-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.
Adnan Oktar
Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
Adnan Oktar
Hər cür problemi kökündən aradan qaldırılması üçün darvinist, materialist təhsilin ləğv edilməsi lazımdır. Özünün bir növ heyvan olduğuna inanaraq yetişən biri hər cür pisliyi, iyrənc işlər görməyi, əxlaqsızlığı gözə alar. Pislik olduğunda əlbəttə hüquqi cəzasının verilməsi lazımdır. Ancaq əhəmiyyətli olan pisliyin olmamasını təmin edə bilməkdir. Bu da təhsillə təmin edilə bilər. Allah sevgisi, Allah qorxusu, dünyadan keçmək, eqoizmdən xilas olmaq, sevgi, şəfqət, heyvanlara, bitkilərə, hər şeyə qarşı mərhəmət öyrədilərsə, o insan heç bir cinayət işləməz, əxlaqsızlığa meyl etməz.
Adnan Oktar
İLTİFAT, KÖNÜL ALMAQ GÖZƏLDİR, SEVGİ GÖZƏLDİR. İltifatdan mənim xoşum gəlir. Mənə kompliment deyildiyində xoşlayıram, başqasına da kompliment deyərəm, hər zaman insanların könlün alaram . Gözəl olanı çox tərifləyərəm, ruhum belə çox rahat olur, xoşlayıram. Gözəl olana doya -doya baxmaq istəyərəm, ona sevgimi ifadə edərəm. Allah bizi elə yaratmışdır, cənnət də elədir. inşAllah, ürək Allah sevgisi ilə ,sevgi ilə doludur. Allah elə yaradır.
Adnan Oktar
İnatkarlıq, kobud cavab vermək, küsmək, incimək, taktikalar, tətbiqlər ... Öz əlləriylə dünyanı cəhənnəmə çevirirlər. Əl çək, normal insan ol, gülər üzlü, mehriban ol, Allahın nemətlərinə sevin. İnsanlar haqqında müsbət düşün, gözəl düşün. Onları sevindirəcək bir şeylər et. Xoşlarına gələcək bir şey et. Onlar da sənə qarşı eyni şeyi etsinlər. Rahat, gözəl yaşa.
Adnan Oktar