HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Musa - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
musa | Bütün Əsərlər
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər.
Müsəlmanların imtahanı üçün güclü dəccaliyyət gərəklidir. Möcüzə olansa iman edənlərin məhdud imkanlarına baxmayaraq dəccaliyyəti məhv etməsidir. Hz. İbrahim kiçik güclə bütün Nəmrud ordularını məğlub etdi, eyni şəklidə Hz. Musa və Peyğəmbərimiz də. (Ali İmran surəsi, 196-197: Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!)
Məqalələr
İNCİL VƏ TÖVRATIN QURAN İLƏ UYĞUN TƏRƏFLƏRİ
Digər dillər
Musa Özalkan şəhidimizin şəhadətini təbrik edirik. Allah bizə də şəhid olmağı nəsib etsin.
Münafiqlərin stressli və dəli həyatı olar. Mal hərisliyindən və yaşamaq hərisliyindən boğularlar. Lakin onları ən çox müsəlmanlara zərər verə bilməmək dəli edər. Müsəlmanlara hücum etdikcə özləri zəifləyər, müsəlmanlar güclənər. Müsəlmanlara hücum etdikləri zaman dərhal nəticə ala biləcəklərini, zərər verə biləcəklərini düşünərlər. Hz. Musa dövründəki və Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də eyni düşüncədə idi. Sonra hamısının ağıl və bədən sağlamlıqları pozuldu və həlak olub getdilər. Bütün malları, mülkləri müsəlmanlara qaldı. Münafiqlər cəhənnəmə gedərkən, müsəlmanlar sağlamlıq və rifah içində yaşayıb, sonra da cənnətə alındılar.
İnsanların bir hissəsi hər şeyin Allahın nəzarəti altında olduğunu təsəlli zənn edirlər. İman gətirənlərin bir hissəsinə də küfr əhlinin çoxsaylı olması təsir edir, küfr özlərini əzər deyə çəkinirlər. Hamısı Allahın nəzarəti altındadır, bütün güc Allahın tərəfdarlarının yanındadır. Allahın ruhunu daşıyanlar üçün Allah bütün dünyanı formalaşdırar. Məsələn, Hz. Musa olarkən bütün dünya onun ətrafında fırlanır, bütün hadisələr hz. Musaya görə formalaşır. Dolayısilə müsəlmanlar heç narahat olmasınlar, çox rahat olsunlar. Bir qrup müsəlman bütün dünyaya qarşı müvəffəq olacaq.
Musəvilər hz. Musa (ə.s)-ı sevən, Tövrata tabe olan, bizim dinimizə hörmət göstərən, Allahın tək olduğunu deyən, axirətə, Cənnətə, Cəhənnəmə inanıram deyən, Allahı sevən, gözəl əxlaqlı insandırlar. Belə insanlara mənfi baxış prizması ilə yanaşmaq bizim dinimizə görə də çox yanlış olar.
Münafiqlər tarixin hər dövründə eyni üsulları tətbiq edərlər. Axırzaman münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərlə eynidirlər. Axırzaman münafiqləri hz. Musa (ə.s) dövründəki münafiqlərə də oxşayırlar. Səhabələrin münafiqləri bu qədər əhatəli izah etməsinin hikmətlərindən biri də Axırzaman münafiqləri ilə müqayisə aparılmasıdır. Axırzamanda imkanlar daha inkişaf etmiş olduğu üçün münafiqlər haqqında daha ətraflı izahat veriləcəkdir. Gələcək nəsillərə də bilgi ötürmək üçün münafiqlərin hər davranışı çox təfsilatlı ifşa edilib izah ediləcək. Hər dövrün münafiqləri kimi Axırzaman münafiqləri də tarixə düşəcəklər.
