HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
colde-bir-ordunun-itmesi | Bütün Əsərlər
Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır.
A9 TV; 5 iyun 2018
Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir.
A9 TV; 2 aprel 2018
Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar.
A9 TV; 6 mart 2018
Müsəlman əlindəki hər şeyi paylamaqla məsuldur. Mal, paylamaqla bərəkətlənər. Məsələn, bir insanın 20 otaqlı evi vardırsa, o evdə tək yaşaması vicdanlı olmaz. İnsan bir otaqda yaşayır, bir boşqab yemək yeyir. Möminləri o evin 19 otağında gözəlliklə qonaq qəbul edərsən. İslam əxlaqı bu cür Quranda bildirildiyi kimi yaşansa aclıq, yoxsulluq, kasıblıq, ədalətsizlik qalmaz.
A9 TV; 7 yanvar 2018
Peşman olmaqla mükəmməlliklər yaranar. Heykəl düzəltmək kimidir. Daş parçasını peşmançılıqla vurub qopardarsan, bir daha qopardarsan. Peşmançılıqları vəsilə edərək daşın altındakı o gözəlliyi üzə çıxardarsan. Müsəlman üçün hər peşmançılıq xeyirdir.
A9 TV; 17 noyabr 2017
Bütün münafiqlər çirkin, xoşagəlməz, əxlaqsızdır, hamısı gizlin fırıldaqçı olduğu üçün bir-birilərinin üzünə baxmaqdan əzab çəkərlər. Birlikdə çəkdikləri əzab çox böyükdür. Qartlaşmış, yaşlı, qoxumuş, cəsədə dönmüş münafiqlər birlikdə olduqları zaman o murdar qoxunu, o qoxumuşluğun iyrəncliyini təsvir etmək qeyri-mümkündür.
A9 TV; 11 noyabr 2017
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır.
A9 TV; 3 noyabr 2017
Gənclərin demək olar ki, hamısı açıqca ifadə etməsələr belə zehinlərində Quran müsəlmanlığını qəbul etmiş vəziyyətdədirlər. Bu təsiri Bədiüzzaman çox gözəl izah edir: "Pərdələri qapalı bir salona toplanmış və gecə olduğuna inanan insanlara bir gəncin pərdəni azca aralayıb Günəşi göstərməsi gündüz olduğunu dərk etməsi üçün kifayət edər" deyir. Biz də inşaAllah o pərdəni açıb həqiqəti göstərdik.
A9 TV; 16 sentyabr 2017
04:12
Videolar
Hz. Mehdinin (ə.s) isim və sifətləri
Digər dillər
Türkiyənin müasir və azadlıq tərəfdarı olduğunun daha yaxşı vurğulanması lazımdır. O zaman Türkiyənin Avropa İttifaqı və Avropa ilə heç bir anlaşmazlığı olmaz.
A9 TV; 6 iyul 2017
Uşaqların sevinci, şirinliyi, o üzlərindəki təmiz ifadə, günahsızlıqdan qaynaqlanan o nur möhtəşəmdir. Uşaqları seyr etmək böyük nemətdir. Çünki günahsız bir insanla qarşı qarşıya olursan. Sözlə ifadə etmək mümkün deyil, mələk kimidirlər, maşAllah.
A9 TV; 18 Aprel 2013
Maddə heç bir şəkildə yox olmaz. Heç bir görünüş, səs yox olmaz. Bir dəfə yaransa sonsuza qədər var olar, itməsi qeyri-mümkündür. O görünüş sonsuza qədər qalar. Səs də heç vaxt itməz, yəni mümkün deyil.
A9 TV; 20 Mart 2013
Namazda eşq, coşğu, sevinc içində, böyük bir həyəcan içində olacağıq. Bayram sevinci ilə, ehtirasla qalxacağıq. Məsələn, adama desələr ki, indi qalx, beş milyonu götür, həm də çox yuxuludur. Yaxud bir kasanın içində qızıl doludur, “qalx, götür". Yerindən sıçrayarlar, elə deyilmi? Allahın razılığı, sonsuz cənnət o qızıl kasadan daha çox qiymətlidir.
A9 TV; 3 Mart 2013
Cənnətdə ehtiras necə bir ehtirasdır bilirsinizmi? Dağı daşı yuyar, o qədər dərin bir ehtirasdır. Heç görülməmiş bir ehtiras var cənnətdə, inşaAllah. Yəni insanı əridər, o qədər mükəmməldir.
A9 TV; 2 Fevral 2013
İnsanlar məlumatı, olduqca çox alsınlar. Nə qədər məlumatlı olsa o qədər yaxşı olar. Orada ədalətli olmaq deyə bir mövzu olmaz. O, ədalətli olmamaq olar. Bir insanın ədalət adına məlumat almasını məhdudlaşdırsan, ədalətlilik adına, ədalətli olmamış bir rəftar edirsən. Bu çox böyük bir səhv və çox böyük bir yanlışlıqdır, ədalətli istifadə haqqı. Onu aradan qaldırsınlar.
A9 TV; 13 Yanvar 2013
Kommunistlərin bir ümmət şüuru vardır. Hal-hazırki müsəlmanlarda olmayan mükəmməl bir ümmət şüuru vardır. O üstünlüklərini öz ağıllarına uyğun istifadə edirlər.
A9 TV; 10 Yanvar 2013
Namazı 5 vaxtda qılın. Qıla bilmirsinizsə 4, qıla bilmirsinizsə 3, qıla bilmirsənsə 2 (bir səhər bir axşam), qıla bilmirsənsə 1 (sadəcə səhərlər və yaxud axşam), o da olmursa cümə namazlarını, o da yoxsa bayram namazını qılın. Namazsız qardaşımız qalmasın, mütləq qılın, inşaAllah.
A9 TV; 16 dekabr 2012
Bütün dünyada sıx olaraq anti-Darvinist, anti-materialist bir fəaliyyət göstərilməlidir. O zaman gənclərin imanının üstündəki o şeytani gənə onların imanını sormaqdan imtina edər. Vampir kimi üstlərinə yapışmış Darvinizm, materializmdir. O dərddən bir xilas olsalar, başları beyinləri bir rahatlayar. İslam Birliyini istəməyə başlayarlar. Mehdiyyətə qarşı könüllərində böyük bir eşq, böyük bir məhəbbət inkişaf edər.
A9 TV; 11 dekabr 2012
İslamı o qədər qarışıq, o qədər çətin göstərirlər ki, yaşanacaq həyatın keyfiyyət anlayışını o qədər əzik, o qədər əksik göstərirlər ki, adama o, haşa, cəhənnəm kimi gəlir. Cənnət kimi bir İslam, cənnət kimi bir mühit göstərsə, cənnət kimi bir üslub istifadə etsə gözəl olar.
A9 TV; 7 dekabr 2012
Əgər insanların hər şeyinə əsəbləşsən, hər şeyində bir qüsur axtarsan kimsə kimsəni sevə bilməz. Hər şeydə bir gözəllik axtarmaq lazımdır, hər şeyin gözəl tərəfini görmək lazımdır. O zaman çox sevə bilərik. Hər şeyə xeyir gözü ilə baxmaq lazımdır.
A9 TV; 29 Noyabr 2012
26
1
1
2
/ 2
1
1
2
26
/ 2
20