logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 may 2018

avatar

Adnan Oktar

Bu əsrdə münafiqlər 1400 ildir, Peyğəmbərimizin dövründən bu günə qədər elədikləri bütün xainliklərin qarşılığını qanunla və hüquqla alacaqlar.
A9 TV; 10 may 2018
2165
avatar

Adnan Oktar

Uşaq sevgisi olmayanların məscidə girməsinə qadağa qoyulmalıdır. Uşaqlara məscidlərdə pis davranan olanda dərhal lazımlı tədbirlər alınsın.
A9 TV; 10 may 2018
avatar

Adnan Oktar

Allahın sənətini heyrətlə izləmək lazımdır. İnsan necə sevgilisini görəndə gözlərinə, saçlarına, paltarına baxır, təqdir edir. Allahın yaratdığı gözəllikləri də tək-tək araşdırmaq lazımdır. Hüceyrədəki gözəlliklər, dənizdəki gözəlliklər, atomdakı gözəlliklər hamısını tək-tək görmək lazımdır. Sevgilinin sənətini gördükcə daha çox aşiq olarsan.
A9 TV; 10 may 2018
avatar

Adnan Oktar

Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Münafiq şeytan olduğu üçün, şeytan da Allaha din ilə mübarizə etməyə söz verdiyi üçün şərəfsizliyinə heç vaxt son verməz. Münafiqlə elmi mübarizə ibadətdir və hər zaman davam edər.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar.
A9 TV; 9 may 2018
avatar

Adnan Oktar

Qadınların xoşbəxt olmadığı bir dünyanı Allah rahat buraxmaz. Allah qadınları dünyanın ən gözəl varlığı olaraq yaratmış. Ən gözəl yaratdığı varlığı əzməyə çalışsan Allah səni əzər.
A9 TV; 8 may 2018
avatar

Adnan Oktar

Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın.
A9 TV; 8 may 2018
avatar

Adnan Oktar

Allah sonsuz Ağıldır. Allah yalnız sevgi istəyər. Bu qədər detal yaradılmasının, bu qədər əmək sərf edilməsinin tək məqsədi sevgidir. Allahı haşa hər an hirslənəcək kimi görürlər. Allah qullarına yaxşılıq istəyər, sevgi istəyər. Allah sonsuz ədalətli və sonsuz ağıllıdır. Atomlara qədər qüsursuzluq yaradan Allah qullarına heç vaxt əziyyət istəməz.
A9 TV; 8 may 2018
avatar

Adnan Oktar

Bu millət Tayyib hocamı sevir. Çox dürüst insandır. Allah rizası üçün, vətən üçün, millət üçün hərəkət edir. Gözəl xidmətinə həmişə davam edəcək inşaAllah.
A9 TV; 8 may 2018
avatar

Adnan Oktar

Qurana tam tabe olanda, səbirli, dözümlü, ağıllı olanda, Allahın böyüklüyünü qavrayanda o insanı kimsə məğlub edə bilməz. O insan metafizik varlıq halına gələr.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Allaha diqqətimizi daha yaxşı verdiyimizdə, Allahı heç vaxt unutmadığımızda dünya cənnət kimi olar. Allaha diqqətimizi verdiyimizdə həyatımızda heç bir çətinlik olmaz deyə düşünmək səhv olar. Mömin çətinlikdə də, yaxşı vəziyyətdə də diqqətini Allaha verər. Bir insan rahat olanda Allahı düşünər, çətinlik olanda Allahı unudursa bu çox böyük vəfasızlıq və əxlaqsızlıq olar. Bu cür insanın sevgini, dərinliyi yaşaması qeyri-mümkündür.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Allah Öz Ruhu olan möminlərə həmişə yaxşılıq yaradar. Ölü olan varlıqlara isə həmişə fəlakət və bəla yaradar. Nəfs də həmişə mənfi gücləri toplayan və bədənə təsir etməyə çalışan, bütün neqativ olanları ruha təlqin etməyə çalışan gücdür. Buna qarşı ruh müqavimət göstərərək zəfər qazanar.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Allah insanı, din olanda təmkinli olacaq şəkildə yaratmışdır. Din olmadıqda cəmiyyətlər də, şəxslər də rahatlıq tapa bilmir. Dünya Allahın dediyi kimi istifadə ediləndə şən, sağlam və gümrah həyat olar.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Əzablar və çətinliklər dünya təhsili üçün əsas şərtdir. Dünyanın və axirətin mənası üçün mütləq çətinliklə qarşılaşmaq lazımdır. Dərinlik, eşq, ehtiras bu çətinliklərlə meydana gələr. Çətinlik dərəcəsi yoxsa igidlik, fədakarlıq, vəfa, sevgi yaranmaz.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Münafiqlər çox həyasız və arsızdır. Görənlər dərhal uzaqlaşar. Münafiqlər həmişə təkdir, öz aralarında iki üç nəfər sürünürlər.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Allah cənnətdə həmişə yeni qoxular, yeni rənglər, yeni zövqlər yaradar. Allahın sonsuz ağlını və sonsuz sənətini ən gözəl şəkildə cənnətdə görəcəyik inşaAllah.
A9 TV; 7 may 2018
avatar