Hz. Musa dövründə yaşayan Samiri dövrünün tənha çaqqallarından biridir. Musanın yerinə keçib onun imkanlarına malik olmağa çalışan axmaqdır. Mənfəət ümidi ilə Musaya çox köməyi olub, lakin bütün bunları saxtakarcasına təkcə mənfəəti üçün etmişdir. Heyrətli dərəcədə ağılsız olduğu üçün öz aləmində Musanın yolundan başqa yol yaradıb müsəlmanları o yola çəkməyə çalışmışdır. Lakin ləyaqətsizliyi və saxtakarlığı hər kəs tərəfindən bilindiyi üçün təkbaşına, tənha olaraq yox olmuşdur.
Peyğəmbərlərin imtahanı çox çətindir. Hz. Musa, hz. Yusif, hz. Əyyub, Peyğəmbərimiz (s.ə.v) hamısı çox əziyyət və çətinlik yaşamışdır.
Allah həqiqətən dinə xidmət edən şəxslərə gənclik və sağlamlıq vermişdir. Hz. Musa, hz. İbrahim yaşlarının irəliləmiş olmasına baxmayaraq, çox gənc və gümrahdılar.
Münafiq özünü çox ağıllı zənn edər, halbuki axmaqcasına öz pisliyinin içinə diyirlənmişdir. Münafiqin taleyi pərişanlıq, əzab və iztirabdır. Hz. Musa dövrünün münafiqi olan Samiri də qorxu içində yaşamış, həmişə təqib edildiyindən şübhələnərək narahatlıq və əzab içində ölmüşdür.
Məgər dinimizdə qadınların yanında din izah etmək var, deyənlərin buna dair Qurandan dəlil gətirmələri lazımdır. Tək bir dəlil gətirə bilməzlər. Hz. İbrahimin həyat yoldaşı qonaq gələn mələklərin yanında gülür, söhbət mühiti var, hz. Musa hz. Şueybin qızlarına kömək edir, hz. Süleyman Səba məlikəsi üçün hovuz düzəltdirir. Qurana görə qadınların etibarlı mühitlərdə dekolteli olması, qadınların yanında dindən danışılması haram deyil. Buna haram deyənlərin Qurandan ayə göstərməsi lazımdır. Qurandan ayə göstərməyib "mənə görə, eşitdiyimə görə" deyə məntiq olmaz.
Tabutu-Səkinə (Əhd Sandığı), yəni hz. Musa (ə.s)-ın əmanəti olan müqəddəs sandıq tapılacaq. Həmçinin sandığın tapılması bütün dünyanı dəyişdirəcək.
Hz. Mehdidə bütün peyğəmbərlərin xüsusiyyətlərindən vardır. Hz. Mehdi qarşılaşdığı təzyiqlərə görə hz. Musaya, çəkdiyi əziyyətlərə görə hz. Yusifə bənzəyəcək.
Digər dillər
Məqalələr
Müsəlmanlar və xristianlar eyni Allaha inanır?
Digər dillər
Məqalələr
Ağıla dəvət: Qurana bağlı müsəlmanların yəhudilərə münasibəti necə olmalıdır?
Digər dillər
Hz. Musa (ə.s) da sənin peyğəmbərin, hz. İbrahim (ə.s) da sənin peyğəmbərindir. "Onlar yəhudilərin peyğəmbəridir" deyir, "O isə xristianların peyğəmbəridir" deyir. Onlar sənin peyğəmbərindir, İslam peyğəmbərləridir. Onlar müsəlmandır.
Digər dillər
Digər
Tövratdan hikmətlər və gözəl öyüdlər
Digər dillər
Türkiyədə Darvinizm-materializm fikirlə yıxıldığı üçün büt yoxdur. Bütləri elmlə, sevgi ilə qırdıq. Necə Kəbənin içindəki bütləri rəsulullah (s.ə.v), hz. İbrahim (ə.s), hz. Musa (ə.s) qırdı, biz də fikirlə Türkiyədəki darvinizm bütünü qırdıq. Millətimiz bir rahatlıq, hüzur, dinclik dövrünə girdi.
36
1
1
2
/ 2
1
1
2
36
/ 2
20