-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İnsanların çoxu funksionallığı əsas götürür. Geyim zövqü, keyfiyyət, incəsənət, gözəllik axtarışı demək olar ki, heç olmur. Bu dəhşətli vəziyyətdir. Əksər insan arasında gözəlliyi öldürmə anlayışı yaranmış vəziyyətdədir. Gözəlliyi istəyəni və baxımlı olanı günahkar kimi görürlər, digər tərəfdən gözəlliyi təqdir edəcək, bəyənəcək kəsləri də olmur. Bu zaman inkişaf etmək, yaxşı olmaq, gözəlləşmək üçün heç səy göstərmirlər. Yaxşılıq, gözəllik, incəsənət, sevinc, sevgi, nəciblik həyatlarından çıxdığı zaman isə boğucu, şizofrenik, eqoist və içinə qapalı xarakter yaranır.
Adnan Oktar
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; "bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır".
Adnan Oktar