-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
AMERİKAN MEHDİSİ, İNGİLİS MEHDİSİ, BU MEHDİ, O MEHDİ OLMAZ. Hədislərdə Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi, Peyğəmbərimiz (s.ə.v)-in soyundan, Əhli Beytindən, Hz. Fatimə (r.a) övladlarından Hz.Məhəmməd Mehdi (ə.s) vardır. Fiziki xüsusiyyətləri bildirilmiş, nə vaxt gələcəyi bildirilmiş, nə edəcəyi bildirilmiş, harada çıxacağı bildirilmişdir. O, təbii ki, mükəmməl bir insan olacaq.
Adnan Oktar
Bəziləri, Mehdini gözləmək tənbəllikdir deyir. Halbuki bu çox səhv inancdır. Mehdini gözləyən, onu dəstəkləmək, ona tələbə olmaq üçün heyrətamiz səy göstərər, bütün gücünü istifadə edər. Çox şövqlü olur. Peyğəmbərimiz "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-i Beytimdən bir adamdır. "(Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, səh. 13) deyə Mehdinin gələcəyinin müjdəsini verir insanlara. Bədiüzzaman isə "O irəlidə gələcək qəribə şəxsin (Mehdinin) (təəccüb və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük sərkərdənin PİŞDAR bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm." dedi və bütün ömrü boyunca Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardı. Əbdülqadir Gilani, İmam Rəbbani eyni şəklidə Mehdini gözlədilər və Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardılar. Biz də Mehdini gözləyirik, tələbə olmaq istəyirik, bu səbəbdən var gücümüzlə mübarizə edirik.
Adnan Oktar
Cənabı Allahın əsl istədiyi cənnətdir. Dünya cəhənnəmi xatırladır, cənnətlə cəhənnəm arasındadır. Dünyada cənnət əlamətləri vardır.Məsələn, qadınların gözəlliyi, çiçəklərin gözəlliyi, lakin insanların acizliyi, havanın isti olması, soyuq olması, xəstəlik, dərd, ağrı, ölüm və çətinliklər cəhənnəm əlamətidir.
Adnan Oktar
Dəccal komitəsi, dəccal, Mehdi (ə.s) və tələbələrini haqq olan, doğru olan fəaliyyətlərindən məhrum etmək üçün onlara təzyiq, təhdid edəcək, onları qovmağa çalışacaq. Mehdi (ə.s) tələbələri belə bir mühitdə, sevgi, şəfqət, ağılla, elmlə, mədəniyyətlə mübarizəyə davam edəcəklər. Onların savabının artması, axırzamanda aslan olmaları, abid olmaları, təriflənmələri, səhabələrdən daha çox savab qazanmalarının səbəbi odur.
Adnan Oktar
Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.
Adnan Oktar
Gənclərin zehninin açılacağı şən mühitlər olması əhəmiyyətlidir. Gecə-gündüz dərs çalış, evə gəl internetə bax, bir az televizora bax, səhər qalx təkrar avtobus növbəsinə gir, gənclərin sevincini əlindən alan həyat olmamalıdır. Əyləncə gənclərin zehnini açan gözəllikdir. Gənclər dost olmalıdır, yoldaş olmalıdır, yaxşılığı, keyfiyyəti görməlidir, gözəl şeylər görməlidir, dolu-dolu yaşamalıdır. Bunlar hökmən pul tələb edən şeylər deyil, qəlb işidir bunlar. Əyləncə ruhun qidasıdır. Əyləncə, sevinc, fəallıq, sevgi olmadığı zaman gənclərin zehinləri qapanar, dəriləri və sağlamlıqları da pozular. Gənclərin əylənməsi, gülməsi, fəal, şən olması milli məsələ olaraq müzakirə olunmalıdır.
Adnan Oktar