logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 fevral 2018

avatar

Adnan Oktar

Allahın ipinə möhkəm sarılmaq, Quranı güzəştə getmədən yaşamaq deməkdir. Quranın bir məsələsindən güzəştə getdiyin zaman hər cəhətdən çökmə baş verər.
A9 TV; 11 fevral 2018
1871
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allaha sədaqət çətin anlarda bəlli olar. Eyni anda 3-5 hadisə ilə qarşı-qarşıya gəldiyi zaman mömin çox güclüdürsə bu çox məqbuldur. Peyğəmbərimiz (s.ə.v) dövründə döyüşdə müsəlmanlar iki istiqamətdən mühasirəyə alınmışdılar. Münafiqlər o zaman; "Allah və Rəsulu haqqında sui-zənn bəsləyirdilər". Nəticədə müsəlmanlar qazandı. Məhz orada şübhəyə qapılanlar məğlub oldu. Sitatlar
Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz. Sitatlar
Bizim etdiyimiz səhv varsa bizi Quran ilə, ayələrlə xəbərdar etsinlər. Biz Qurana görə haram olan heç bir hərəkət etmirik və etmərik. Bizi tənqid edənlər bunu bildikləri üçün bir məsələ olduğu zaman Qurana görə haramdır deyə bilmirlər, mənə görə haramdır deyirlər. Biz kiməsə deyil, Qurana tabe olarıq. Qurandan ayə ilə bizi xəbərdar etdikləri an söylədiklərini dərhal edərik. Biz pozitiv insanlarıq. Doğrunu, haqqı gördüyümüz an qəbul edərik. Lakin bizə Qurandan heç bir dəlil gətirə bilmirlər. Sitatlar
Dünyadakı sevgisizliyin ən böyük səbəblərindən biri insanların bir-birlərini bağışlamamasıdır. Hər şeyə qəzəblənirlər və sonra bağışlamırlar. Beləliklə şeytanın oyununa düşmüş olurlar. Halbuki Allah ayələrində bağışlamağı tövsiyə edir. “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” (Əraf surəsi, 199) Sitatlar
Həmişə Allahı düşünən, Allahı sevən, səmimi olan həmişə yaxşı düşünər. Allaha təslim olan hər zaman ən yaxşı şəkildə düşünər. Sitatlar
Möminə ağlamaq, kədərlənmək yaraşmaz. Çox ağlamaq, az gülmək küfrün xüsusiyyətidir. Mömin ağlamaz, hər zaman sevinc, xeyir və gözəllik içində olar. Sitatlar
Dini dolaşıq salınmış mərasimlər, dindarlığı da çox çətin olduğunu izah edirlər. Din səmimiyyətdir. Tam açıqürəkliliklə səmimi olacaq və zamana qarşı da səbirli olacaqsan. Səmimi olanda həyatında birdən birə şimşəklər çaxaraq hər şey dəyişməz. Amma zaman içində həmişə müsbət nailiyyətlər olduğunu görərsən. Sitatlar
"Heç bir vəziyyətdə, heç bir səbəbə görə Allahı unutma." Hər yerə bu lövhəni asmaq lazımdır. Dünya yaradıldığından bəri insanların çəkdiyi əziyyətin təməli Allahı unutmaq, Allaha güvənməməkdir. Allaha güvənməmək insana hər zaman fəlakət gətirər. Sitatlar
Həyat əslində çox asan yaradılmışdır. İnsanlar çətinləşdirir. Allah, nə edəcəyini hər an vicdanına ilham edir. Bu ilhama həmişə əməl edəcəksən. O zaman düz yolda olarsan. Allahın ilhamına hər zaman tamam deyəcək, şeytana da hər zaman xeyr deyəcəksən. Sitatlar
İnsanların bir qismi şeytandır, şeytan olaraq vəzifələndirilmişdir. Onlar ins şeytanlarıdır. Bunlar insanlar arasında gəzər, amma xalq fərqinə varmaz. Münafiqlər da belədir. Mənfi ünsürlərin olması isə müsəlmanlar üçün hər zaman faydalıdır. Sitatlar
İslam ölkələrində ən böyük təhlükələrdən biri münafiqlərdir. Münafiq özünü namuslu, ağlı başında, İslamı yaşayan biri kimi göstərir. Amma əməl etdiyi İslam deyil öz başına görə yaratdığı şəriətdir. Münafiqin dinində Quranın 99%-i yoxdur. Sitatlar
Münafiq Allahın dininə kömək etməz, Allahın dininə kömək edənə də kömək etməz. Tam tərsinə maneə törətməyə çalışar. Allahın, buna qarşılıq verdiyi ən böyük cəzalardan biri yalnızlıqdır. Münafiqlər həmişə hirs və kin içində tək-tənha yaşayarlar. Ağızlarından yalnız murdarlıq axar, nə Darvinizmin keçərsizliyini, nə materializmin yanlışından, nə İngilis dərin dövlətindən, nə də PKK təhlükəsindən bəhs edərlər. Murdar ağızları ilə varsa yoxsa müsəlmanları hədəf alırlar. Öz ağıllarına görə müsəlmanların şövqünü qıra bilmək, əzmlərini qıra bilmək, başarısından narahat olmaq münafiq məntiqidir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı mühakimə əhəmiyyətlidir. Təkəbbürlə, lovğalanaraq mühakimə edilməz. Məqbul, ağıllı rəftarla mühakimə edilər. Məqbul ağılla dürüst yanaşdığımız zaman bu böyük nizamı Yaradan olduğu görünür. Hər şeydə tərs davranan ədabaz xarakteri ilə yanaşıldığı zaman üslub çirkin olar. Sitatlar
Allah atomda heyrətamiz sənət yaradır. 15 milyard ildir ki, atom heç bir qida almadan heyrətamiz enerji ilə fırlanır, orbitindən heç vaxt çıxmır, atomlar bir-biri ilə toqquşmurlar. İnsan tək bir maya zülalını araşdırsa, içində tam fərqli nəhəng aləm olduğunu görər. Məhz Allah bu sənəti düşünüb-düşünmədiyimizə baxır. İnsan çörək arası dönər yeyir və heç nə düşünmür. Allahın bu böyük sənətinə baxmayaraq, heç nə düşünmədən yaşayan insan, əslində hər cür bəlaya layiq olmuş olur. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar
Allah münafiqləri alçaqlıq, əxlaqsızlıq, ləyaqətsizlik, namərdlik, xainlik etmək vəzifəsi ilə yaradır. Bunu şeytanın təlqini ilə edirlər. Bunun nəticəsində möminlərə bərəkət gəlir, məqamları yüksəlir, cənnətləri genişlənir, münafiqlərə də həlak və pərişanlıq gəlir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur