olaraq təyin edir. Bu da onun dəyərini göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur