HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
marka | Bütün Əsərlər
Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
Mehdiyyət dövründə silaha xərclənən pul, silahlar ortadan qalxdığı üçün, tamamilə xalqa xərclənəcək, çox böyük bolluq olacaqdır.
A9 TV; 10 iyun 2018
Xərcləmə zəngini olmaq əhəmiyyətlidir. Zənginliyi ümumiyyətlə yığma zəngini olaraq bilirlər. Malı mülkü yığmaq lazımdır düşünürlər. Belə deyil. Pul gələn kimi xərclənməlidir ki, bərəkət olsun.
A9 TV; 5 aprel 2018
Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq.
A9 TV; 27 dekabr 2017
Zənginlik malı paylamaq üçün vardır. Pul xeyir üçün istifadə edildiyi zaman həmişə xeyir gətirər.
A9 TV; 11 noyabr 2017
Həkimlərdən heç yerdə pul alınmaması lazımdır. Ümumi adət və əxlaq olaraq həkimlərdən pul alınmaması hakim olmalıdır. Onlar insan canı üçün bütün həyatlarını həsr edirlər, insanların da onları qoruması lazımdır. Bütün xəstəxanalarda səhiyyə işçilərinin hücuma məruz qalması riskinə qarşı təhlükəsizlik kameraları olsun. Həkimlərə hər yerdə sevgi və hörmət göstərilsin ki, əhvali-ruhiyyələri yüksək olsun. Bir həkim ailəsi ilə restorana gəldikdə pul alınmaz. Bazara çıxdıqda; "həkim, xoş gəlmisiniz" deyə hörmətlə qarşılanmalıdır. Həkimlərə hörmət göstərmək və həyatlarını asanlaşdırmaq ümumi əxlaq prinsipi olaraq hakim olmalıdır.
A9 TV; 2 noyabr 2017
Pulu saxlamaq bərəkətsizlik gətirər. İqtisadi böhranların səbəbi pulun saxlanılmasıdır. Pul hərəkətdə olduğu zaman böhran əmələ gəlməz. İqtisadiyyatın sağlam olması üçün pulun mütəmadi xərclənməsi lazımdır.
A9 TV; 29 oktyabr 2017
İran ilə Türkiyənin ticarətdə öz pul vahidindən istifadə etməsi çox doğru təşəbbüsdür. Türkiyə, İran, Rusiya, Çin aralarında həmişə öz pul vahidləri ilə ticarət etsinlər.
A9 TV; 20 oktyabr 2017
Mal toplama hərisliyi eqoist insanlarda müəyyən mənada ruhi xəstəliyə dönür. Pul əldə saxlanıldığı zaman bərəkətsizlik və iqtisadi böhran olar. Pul xərclənildikdə isə bütün dünyaya bərəkət gələr. Xərcləməkdən qorxmamaq lazımdır. Sən xərcləyəcəksən hər kəs xərcləyəcək o zaman heç kəs ehtiyac içində qalmaz. Xərcləndikcə zənginlik olar.
A9 TV; 15 oktyabr 2017
İnsan daş üstündə yaşasa belə baxışı, sözü, davranışları ilə keyfiyyətini göstərər. Pul keyfiyyətin əsas şərti deyil.
A9 TV; 11 oktyabr 2017
Allah yolunda görülən işlərdən pul alınmaz, mənfəət gözlənilməz.
A9 TV; 3 oktyabr 2017
Pulu yığıb toplamaq, xeyir üçün xərcləməmək bərəkətsizlik gətirər. Pul Allah yolunda xərcləndikcə bərəkətlənər.
A9 TV; 23 avqust 2017
Dini izah edərkən ödəniş alınmasını haram gördüyüm üçün, kitablarımın heç birindən müəllif haqqı almıram. Təbliğdən pul alınmaz.
A9 TV; 24 iyul 2017
İslamı və dini izah etmək heç vaxt qarşılıq gözləyərək olmaz. İnsanın İslamı izah etdiyi üçün pul alması Qurana uyğun deyil.
A9 TV; 23 iyun 2017
Əlil qardaşlarımızın müalicələrindən qətiyyən pul alınmaması lazımdır.
A9 TV; 26 may 2017
Şəhid ailəsindən pul alınmaz. Biz kasıb olaq, şəhid ailələri zəngin olsunlar. Şəhid ailəsinə lütf etmək adamın özünə sağlamlıq səhhəti verər.
A9 TV; 18 Yanvar 2013
Dövlət dünyanın ən böyük kitabxanası, ən böyük universiteti olan interneti ucuz və asan hala gətirsin. Necə ki, ibtidai məktəbə gedərkən pul vermirik, orta məktəbdə, liseydə pul vermiriksə, internetə də pul verməyək. Simvolik olsun ki, on lirə də az pul deyil.
A9 TV; 13 Yanvar 2013
Şəhid ailələrinin borcları tamamilə silinsin. Əksinə biz onlara borcluyuq. Dövlət çek və ya sənəd, nə olursa olsun heç bir borclarını qəbul etməsin, tamamilə silsin. Onlardan elektirikə, suya görə də pul almaq olmaz. Dövlətimiz qanunda tənzimləmə etməlidir.
A9 TV; 2 Sentyabr 2012
ŞƏHİD AİLƏSİNDƏN HEÇ BİR ŞƏKİLDƏ PUL ALMAQ OLMAZ.
A9 TV; 2 Sentyabr 2012
23
1
1
2
/ 2
1
1
2
23
/ 2
20