logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 may 2018

avatar

Adnan Oktar

Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir.
A9 TV; 3 may 2018
2157
avatar

Adnan Oktar

Allah ən çox eşqi sevər. Bütün kainat eşq, ehtiras, sevgi üzərinə qurulmuşdur. Namazın, orucun, bütün ibadətlərin məqsədi sevgidir. "Sabaha qədər namaz qıldım ayağım şişdi" deyir. Allahın istədiyi bu deyil. Allahın istədiyi könüldən Allahı sevərək namazını qılmaq, ibadətləri yerinə yetirməkdir.
A9 TV; 28 aprel 2018
avatar

Adnan Oktar

İnsanlar ümumiyyətlə Allahın gücünü unutduqları üçün dərhal sarsılırlar. Allahın gücünü tam qavrasalar dünyagörüşləri tamamilə oturar.
A9 TV; 2 may 2018
avatar

Adnan Oktar

Münafiq din düşmənidir. Dinə qarşı çox kinlidir. Şeytani və incə siyasətlə müsəlman kimi görünərək, müsəlmanları müsəlmanlıqdan çıxarmağa çalışar. Birbaşa İslamı hədəf alsa təsir edə bilməyəcəyini bildiyi üçün, "mən də müsəlmanam" deyə, ortaya çıxar və ağlı zəif olanları mənəvi olaraq boğar.
A9 TV; 2 may 2018
avatar

Adnan Oktar

Bir insan qarşısındakının ağıllı olduğunu anladıqda o adamın yanında rahat edər. Ağıllı, dərin imanlı, səmimi möminin hər sözü çox müsbət təsir edər.
A9 TV; 2 may 2018
avatar

Adnan Oktar

Allah mənə güvənin deyir, insanlar güvənmir. Sonra niyə həyatım iztirab içində keçir deyə düşünürlər. İnsanların çoxu Allahın ağlına etibar etməməyin acısı içində yaşayırlar.
A9 TV; 2 may 2018
avatar

Adnan Oktar

Vicdanın bağlanması əslində metafizik vəziyyətdir. İslam aləminin əsas mərkəzi bilinən İraq, Suriya, Misir hal-hazırda məhv olmuş vəziyyətdə amma müsəlmanların bir qismində bəsirət bağlı olduğu üçün bunu heç əhəmiyyətli görmürlər. "Nə düşünürsən?" deyə soruşanda, "tez məktəbi bitirib evlənim" deyir. Müsəlmanların şəhid olması, uşaqların dənizlərdə boğulması onu heç vaxt maraqlandırmır.
A9 TV; 2 may 2018
avatar

Adnan Oktar

Allah bir insanı dəstəkləyəndə onu heç kim məğlub edə bilməz. Rəsulullah zireh geymədən minlərlə insanın arasına girib döyüşürdü, heç kim onu məğlub edə bilmədi. Mehdini də məğlub edə bilməzlər. Mehdiyyət qarşısıalınmazdır.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

Təmizlik üçün ruh keyfiyyəti lazımdır. Ruhu ölmüş biri təmizlik və keyfiyyət axtarmaz. Təhsildə ən vacib diqqət ediləcək şey o insanın Allahın böyüklüyünü dərinləməsinə qavramasını təmin etməkdir. Allaha iman edir, lakin Allahın böyüklüyünü dərinləməsinə qavramayanda təvəkkül əksikliyi olur. Allahın böyüklüyünü yaxşı qavramaq və hər şeyi Allahın yaratdığından əmin olmaq lazımdır.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

İnsanı xoşbəxt edən, sevdiyini xoşbəxt etməkdir. Yaxşılıq edəndə qarşındakı insanın üzündə yaranan sevinc, rahatlama kimi minlərlə cəhətdə yaranan gözəllik əsrarəngiz nemətdir.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

Mən Allahı sevirəm. Allahı sevən hər şeyi sevər. Allahı sevdiyim üçün həyatı sevirəm. Allahı sevməyən insan üçün həyat mənasızdır, cəhənnəm kimidir. Allahı sevməyən insan ölü kimi yaşayar.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

