HARUN YƏHYA
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Rəsimlər
Audiolar
Sitatlar
Digər
KATEQORİYALAR
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
OK
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Adnan Oktar deyir ki...
Sənədli filmlər
Axırzaman və qiyamət
Təkamül nəzəriyyəsinin süqutu
İman həqiqətləri və yaradılış möcüzələri
Peyğəmbərlər tarixi
Türk-İslam Birliyi
İslam və başqa dinlər
Maddənin ardındakı sirr
Quran əxlaqı və təfəkkür
Tarix, siyasət və strategiya
Günün gözəl mövzusu
Adnan Oktarın söhbət proqramları
Adnan Oktarın söhbətlərindən seçilmiş bölmələr
Adnan Oktarın qonaqları
Xoş söhbətlər
A9 üçün nə dedilər?
Ədalətli mühakimə
Canlıların dünyası
Həqiqətə qayıdış
Harun Yəhya tərəfindən yeni izahlar
Yaratılış Müzesi
Dünya liderləri sülh, din və siyasət haqqında nə deyir?
Gözəllik dini İslam
Baxış bucağı
Serap Akıncıoğlu ilə nura yönəliş
İslamın Qışı və Gözlənilən Baharı
Bütün Dünya Türk-İslam Birliyi istəyir
Paytaxt təcrübəsi
Həyatdan portretlər
Elm yolunda
Maraqlandığınız mövzular
Sevgi Dili
Gizli təhlükə
Görünməyən dünya
Nə baş verdi?
Trayektoriya
Ya olmasaydı?
Möcüzəvi elm
Düşündürən həqiqətlər
Beynəlxalq Media
Fosil Ovçusu
Alimlər Yaradılış haqqında danışırlar
Təkamülçülərin etirafları - Video
Təkamül üçün nə dedilər?
Dünyadan əks-səda
Daxilimizdəki möcüzələr
Həqiqi Atatürkçülük
Uşaqlar üçün
Sevimli heyvanlar
Dünyada dinə qayıdış videoları
Qısa izahat filmləri
Digər söhbət proqramları
Adnan Oktar Nə Demişdi, Nə Oldu
Qısa filmlər - Mütləq baxın
Mübarək şəhər İstanbul
Ailələr hörmətli Adnan Oktar üçün nə dedilər?
Fəcr-i Sadiq, Risalə-i Nurdan hikmətlər
Bədənimizdəki ayələr
Həyata dair
Birlik zamanı
Yaradılış Sübutları
İctimai müsahibələr
Adnan Oktar nə demişdi nə oldu - Video
Sənədli filmlərdən seçilmiş bölmələr
Adnan Oktarın söhbətlərindən başlıqlar
Serap Akıncıoğlu və Gülay Pınarbaşı ilə söhbətlər
KATEQORİYA SEÇİN
Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, "sən kor təsadüflərin məhsulusan", "var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən", "heyvanlar kimi mübarizə aparmalısan" təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr.
Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir.
Allah mənə güvənin deyir, insanlar güvənmir. Sonra niyə həyatım iztirab içində keçir deyə düşünürlər. İnsanların çoxu Allahın ağlına etibar etməməyin acısı içində yaşayırlar.
Ehtiras, Allahın böyüklüyünü qavradıqdan və hər gözəlliyi Allah eşqiylə gördükdən sonra meydana gələr. Ehtiras, cənnət və dünyadakı ən güclü nemətdir. Qapısı heç bir zaman bağlı deyil. Ehtirasda zövq, iman və ağılla mütənasib olaraq qatlanaraq artar.
Hər problem dəf edilmiş olaraq yaradılar. İnsan Allaha güvənəcək, səbirli, sakit olacaq. İnsanlar problemlə qarşılaşanda çox vaxt təlaşlanarlar amma bir həftə sonra keçmiş olur. Bir il sonra ən böyük problem dediklərini belə xatırlamırlar.
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər.
Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər.
Peyğəmbərimiz son dərəcə moderndi. Münafiqlər, onun gətirdiyi yeniliklərə həsəd etdilər. Qadınlara olan sevgisinə və hörmətinə dözə bilmədilər. Peyğəmbərimizin vəfatından sonra öz sevgisiz və nifrət dolu üslublarını hakim qıldılar. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır. Hamısı qadınlara çox dəyər verir, hamısı gözəlliyi sevər. Münafiqlər də, müasirlik və sevgi əleyhinədir.
