-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)
Adnan Oktar
Türkiyənin Suriya siyasətinin Suriya dövlətinin və torpaqlarının bütövlüyünün qorunmasından yana olması lazımdır. Suriyadakı dövlətin tanınmasına və bu dövlətlə birlikdə, Rusiya, İran, Türkiyə ittifaq edərək birgə hərəkət etməyə ehtiyac var, yoxsa PKK leqal hala gələr. Suriya hökuməti toplanmalı, dövlətin başçısı, yəni Əsəd Məclisi toplamalı; "gəlin mənə kömək edin" deməlidir. Rusiya, İran və Türkiyə birgə yardım etməlidirlər. O zaman PKK-nın Suriyanı parçalamaq planı tamamilə aradan qalxar. Suriya dövlətinin tələbi də bu baş verdiyi üçün BMT, ABŞ və s. heç kim etiraz edə bilməz. Əgər Türkiyə, Suriya dövləti belə ittifaq etməsə bölgədə (Allah qorusun) kommunist PKK dövlətinin yaradılmasına istəmədən kömək etmiş olar. Bu ehtimalın tamamilə aradan qalxması üçün Suriyanın ərazi bütövlüyünün qorunması, bu qorunmanın təmin olunması üçün də Suriya dövləti ilə əlaqə yaradılması əsas şərtdir. Bu məsələdə Rusiya, Türkiyəyə vasitəçi ola bilər. İran, Türkiyə, Rusiya və Suriya rəhbərlikləri bir yerə toplanar, birgə qərar alar. Suriya dövləti bu məsələdə əməkdaşlıq etmək vicdani cəhətdən də, siyasi cəhətdən də doğru qərardır. Hökumətimiz bu məsələdə cəsur olsun, çəkinməsin. Suriyanın cinayət işlədiyi doğrudur, zülm olduğu doğrudur, lakin bu görüşün keçirilməsi üçün maneə deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İraq və s. hər bir ölkənin törətdiyi cinayətlər var. Bu məntiqlə yanaşsa Türkiyə heç kimlə dialoq qura bilməz. Ağıllı davranıb (PKK-nın bölgədən tamamilə silinməsi üçün) Suriya, Rusiya, İran və Türkiyənin əməkdaşlıq etməsini dəstəkləmək lazımdır.
Adnan Oktar
Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları "terror, anarxiya, tezis, antitezis münaqişəsi"dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.
Adnan Oktar
Münafiq küfrə gedib küfrü yaşaya bilər. Amma möcüzəvi şəkildə it kimi alçaldılaraq müsəlmanları dağıtmaq, bu səbəbdən İslama zərər vermək üçün məşğul olar. Bu çox təəccüblüdür. Darvinizmlə, PKK ilə, FETÖ ilə, dinsizliklə məşğul olmaz, bunları tamamilə buraxar. Ən başarılı gördüyü müsəlman kimdirsə, bütün vaxtını onları dağıtmağa ayırar. Münafiqlərin bu hücumu da müsəlmanlar üçün müdhiş bərəkət olar. Möminlərin bu vəsiləylə həm sevgiləri artar, həm müəllif gücləri artar, həm də şövqləri artar. Münafiqlərin varlığı möminin nurunu artırar, ömrünü uzadar. Münafiqin üzünü qaraldar, ömrünü azaldar. Möminin gücünü və ona olan sevgisini artırar. Münafiqin yalnız qalmasını və alçaldılmasını təmin edər.
Adnan Oktar