Adnan Oktar

Səbir ağıllı insanların xüsusiyyətidir. Səbir etməmək insanı çox alçaldan vəziyyətdir.
A9 TV; 7 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar. Sitatlar
Sevginin əsas şərti ağıllı və səmimi olmaqdır. Sevgi bina tikmək kimi, yüzdən çox təməl dəyərlər üzərinə qurular. Bağışlamaq, dəyər vermək, səbir etmək, mərhəmət etmə, sevgini meydana gətirən bütün bu əsas şərtləri bizə öyrədən kitabdır. Allahın böyüklüyünü anlayan insan Quranı necə yaşayacağını çox yaxşı anlayar. Sevginin irəliləməsi üçün ağıl, diqqət, iradə, qayğı və səbir lazımdır. Mömin bu mövzuda yorulmaz və çaşqınlıq da yaşamaz. Qurandan öyrəndiklərini çox ardıcıl tətbiq etdiyi üçün sevginin gözəl yoluna girər və irəliləyər. Sitatlar
Müsəlmanın ağlını çox səlis və diqqətli istifadə etməlidir. Dünya çox sürətlə gedilən yol kimidir. Bu yolda avtomobil istifadə etdiyini düşünərək çox ağıllı hərəkət etmək lazımdır. İradəli, ağıllı və çox diqqətli olsan heç nə olmaz. Bu avtomobili istifadə edərkən Allah ilə həmişə əlaqədə olmaq əsas şərtdir. İnsan bir şeyi özü edir sandığı anda ağıl tarazlığını itirər. Sitatlar
Münafiq xüsusi yaradılan məxluqdur. Münafiqlərlə elmi mübarizə namaz kimi ibadətdir. Münafıqlə elmi mübarizə yüzlərlə ayə ilə izah edilmişdir. Bu ayələri yaşamamız üçün münafiqlər xüsusi olaraq yaradılmışdır. Sitatlar
Türkiyə bu qədər şiddətli hücum altında ikən Tayyib hocama vəfasızlıq çox böyük vicdansızlıq olar. Tayyib hocam bu qədər xidmət etmişkən onun verdiyi əmək üzərinə gəlib oturmağı planlaşdırmaq çox çirkin əxlaqdır. Tayyib hocam min bir çətinliyin içərisindən keçərək gəldi. Kimsə yoldaşlığa dostluğa sığmayacaq vəfasızlıq etməməlidir. Türkiyənin hara çəkilsə ora gedəcək şəxslərə deyil, Tayyib hocam kimi əzmli, qərarlı xidmət edəcək insanlara ehtiyacı vardır. Sitatlar
MHP mədəni milliyyətçidir. İrq milliyyətçisi deyil. Kürd canlarımıza hörmət və sevgi duyar. Bunun əksini iddia edənlər səmimi davranmırlar. Amma bu mövzunu təbliğat vəsaiti olaraq istifadə edənlər varsa, MHP bu mövzuda daha güclü antitəbliğat edə bilər. Sitatlar
Münafiq küfrə gedib küfrü yaşaya bilər. Amma möcüzəvi şəkildə it kimi alçaldılaraq müsəlmanları dağıtmaq, bu səbəbdən İslama zərər vermək üçün məşğul olar. Bu çox təəccüblüdür. Darvinizmlə, PKK ilə, FETÖ ilə, dinsizliklə məşğul olmaz, bunları tamamilə buraxar. Ən başarılı gördüyü müsəlman kimdirsə, bütün vaxtını onları dağıtmağa ayırar. Münafiqlərin bu hücumu da müsəlmanlar üçün müdhiş bərəkət olar. Möminlərin bu vəsiləylə həm sevgiləri artar, həm müəllif gücləri artar, həm də şövqləri artar. Münafiqlərin varlığı möminin nurunu artırar, ömrünü uzadar. Münafiqin üzünü qaraldar, ömrünü azaldar. Möminin gücünü və ona olan sevgisini artırar. Münafiqin yalnız qalmasını və alçaldılmasını təmin edər. Sitatlar
Şeytanın təsirinə girən adam əvvəl müsəlmanlardan uzaqlaşar, küfrün içinə dalmağa başlayar. Xarakter qeyri-sabitliyi meydana gələr. Dindən uzaqlaşar, namazdan, ibadətdən uzaqlaşar. Küfrün içinə gedəndə orada da sıxılar. Həmişə dalğalanma içində olar. Şeytan bu cür tipləri çox sıxar, ömürləri pərişan keçər və bu dağınıqlıq içində ölü kimi yaşayarlar. Sitatlar
Mehdiyyət talenin içində axar. Taleyi dayandırmaq mümkün deyil. Bu səbəbdən Mehdiyyəti də kimsə dayandıra bilməz. Sitatlar
Qadınların hər mövzuda azad olması lazımdır. Qadın özünə nəyin yaraşacağını, nəyin yaxşı olduğunu bilir. Qadına "belə geyin, bu qədər makiyaj et, bu qədər etmə" demək hörmətə uyğun deyil. Sitatlar
