-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Təvazökarlığı qəbul etməsən, lovğalansan, təkəbbürlü olsan Allah bəla verər. Allah göstərməsin. Amma məzlum, təvazökar olsan bərəkət, hüzur, dinclik gəlir. Daxilin, xaricin, hər yerin nur olar. İşlərin rahatlıqla gedər. Əks təqdirdə Allah hər yerindən, hər şeydən çətinliyə salar. Bərəkət, hüzur, dinclik, ağıl, fikir, nur qalmaz. Allah əsirgəsin. Allah üzərinizdən nurunu qaldırar.
Adnan Oktar
Sevgi Allah tərəfindən yaradılmış ən güclü instinktdir. Allah ən böyük nemət olaraq, kainatın yeganə məqsədi kimi sevgi deyilən nur yaratmışdır və bu nur bütün kainatı, bütün kosmosu, bütün hüceyrələri, atomları, insanları, heyvanları, bitkiləri, bütün canlıları əhatə etmişdir və yeganə məqsəd halına gəlmişdir. İnsanı ən çox xoşbəxt edən, insana ən yüksək həzzi verən, ən nəcib duyğu sevgidir. İnsanların bu qədər gözəl yaradılmasının, atomlardakı cazibə qüvvəsinin, hüceyrənin daxili quruluşundakı möhtəşəm quruluşun, kainatdakı möhtəşəm həndəsənin məqsədi də sevgidir. Sevgi heyrətamiz həzzdir, heyrətamiz gözəllikdir.
Adnan Oktar
Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)
Adnan Oktar