-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Hər cür problemi kökündən aradan qaldırılması üçün darvinist, materialist təhsilin ləğv edilməsi lazımdır. Özünün bir növ heyvan olduğuna inanaraq yetişən biri hər cür pisliyi, iyrənc işlər görməyi, əxlaqsızlığı gözə alar. Pislik olduğunda əlbəttə hüquqi cəzasının verilməsi lazımdır. Ancaq əhəmiyyətli olan pisliyin olmamasını təmin edə bilməkdir. Bu da təhsillə təmin edilə bilər. Allah sevgisi, Allah qorxusu, dünyadan keçmək, eqoizmdən xilas olmaq, sevgi, şəfqət, heyvanlara, bitkilərə, hər şeyə qarşı mərhəmət öyrədilərsə, o insan heç bir cinayət işləməz, əxlaqsızlığa meyl etməz.
Adnan Oktar
Düşüncə tənbəli olan insan ağıllı ola bilməz, dərin düşünə bilməz, belə olduqda da nəşəsi, sevinci gedər, mühakimə qabiliyyəti pozular. Allah ilə həmişə kəskin yaxınlıq və sevgi bağını mühafizə etmək və Allaha həmişə güvənmək, ağılda istiqaməti tam doğru tutdurmağa imkan verir. İnsan o zaman düz, sağlam yolda gedər. Amma bu yolda gedərkən təbii ki, imtahan olacaq. İnsanlar Allahı sevəndə və güvənəndə heç bir çətinliklə qarşılaşmayacaqlarını düşünürlər. Bu doğru olmaz. Allahı sevmək demək çətinliyin aradan qalxması demək deyil. Ən çətin mühitlərdə Peyğəmbərlər olur. Məsələn, Hz. Həmzəni Allah çox sevir amma şəhid olaraq alır, Hz. Əlini də Allah çox sevir amma onu da şəhid olaraq alır. Möminin qarşısına mütləq çətinliklər çıxacaq, imtahanın şərti budur.
Adnan Oktar
Münafiqlərin həmişə əxlaqsızlıq və pislik planlamaları, onlarda böyük stress yaradar. Bədən hüceyrələri o sevgisizliyə, o stressə dözə bilməz və özlərini yeməyə başlayar. Bu səbəblə münafiqlər çox sürətlə çökərlər, yaşlanarlar və qısa müddətdə tanınmayacaq hala gələrlər. Heç bir zaman xoşbəxt ola bilməzlər, ağla sığmaz gərginlik içində yaşayarlar, amma bir tərəfdən də xoşbəxtlik təqlidi edərlər, teatr oynayarlar, o teatr da onları çox yorar və əldən düşərlər. Münafiqlər sonunda qəhrdən pərişan olar ölərlər. Allah ayəsində qəzəbinizlə ölün deyə bildirir. (Ali İmran surəsi, 119: ... De: “Qəzəbinizdən ölün!” ...) Allah başqa ayəsində də münafiqlərə sıxıntılı həyat verəcəyini söyləyir. Bu vəziyyət də onları məhv edər. (Taha surəsi, 124: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”)
Adnan Oktar
Münafiqin hər halı Allah tərəfindən əhatə edilmişdir. Allah münafiqə dünyada tələ qurar. Bu tələ, möminlər üçün cənnət nemətidir. Allah təkcə dənizlə, düzənliklə, gözəlliklə nemət təqdim etməz. İgidliklə də nemət təqdim edər. Münafiqə tələ qurar, bu da nemətdir. Bu tələ belədir: Allah əvvəlcə münafiqi alar möminlərin arasına gətirər, gəncliyini burada keçirtdirər. Münafiq 20 ilə 40 yaş arasını müsəlmanların arasında keçirdər. Bütün maddi və mənəvi həyatını İslam üçün keçirmiş olar. Müsəlmanlardan ayrılanda onu geri almaq istəyər, lakin geri almaq imkanı artıq yoxdur. Allah bütün gəncliklərini əllərindən almışdır. Allah bəsirətini bağlayıb 10-20 il xidmət etdirər, sonra münafiq var-dövlət və nüfuz hərisliyinə qapılar. Allah münafiqə bol miqdarda var-dövlət və məqam verər. Professorluq, tacirlik, zənginlik verər. Lakin yaşı 40-50-yə çatmışdır. Türkiyədə orta yaş 65-dir. Allah münafiqə nə qədər müddət vermiş olur, ən çox 10-15 il. Münafiq malı dəli kimi yığmışdır, o malı yeməsi üçün çox ömrə ehtiyacı vardır, lakin o ömür əlində yoxdur. Yaxtanı almışdır, mənzilləri almışdır, mallarını toplamışdır, arxada qoyulacaq kimi deyil, çox şey toplamışdır, lakin edam fərmanı da Allah tərəfindən verilmişdir. Hər dəqiqə ölümə getdiyini bilər. 15 il, 14 il, 13 il, hər keçən ilin tik-tak, tik-tak deyə səsləri qulağına gəldikcə münafiq dəli olar. Lakin edə biləcəyi heç nə də yoxdur. Sonunda da; "gəl biz səni alaq" deyər ölüm mələkləri və ağzını, burnunu qıraraq canını alar. Münafiqin bütün zəhməti isə burada qalar. Münafiq malını yeyə bilməz. Evləri, avtomobilləri, ləl-cəvahiratları, paltarları hər şeyi geridə qalar. Lakin ən əhəmiyyətlisi müsəlmanlara xidmət edib qoyduqları qalar. Münafiqin əlində təkcə o malı əldə etmək üçün süründüyü iyrənc həyat və sonda da əzab vardır. Müsəlmanda isə ömür uzun olar. Müsəlmanda mal yığma olmadığı üçün, həmin anda o malın haqqını verər. Mömin həris olmadığı üçün dünyanı həmişə gözəl yaşayar. Mömin təvəkküllə çox sakit, Allahın verdiyi bərəkətlə çox yaxşı yaşayar. Münafiq isə eşşək kimi hərisliklə çalışar, lakin çalışdıqca çökər, çünki o hərislik onu çökdürər. "Liviyanın dörddə biri mənimdir, Tunisin yarısı mənimdir" deyə özünü aldatmağa çalışar, lakin əlində o malı yeyəcək gənclik qalmamışdır. Gəncliyi möminlərə xidmətlə keçmişdir. Üstəlik, o malı əldə etməyə çalışarkən yaşadığı hərislik, ruh və bədən sağlamlığını da tamamilə pozar, çökdürər və çürüdər. Münafiq ömrü boyu çalışar, lakin hamısı boşa gedər. Bu, Allahın münafiqə ən böyük tələsidir. Dolayısilə münafiqlər axmaqlıqlarına doymasınlar. Sürünürlər sürünməyə davam edəcəklər, möminlər də kef içində yaşamağa davam edəcəklər.
Adnan Oktar