-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Müasir düşüncə müasir İslam anlayışıdır. İslam dinində sevgi, mərhəmət, sülh, əmin- amanlıq, yaxşılıq, nəzakət, tərbiyə, sayğı, hörmət, keyfiyyət, ən yaxşı texnologiya, ən mükəmməl incəsənət vardır. Bütün fikirlərə və bütün adamlara qarşı hörmət vardır. Necə də gözəldir. Kommunizmdə isə öz fikrində olmayan hər kəsi öldürmək, dəhşət yaymaq, asıb-kəsmək vardır.
Adnan Oktar
Hər şeyin ən gözəli, ən şirini, ən müsbəti, doğru olanı― din budur. Hər şeyin ən yaxşısı nədirsə din odur. Gözəl söz, paltar, danışmaq, gözəl yeməklər, evlər, küçələr, çiçəklər, gözəl xanımlar… Hər şeyin gözəlidir, maşaAllah.
Adnan Oktar
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm həsrətindədirlər. İslamda belə bir şey yoxdur.
Adnan Oktar
Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
Adnan Oktar
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
Adnan Oktar
Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, hüzur, insanlara qarşı xoş niyyətli olmaq, kasıbları, Allahın yaratdıqlarını, bitkiləri, hər şeyi sevməkdir.
Adnan Oktar