Allah möminləri əyləndirmək üçün münafiqləri xüsusi olaraq yaradır. Mehdiyyəti dayandırmaq üçün bütün gücləriylə çırpınırlar amma Mehdiyyət elmlə əzə-əzə irəliləyir. Hər şey Mehdiyyətin irəliləməsinə xidmət edir.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

Əsrlər əvvəlin ənənəçi modelinə gedilir təəssüratı vermək yerinə müasir, aydın, sevinc dolu anlayışı önə çıxarmaq daha yaxşı olar. Keçmişin dəyərlərini qorumaq, ənənələrə sahib çıxmaq gözəldir. Ancaq keçmişə sahib çıxmaqla birlikdə həmişə daha müasir, daha Avropalı, daha aydın, sənəti keyfiyyəti əhəmiyyətli görən, qadınlara azadlıq tanıyan, gənclərin istədikləri kimi yaşadıqları, sevinc və həyat dolu Türkiyə olması çox əhəmiyyətlidir.
A9 TV; 1 may 2018
avatar

Adnan Oktar

Möminin həyatı cənnətdir. Olduğu hər yer cənnətdir. Mömin həbsxanada olsa oranı da cənnətə çevirər.
A9 TV; 30 aprel 2018
avatar

Adnan Oktar

Rəhmətlik başbuğ, Türkiyənin ən çətin dövrlərində kənd-kənd gəzərək möhtəşəm gənclik yetişdirdi. Bu gözəl struktur indi hələ də dövlətimizin ana təməlini təşkil edir. Allah başbuğdan razı olsun.
A9 TV; 30 aprel 2018
avatar

Adnan Oktar

Allah İslam aləminin Bəraət qəndilini mübarək etsin. Bu gecə möminlər günahları üçün Allaha dua edirlər, günahdan qurtulmaq üçün Allaha yalvarırlar. Allah bütün möminləri qorusun, rəhmət etsin.
A9 TV; 30 aprel 2018
avatar

Adnan Oktar

Münafiqi əzən Allahdır. Münafiq çox axmaq olduğu üçün özünü əzəcək vəsaiti özü hazırlayar. Allah münafiqi məğlub olmuş yaradar.
A9 TV; 30 aprel 2018
avatar

Adnan Oktar

Müsəlmanın ağlını çox səlis və diqqətli istifadə etməlidir. Dünya çox sürətlə gedilən yol kimidir. Bu yolda avtomobil istifadə etdiyini düşünərək çox ağıllı hərəkət etmək lazımdır. İradəli, ağıllı və çox diqqətli olsan heç nə olmaz. Bu avtomobili istifadə edərkən Allah ilə həmişə əlaqədə olmaq əsas şərtdir. İnsan bir şeyi özü edir sandığı anda ağıl tarazlığını itirər.
A9 TV; 30 aprel 2018
avatar

Adnan Oktar

Cənnəti cənnət edən dərinlik, Allahı olduqca ən dərin şəkildə sevməkdir. Cənnətin zənginliyi üçün Allahı dəli kimi sevmək lazımdır. Dünyada qəhr edici əziyyətlər içində Allahı coşğuyla sevmək, cənnətin gözəlliyini və zənginliyini artırar. Dünyadakı əziyyət insanın özünü sevməsinin də əhəmiyyətli vəsiləsidir.
A9 TV; 29 aprel 2018
avatar

Adnan Oktar

İslam Birliyi, biz bir araya dostluq üçün, sevgi üçün, qardaşlıq üçün, müharibələri dayandırmaq üçün gəldik mənasında olacaq. Biz irq əsaslı birlik arzusunda deyilik. Döyüşə arxalanan birliklər faciə olar, bunu əsla qəbul etmərik. Həmişə sevgi, həmişə dostluq, həmişə qardaşlıq əsas olacaq.
A9 TV; 29 aprel 2018
avatar

Adnan Oktar

İnsanlar, digər insanları əsas almaq səhvinə düşürlər. Mömin "bir mən varam bir də Allah" deyə düşünəcək və özünü ona görə inkişaf etdirəcək.
A9 TV; 29 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sevginin əsas şərti ağıllı və səmimi olmaqdır. Sevgi bina tikmək kimi, yüzdən çox təməl dəyərlər üzərinə qurular. Bağışlamaq, dəyər vermək, səbir etmək, mərhəmət etmə, sevgini meydana gətirən bütün bu əsas şərtləri bizə öyrədən kitabdır. Allahın böyüklüyünü anlayan insan Quranı necə yaşayacağını çox yaxşı anlayar. Sevginin irəliləməsi üçün ağıl, diqqət, iradə, qayğı və səbir lazımdır. Mömin bu mövzuda yorulmaz və çaşqınlıq da yaşamaz. Qurandan öyrəndiklərini çox ardıcıl tətbiq etdiyi üçün sevginin gözəl yoluna girər və irəliləyər. Sitatlar
Münafiq dinsizdir amma müsəlmanlarla mübarizə etmək üçün dini istifadə edər. Bu şəkildə daha təsirli olacağını düşünür. Küçə məntiqiylə düşünən insanları, dini istifadə edərək təsir altına salırlar. Peyğəmbərimizin dövründə də, küçə məntiqiylə baxanlara təsir etmək üçün "bu istidə döyüşəmı çıxarlar?" deyirdilər və haşa, Peyğəmbərimizi dinsizliklə günahlandırırdılar. Çox axmaq olduqları üçün dini gətirən Peyğəmbəri, haşa, dinsizliklə günahlandıracaq qədər ağılsız ittihamlar irəli sürürdülər. Sitatlar
Münafiq Quranı öz ağlına görə müsəlmanların əleyhinə istifadə etmək üçün öyrənər. Münafiqdə şeytani zəka olduğu üçün, bunlarla elmi mübarizədə incə ağıl lazımdır. Bu da müsəlmanların diqqətinin açılmasına, savablarının çox yüksəlməsinə səbəb olar. Sitatlar
İnsanların çoxu həkimin Allahın təcəllisi olduğunun, dərmanın da vəsilə olduğunun fərqində olmadığı üçün əzab çəkir. Allahı unutmaq insanlara həmişə çətinlik gətirər. Xəstəliyi verən də, şəfanı verən də Allahdır. Sitatlar
Darıxma duyğusu zövqü artıran, hissiyyatı gücləndirən gözəl hissdir. Kənd üçün darıxarsan, gedəndə daha çox zövq alarsan, sevdiyin üçün darıxarsan qiymətini daha yaxşı bilərsən. Sitatlar
Allah mənə güvənin deyir, insanlar güvənmir. Sonra niyə həyatım iztirab içində keçir deyə düşünürlər. İnsanların çoxu Allahın ağlına etibar etməməyin acısı içində yaşayırlar. Sitatlar
Ehtiras, Allahın böyüklüyünü qavradıqdan və hər gözəlliyi Allah eşqiylə gördükdən sonra meydana gələr. Ehtiras, cənnət və dünyadakı ən güclü nemətdir. Qapısı heç bir zaman bağlı deyil. Ehtirasda zövq, iman və ağılla mütənasib olaraq qatlanaraq artar. Sitatlar
Qüsur axtarışı gözüylə baxılanda sevgi meydana gəlməz. Günahlandıracaq, şübhələnəcək mövzu axtaranda sevgi meydana gəlməz. Sevgidə həmişə təmir vardır. Sevdiyinin qüsurunu görməz, görəndə təmir edərsən. İnsan Allahın yaratdığı sənət əsəri olaraq qarşısındakını görəcək və böyük diqqət və qəti incəsənət gücüylə sevgini davam etdirəcək. Sitatlar
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr. Sitatlar
Hər problem dəf edilmiş olaraq yaradılar. İnsan Allaha güvənəcək, səbirli, sakit olacaq. İnsanlar problemlə qarşılaşanda çox vaxt təlaşlanarlar amma bir həftə sonra keçmiş olur. Bir il sonra ən böyük problem dediklərini belə xatırlamırlar. Sitatlar