İran da, İsrail də bir-birinə qarşı mehriban və sülhsevər üslubla yaxınlaşsın. Gərəksiz yerə müharibə yaşanmasın. Çox qan tökəcək, çox can yanacaq hadisəyə sürüklənməkdən şiddətlə qaçmaq lazımdır. Sitatlar
Uşaq sevgisi olmayanların məscidə girməsinə qadağa qoyulmalıdır. Uşaqlara məscidlərdə pis davranan olanda dərhal lazımlı tədbirlər alınsın. Sitatlar
Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən. Sitatlar
Allahın sənətini heyrətlə izləmək lazımdır. İnsan necə sevgilisini görəndə gözlərinə, saçlarına, paltarına baxır, təqdir edir. Allahın yaratdığı gözəllikləri də tək-tək araşdırmaq lazımdır. Hüceyrədəki gözəlliklər, dənizdəki gözəlliklər, atomdakı gözəlliklər hamısını tək-tək görmək lazımdır. Sevgilinin sənətini gördükcə daha çox aşiq olarsan. Sitatlar
İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər. Sitatlar
Gənc qızların üzərində inanılmaz təzyiq olar. Ailəsində təzyiq görər, evlənməyə məcbur edirlər, orada təzyiq görür. Elə çirkin sistem var ki, döyülsə belə səsini çıxarmamağını deyirlər. Qadına layiq görülən bu həyat çox qorxuncdur. Sitatlar
Biz quluq. Mülkü Allah hamımıza vermişdir. Allah malın yığılıb toplanmasını istəmir. Malın paylanması Allahın əmridir. Mömin, hər qadını öz qızı və hər uşağı öz uşağı kimi qorumaqla məsuldur. Quranda vəlayət sistemi vardır. Vəlayət sistemi, hər kəsin bir-birini öz bacı-qardaşı kimi qorumasıdır. Məhəllədə bir xəstə varsa bütün məhəllə sahib çıxar, biri yeməyini hazırlayar, biri xəstəxanaya aparar, biri yanında qalar. Olması lazım olan budur. Sitatlar
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr. Sitatlar
Lağ etmək sevgini və dostluğu qıracaq davranışdır. Lağ edən özünü böyütməyə çalışar amma lağ edən insan böyüməz alçalar. Sitatlar
İnsanları, bitkiləri, heyvanları, bütün təsviri yaradan Allahdır. Biz hər sevdiyimizdə Allahı sevirik. Bütün sevgilər Allahadır. Sevgini də, həyəcanı da yaradan Allahdır. Sitatlar
Tayyib hocam çalışqan və dürüst insandır. Səmimi olaraq söyləyirəm, Türkiyənin hüzuru və etibarı üçün millətin başında olmasında fayda olan insandır. Sitatlar
Din həyatın hər yerindədir. "Dini siyasətə qarışdırma" demək doğru söz olmaz. Doğru olan "səmimi olmayan şəkildə dini siyasətə qarışdırma" olmalıdır. Yaxşılıq etmək, kasıbı qorumaq, dürüst olmaq, ədalətli olmaq dinin vəsfidir. Səmimi dindar olan siyasətçi bütün bu dəyərləri qoruyar. "Dini siyasətə alət etmə" deyərək dini həyatın kənarına çıxarmağa çalışmaq doğru olmaz. Allahdan, dindən bəhs edən insanı dini siyasətə alət etməklə ittiham etmək səhv dünyagörüşüdür. Biri heç dindən, Allahdan bəhs etmirsə "bax bu dini siyasətə alət etmir" demək doğru deyil. İnsanın məqamı, mövqeyi nə olursa olsun Allahı, dini xatırlayar, dindən bəhs edər və bu bir gözəllikdir. Heç dindən bəhs etməyənə "dünyəvi" demək düzgün dünyagörüşü olmaz. Sitatlar
Möminlər bir-birlərinin qardaşıdır və vəlisidir. Vəli nə deməkdir? Digər möminin hər şeyindən öz qardaşın kimi, anan-atan kimi sənin məsul olmağındır. Vəlayət sistemi olduğunda kasıblıq, yoxsulluq, tək qalma deyə heç nə olmaz. Sitatlar
Münafiq çox həyasızdır. Ən alçaq insanda belə həya olar amma münafiqdə olmaz. İslam olduğu müddət boyu münafiq alçaq mövqedə olduğu üçün havalanmış kimi İslama saldırar. Bunu edərkən də özünü dindar kimi göstərməyə diqqət göstərər. Şeytani və hiyləgərcə üsullarla dinin əsas quruluşunu zəiflətmək və öz içində boğmaq istəyər. Müsəlmanların birlik olmasına ehtiyac olmadığını iddia edər, vəlayət sistemini qəbul etməz, İslam Birliyini istəməz. Sitatlar
Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur