logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 noyabr 2017

avatar

Adnan Oktar

Şeyx Mehmet əfəndi, Şeyx Nazim Kıbrısi həzrətlərinin bizə gözəl əmanətidir. Özü dünyadan imtina etmiş, nəzakətli, keyfiyyətli, səmimi, dindar, gözəl xasiyyətli, etibarlı mömindir. Onu çox sevirik. Allah onu hər zaman hidayəti və nuru ilə əhatə etsin.
A9 TV; 15 noyabr 2017
991
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah hz. Mehdini imanın nuru ilə görüb tanımağımızı nəsib etsin inşaAllah. Sitatlar
Allah Onu zikr edənə nur verər. Nur ilə Allahı zikr etmək eyni anda yaradılar. Gözəlliklə Allahı zikr etmək eyni anda yaradılar. Sitatlar
Allah Özünü aşkar etməz. Allahın Özünü gizlətməsi Allahın sənətidir və İlahlığının mükəmməlliyidir. Allah Özünü 70 min pərdə ilə gizlədər, biz o pərdələri aça-aça Onu tapmalıyıq. Murdar insanların Allaha çata bilməməsi mömin üçün nemətdir. Dürüst, yaxşı, gözəl olanların Allaha çatması isə çox zövqlü yarışdır. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir. Sitatlar
Allaha yaxınlaşmağın yolu sonuna qədər açıqdır, lakin imanın üzərində pərdələr var. Mömin ömrü boyu o pərdələri açmağa çalışacaq. Hər pərdəni qaldırıb açanda imanı bir daha yerləşəcək, dərinləşəcək. Sitatlar
Allahdan ən çox, Allahın qəlbimizə dərin iman həkk etdirməsini və Onu sevməyi istəməliyik. Allaha dərin imanla, səmimi imanla bağlandığımız zaman hər şey çox gözəl olar. Sitatlar
Allahın icazəsi ilə 2020-ci ildə İsa Məsih və mehdiyyətin nuru dünyanı bürüyəcək. Sitatlar
Beynin içinə baxmaq imanı çox dərinləşdirər. Beynin içinə baxan insan maddəyə dair bütün inancını başdan nəzərdən keçirəcək. Bütün kainatı mərcimək boyda yerin içində görürük. Bunu görən insanın iman gətirməməyi qeyri-mümkündür. Sitatlar
Binali Yıldırım dürüst və alicənab insandır. Yaxşı niyyətli vətənsevərdir. Allah nuru ilə, hidayəti ilə əhatə etsin, cənnətlə mükafatlandırsın inşaAllah. Sitatlar
İnsan başqasını xoşbəxt edərək özü xoşbəxt olar. Xoşbəxtliyin açarı sevdiklərini xoşbəxt etməkdir. Sitatlar
İnsan dünyadakı təhsillə özünün nə olduğunu görər. Özü haqqında bilgiyə sahib olar. Axirətdə sevildiyimizi dünyada yaşadığımız təhsillə anlayırıq. Sitatlar
İnsanların bir hissəsi əsasən ən yaxınlarına da sərt və kobud davranır. Dəccaliyyət filmlərin, serialların və sairənin təsiri ilə insanların əksəriyyətinə ən çox sevəcəklərinə sərt davranmağı öyrətdi. Sevgisizliyin qaranlığında əzab çəkməyə səbəb olur. Bu vəziyyət Quran nuru ilə aradan qalxacaq. Sitatlar
Mömin Allahın ruhunu daşıdığı üçün özünü həmişə dəyərli, həmişə nəşəli, həmişə güclü hiss edər. Özü yoxdur. Allahın ruhu vardır. Bu, möhtəşəm şeydir. İnsanlar özlərini həyatlarının müəyyən dövrlərində dəyərli hiss edər. Mömin isə ömrünün hər anında özünün dəyərli olduğunu bilər. Sitatlar
Mömin təkcə özü üçün dua etməz. Mömin hidayəti, gözəlliyi, yaxşılığı həm özünə, həm də bütün müsəlmanlara istəməlidir. Möminin taleyi müsəlman qardaşları ilə birlikdə yaradılmışdır, duası da bütün möminlər üçündür. Sitatlar
Mömin təvazökar olmaq üçün özəl çalışmaz. Özü və dünya barədəki həqiqəti bildiyi üçün həddini bilər. Ağıllı düşünər. Bədəninə baxar; ətdən, sümükdən yaranmışdır, həyat çox qısadır, ölüm çox yaxındır, hər şeyə hakim olan Allahdır, danışdıran Allahdır, gözəlləşdirən Allahdır, sevdirən Allahdır. Bunları bildiyi üçün təbii olaraq təvazökardır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur