logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 iyun 2018

avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
1753
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

İnsanların ikisi də ağıllıdırsa sevgi müdhiş sürətlə inkişaf edər. Amma bir tərəfin ağılı zəifsə sevginin inkişafı illər çəkə bilər. Hər iki tərəf ağıllıdırsa, iki tərəf də eqoist deyilsə, hətta qısa söhbətdə belə dərin sevgi meydana gələr.
A9 TV; 23 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mömin, heç vaxt başqasının səhvini gördü deyə müsəlmanları buraxıb getməz. Səhv görürsə söyləyər, düzəltməyə çalışar. Səhvi olan bacı-qardaşını də heç bir zaman buraxmaz. Mömin bacı-qardaşının yaxşı olması üçün hər gün səbirlə səy göstərər. Amma münafiq belə deyil. Öz şirk dininə, azğın ağlına görə bir din yaradar və möminlərin bu azğın dinə görə, bu müşrik qanunlarına görə yaşamasını istəyər. Rədd olub gedər sonra da müsəlmanları dağıtmaq üçün məşğul olar. Sitatlar
Münafiq küfrü azadlıq kimi görərkən, Peyğəmbərin gətirdiklərini, haşa, yük kimi görür. Müsəlmanları azad edəcəklərini iddia edərlər. Azadlıq dedikləri isə qotur itin kürəyindəki bit kimi oradan buraya məqsədsiz olaraq dolaşmaqdır. Halbuki münafiq heç bir zaman azad deyil. Allahın onları yaratdığı boyunduruq içində hərəkət edər. Sitatlar
Şən, xoş söhbət, azadlığı ön plana salan üslub hər zaman tələb olunar. "Azadlığı ola bildiyi qədər təşviq edirəm, azadlıq İslamın ruhunda vardır. İstər dekolte olsun, istər hicablı olsun hamısı başımızın tacıdır. Kimsə kimsəyə paltarına görə qarışa bilməz" açıqlamaları güvən verici olaraq çox əhəmiyyətlidir. Qatı, sevgisiz, təzyiq göstərən bir ovuc insanın səsinin çox çıxmasına görə xalqın bəzi kütləsində narahatlıq olur. Bu narahatlığı aradan qaldırmaq üçün güvən verən açıqlamalar və fəaliyyətlər etmək çox əhəmiyyətlidir. Sitatlar
Mehdiyyət dövründə silaha xərclənən pul, silahlar ortadan qalxdığı üçün, tamamilə xalqa xərclənəcək, çox böyük bolluq olacaqdır. Sitatlar
Passiv çözümlər yerinə həqiqi çözümlər ortaya qoymaq əhəmiyyətlidir. Qınamalar, boykotlar və başqaları passiv çözümlərdir. Həmişə qınamaq yerinə, "müsəlmanlar birlik olaq, bütün müsəlmanları qurtaraq" demək lazımdır. Sitatlar
İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar. Sitatlar
Həkimlik müqəddəs peşədir. Həkimlərin hər yerdə hörmət görməsi lazımdır. Restorana gedən həkimdən hesab alınmaz. Həkim hara gedərsə getsin hörmətlə qarşılaşmalıdır. Həkimlərin qiymətini bilmək, millət olaraq onları qoruyub dəstəkləmək vacibdir. Sitatlar
Xərcləmə zəngini olmaq əhəmiyyətlidir. Zənginliyi ümumiyyətlə yığma zəngini olaraq bilirlər. Malı mülkü yığmaq lazımdır düşünürlər. Belə deyil. Pul gələn kimi xərclənməlidir ki, bərəkət olsun. Sitatlar
Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək. Sitatlar
Həkimlərdən heç yerdə pul alınmaması lazımdır. Ümumi adət və əxlaq olaraq həkimlərdən pul alınmaması hakim olmalıdır. Onlar insan canı üçün bütün həyatlarını həsr edirlər, insanların da onları qoruması lazımdır. Bütün xəstəxanalarda səhiyyə işçilərinin hücuma məruz qalması riskinə qarşı təhlükəsizlik kameraları olsun. Həkimlərə hər yerdə sevgi və hörmət göstərilsin ki, əhvali-ruhiyyələri yüksək olsun. Bir həkim ailəsi ilə restorana gəldikdə pul alınmaz. Bazara çıxdıqda; "həkim, xoş gəlmisiniz" deyə hörmətlə qarşılanmalıdır. Həkimlərə hörmət göstərmək və həyatlarını asanlaşdırmaq ümumi əxlaq prinsipi olaraq hakim olmalıdır. Sitatlar
İnsan daş üstündə yaşasa belə baxışı, sözü, davranışları ilə keyfiyyətini göstərər. Pul keyfiyyətin əsas şərti deyil. Sitatlar
İran ilə Türkiyənin ticarətdə öz pul vahidindən istifadə etməsi çox doğru təşəbbüsdür. Türkiyə, İran, Rusiya, Çin aralarında həmişə öz pul vahidləri ilə ticarət etsinlər. Sitatlar
Allah yolunda görülən işlərdən pul alınmaz, mənfəət gözlənilməz. Sitatlar
Dini izah edərkən ödəniş alınmasını haram gördüyüm üçün, kitablarımın heç birindən müəllif haqqı almıram. Təbliğdən pul alınmaz. Sitatlar
Dövlətimizin böyük sənətçilərimizə maaş verməsi çox yaxşı olardı. Elə dəyərli insanların yaşamaq üçün maddi problemləri olmamalıdır. Sitatlar
Şəhid ailələrindən Allah rizası üçün kirayə alınmaz. Sitatlar
Əlil və şəhid ailəsindən heç bir yerdə qəti şəkildə pul alınmaz. Əksinə hədiyələr göndərin, könüllərini alın. Hər yerdə hörmət görsünlər. Sitatlar
40 ildir davamdan bir millim belə kənara çıxmadım. Eyni şövq, eyni həyəcanla və heç bir maneəni qəbul etmədən. Həbsxanalar, ağıl xəstəxanası, silahlı hücum, təzyiq, qorxutma, böhtan heç bir şeyə ilişib Sitatlar
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah münafiqləri maddi və mənəvi hər yöndən çökdürər. Daxilən yandırar. Peyğəmbərimiz münafiqlərin həlak olması üçün dua etmişdir. Münafiqlərin həlakı üçün dua etmək sünnədir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) BU CÜR DUA EDİR: “ALLAHIM, O MÜNAFİQLƏRİN HAMISINI QƏHR ET, ONLARIN BİRLİKLƏRİNİ DAĞIT, PƏRİŞAN ET! ONLARIN BİR-BİR CANLARINI AL VƏ ONLARIN HEÇ BİRİNİ SAĞ BURAXMA!” (Mənbə: Asim Köksal, İslam tarixi, XI, 14-30) Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur