-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Birtərəfli Darvinist təhsilin qaldırılmadığı müddətcə, cəmiyyətdə sevgi, hörmət və dəyər vermək mümkün olmayacaqdır. Yalnız uşaq və qadınların müdafiəsi cinayət sanksiyaları ilə təmin edilmir. Cinayət sanksiyaları əxlaqsız olanlara mane ola bilməz. Allahı, imanı və əxlaqi inkar edən Darvinizm insanlara öyrədilməyə davam edərkən, insanların qarşısında olanı bir növ heyvan kimi görəcəkdir. Bir-birini heyvan olaraq görənlərin hörmət, sevgi, dəyər vermə kimi anlayışları yaşaması qeyri-mümkündür. Gəncləri bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəçi Ortodoks sistemlə sıxışdırmağın sonunda ortaya dəhşət verici model çıxır. Bunu aradan qaldırmanın tək yolu doğru təhsildir. Aydın, müasir, elmi, imanı təhsillə gənclərin yetişdirilməsidir.
Adnan Oktar
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. "Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq" deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
Adnan Oktar
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
Adnan Oktar
Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.
Adnan Oktar
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
Adnan Oktar