-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Müsəlmanlar fərd-fərd olsunlar deyimi, müsəlmanların bölünüb, parçalanıb gücsüz, rəhbərsiz olması üçün İngiltərə dərin dövlətinin ortaya atdığı plandır. Quran ayələri müsəlmanların kütləvi halda yaşayacaqları şəkildədir. Tarix boyu müsəlmanların həmişə mənəvi lideri olmuşdur. İnfaq, mərhəmət, əfv, şəfqət, məşvərət, elmi mübarizə həmişə müsəlmanların kütləvi halda olmasını tələb edir. Müsəlmanların camaat olması hökmən klassik mənada təriqətlər olması demək deyil. Bir müsəlman məscidə gedər, başqa müsəlmanların da gəlməsinə vəsilə olar, orada dərhal camaat yaratmış olarlar.
Adnan Oktar
Müsəlmanın mütləq bir idealı vardır, o da İslam Birliyidir. Bütün dünyaya İslamın hakim olması ən böyük idealdır. Bütün dünyanın döyüşdən, terrordan, anarxiyadan, qarışıqlıqdan, zülmdən azad olması, hüzur, dinclik içində yaşaması, hamının qardaş olması, silahların qalxması, dəhşətin dayanması, dünyanın cənnət kimi olması hər müsəlmanın idealıdır.
Adnan Oktar
Bəziləri, Mehdini gözləmək tənbəllikdir deyir. Halbuki bu çox səhv inancdır. Mehdini gözləyən, onu dəstəkləmək, ona tələbə olmaq üçün heyrətamiz səy göstərər, bütün gücünü istifadə edər. Çox şövqlü olur. Peyğəmbərimiz "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-i Beytimdən bir adamdır. "(Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, səh. 13) deyə Mehdinin gələcəyinin müjdəsini verir insanlara. Bədiüzzaman isə "O irəlidə gələcək qəribə şəxsin (Mehdinin) (təəccüb və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük sərkərdənin PİŞDAR bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm." dedi və bütün ömrü boyunca Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardı. Əbdülqadir Gilani, İmam Rəbbani eyni şəklidə Mehdini gözlədilər və Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardılar. Biz də Mehdini gözləyirik, tələbə olmaq istəyirik, bu səbəbdən var gücümüzlə mübarizə edirik.
Adnan Oktar