Vətən namusdur. Vətən getdikdən sonra yaşamağın məqsədi olmaz. Vətəni qorumaq üçün canımızı vermək bizim üçün müqəddəsdir. Dövlətimiz desə ən qabaqda vətəni müdafiə etmək üçün hamımız hazır gözləyirik.
Qapqara buludların ardınca möhtəşəm yağış, sonra da günəşli günlər gələr. Bu çətin dövrlərdən sonra da çox aydın, çox gözəl, çox həyat dolu günlər gələcək inşaAllah.
Məqalələr
Hz. Mehdinin (ə.s) vəsiləsi ilə millətlər arasındakı anlaşmazlıqlara və zorakılığa son qoyulacaq
Məqalələr
Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz
Məqalələr
Saxtakarlıqlar ifşa olduqdan sonra yeni psixoloji üsul
İngiltərə dərin dövlətinin bir metodu var, oğurluğu edib sonra gəlib oğrunu axtarar, birini öldürər cinayət yerinə gəlib qatili axtarar. Bu İngiltərə dərin dövlətinin 150-200 illik metodudur. Cinayəti törətdikdən sonra günahı üzərindən atmaq üçün, özünə məsum görünüşü vermək üçün, hadisəyə qarşı çıxırmış görünüşü verməyə çalışar.
Münafiqlərin stressli və dəli həyatı olar. Mal hərisliyindən və yaşamaq hərisliyindən boğularlar. Lakin onları ən çox müsəlmanlara zərər verə bilməmək dəli edər. Müsəlmanlara hücum etdikcə özləri zəifləyər, müsəlmanlar güclənər. Müsəlmanlara hücum etdikləri zaman dərhal nəticə ala biləcəklərini, zərər verə biləcəklərini düşünərlər. Hz. Musa dövründəki və Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də eyni düşüncədə idi. Sonra hamısının ağıl və bədən sağlamlıqları pozuldu və həlak olub getdilər. Bütün malları, mülkləri müsəlmanlara qaldı. Münafiqlər cəhənnəmə gedərkən, müsəlmanlar sağlamlıq və rifah içində yaşayıb, sonra da cənnətə alındılar.
Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.
Tayyib hocam Atatürkdən sonra cümhuriyyət tarixinin ən mühüm lideridir. Heç güzəştə getmədən, dəliqanlı şəkildə bütün müsəlmanlara sahib çıxır maşaAllah.
Qadınlar mələk kimidirlər, olduqca yüksək əxlaqa sahibdirlər. Möhtəşəm analiz gücləri var. Saniyələr ərzində yüzlərlə incəliyi diaqnoz edə bilərlər. Çox incə düşünərlər. Hansı cümlənin nə üçün qurulduğunu, danışarkən nəyin nə üçün vurğulandığını hələ insan danışarkən həmin anda diaqnoz edərlər. Qadınlar çox həssas, saf varlıqdırlar. Çox diqqət yetirmək lazımdır. Bu mübarək varlıqların əzilməsinə bundan sonra heç vaxt imkan verməyəcəyik.
Əvvəlcə mənəvi inkişaf lazımdır. İmani həmlə, yüksəlmə və ucalma lazımdır. ABŞ-da, Çində texnologiya yüksək səviyyədədir, lakin xalq sürünür. Allah sevgisi və iman olmadıqdan sonra insanlar mütləq əzab çəkər, mütləq müəyyən mənada sürünərək yaşayarlar.
Bu dünya sevgi təhsili aldığımız məktəbdir. Sevgi universitetindən akademik professor olaraq məzun olacağıq, Allahın icazəsi ilə. Diplomu aldıqdan sonra qalanı asandır. Bu son dərəcə təfərrüatlı, əhatəli təsviri göstərən Uca Güc yeni təsvir göstərəcək. Pərdə açılacaq daha aydın təsvir yaşayacağıq.
126
1
1
2
3
4
5
6
7
/ 7
1
1
2
3
4
5
6
7
126
/ 7
20