Ən böyük xidmət dərin imanlı olmaqdır. Dərin imanlı insanın olduğu cəmiyyətdə böyük bərəkət meydana gələr. Sitatlar
Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr. Sitatlar
Quran əxlaqı çox böyük azadlıqdır. İnsanların beyninə fərahlıq verər. İnsanların beynindəki təzyiq, sıxılma Quran əxlaqının yaşanmamasından qaynaqlanır. Quran əxlaqı yaşansa insanların üzərindən 10 ton yük qalxmış kimi olar. İndiki acılar küfrün təzyiqindən meydana gəlir. Quran əxlaqı olduğunda gənclər, qadınlar, hər kəs ola bildiyi qədər azad yaşayar. Heç kimin başqasından qorxmasına gərək qalmaz. Sitatlar
Məscidlərin geniş pəncərəli çoxlu yaşıllıq içində olması çox gözəl olardı. Hər məsciddə istixana kimi çoxlu bitki olmalı. Müsəlmanların bir arada söhbət etdikləri şahanə mühitlər yaradıla bilər. Sitatlar
Dünya çox genişdir, bütün insanlar həmişə birlikdə hüzur içində yaşaya bilərik. İsrail, İran, İraq, Suriya hamısı çox geniş torpaqlardır. Gəlin bu torpaqlarda bir arada qardaşca yaşayaq. Bölüşəmədiyiniz nədir? Gəlin birlikdə sülh içində yaşayaq. Sitatlar
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər. Sitatlar
Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər. Sitatlar
Müsəlmanın ən geniş kütləyə təbliğ etməsi fərzdir. Allah üçün ən geniş imkanlara sahib olmaq istəməsi fərzdir. Peyğəmbərimiz bütün dünyaya təbliğ edirdi, İstanbula təbliğ üçün səhabəni göndərirdi. Müsəlman malı yığmaz, qazanıb Allah yolunda xərcləyər. Sitatlar
Küçənin təzyiqi, məhəllə təzyiqi, məktəb təzyiqi, bir çox qaydalarla insanları boğurlar. Quranın gətirdiyi azadlıq, ən geniş azadlıqdır. Azadlığın olmadığı mühitdə insanların ağlı donar, sevinci qaçar. Azadlıq, sevgi, sülh həmişə ön planda olmalıdır. Sitatlar
Peyğəmbərimiz son dərəcə moderndi. Münafiqlər, onun gətirdiyi yeniliklərə həsəd etdilər. Qadınlara olan sevgisinə və hörmətinə dözə bilmədilər. Peyğəmbərimizin vəfatından sonra öz sevgisiz və nifrət dolu üslublarını hakim qıldılar. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır. Hamısı qadınlara çox dəyər verir, hamısı gözəlliyi sevər. Münafiqlər də, müasirlik və sevgi əleyhinədir. Sitatlar
Allah Axırzamanda möminlərə İslamı izah etmək üçün çox geniş imkanlar verir. İnternet, televiziya, qəzetlər, jurnallar, smartfonlarla çox sayda insana təbliğ etmək imkanı Axırzamanın nemətlərindəndir. Sitatlar
Hər nemət Allah qorxusuyla qazanılar. Sevgi, ağıl, gözəllik, hər ��ey Allah qorxusuyla meydana gələr. İnsanlar Allahdan qorxduqlarında nələr qazanacaqlarını bilmirlər. Halbuki hər şeyin təməlində Allah qorxusu vardır. Allah qorxusu insanı dəhşətə salan qorxu deyildir. Allahın sevgisini itirmə qorxusudur. Sitatlar
Əhəmiyyətli olan insanın çox məlumat sahibi olması deyil, sevgini bilən olmasıdır. Sevgini bilən cahil olmaz. Mütləq Allah onu öyrədər. Sitatlar
Ölüm yuxudan qəti olaraq oyanmaqdır. Müsəlman ölümlə birlikdə fərahlar. Təsvir çox dəqiq və kəskindir. Sitatlar
Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur