logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 dekabr 2017

avatar

Adnan Oktar

Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
A9 TV; 23 dekabr 2017
807
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən. Sitatlar
Allah ilə əlaqə olmadığı zaman nə etsən də heç nədən zövq ala bilməzsən. İnsan əylənirmiş kimi görünər, lakin əzab çəkər. Çünki əylənirmiş təqlidi etmək də əzabvericidir. Allaha sevgi ilə bağlı olmadıqdan sonra dünyada heç bir insan üçün hüzur, rahatlıq, sağlamlıq olmaz. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah saf sevgidir. Allah; “dünyanı insanlar Mənə ibadət etsinlər deyə yaratdım” deyir. İbadətin məqsədi sevgidir. Namaz sevgimizi ifadə etməyin bir yoludur. Mömin şükür edər, bu sevgi ifadəsidir. Səbir edər, bu sevgi ifadəsidir. Möminin həyatının hər anı, həyatın bütün məqsədi sevgidir. (Zəriyət surəsi, 56: Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratdım). Sitatlar
Allah sevgisi ilə sevmək, sonsuz Allahın təcəllisini dərin ehtirasla sevməkdir. Allah sevgisi olmadan əti, sümüyü yox olacaq bədəni sevmək olmaz. Sitatlar
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar. Sitatlar
Allahın Quranda bildirdiyi himayədarlıq sistemində anası, atası, bacı-qardaşı kimi hər kəsin bir-birini qoruması fərzdir. Bu Allahın açıq hökmüdür. Sitatlar
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq. Sitatlar
Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq. Sitatlar
Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir. Sitatlar
Bir çox insanın sevgi deyə bəhs etdiyi şey mənfəəti olur. Ailə quracağı şəxsin atası zəngindirsə, özünə yaxşı imkan təmin edəcəksə, həyatının zəmanəti olacaqsa heyrətamiz qayğı göstərir. Mənfəəti əlindən alındığı zaman sanki ağıllarını itirirlər, sevgi ilə bağlı vəziyyət olmur. Xəstəlik olduqda və ya iflas kimi vəziyyət yarandıqda o sevgi dedikləri bir anda bitir. Əsas mövzuları sevgi deyil, mənfəət olur. Allah sevgisi olanda sevgi əbədiyyətə kilidlənmişdir. Sitatlar
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Dünyada müharibə ediləcək heç bir məsələ yoxdur. Şeytan insanı müharibəyə sövq edir. Hər yerdə döyüş və qan var. Silah zavodu açmaq dünya səviyyəsində qadağan edilsin. Zavodlar təkcə insanlar üçün faydalı şeylər istehsal etsinlər. Fələstinlilər nur kimi tərtəmizdirlər. İsraillilər tərtəmizdirlər. Amansız müharibə istəyi, insan öldürmək, dəhşət vericidir. Şeytanı dərhal məğlub etmək lazımdır. Müharibəni dərhal dayandırmaq lazımdır. Sülh Quranın, Tövratın və İncilin ruhunda var. Döyüş üçün heç bir səbəb yoxdur. Qüds məsələsində gərginlik davam edərsə, Allah qorusun bütün dünyanı yandıran od əmələ gələr. Buna görə də, tezliklə etidal, sevgi, qardaşlıq əsas olmalıdır. Sitatlar
İngiltərə dərin dövləti son 200 ildir ki, dünyaya dəhşət saçır. Bunlar şeytani düşüncə insanıdırlar. Gecə-gündüz düşünüb, fəlsəfə yaradıb, insanların şəxsiyyətsiz olanları tapıb, onlara tətbiq etdirərək, günahsız dünya xalqlarını əzirlər. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi və digər bütün dağıdıcı ideologiyalar İngiltərə dərin dövlətinin əsəridir. Sitatlar
İnsanların əksəriyyəti axirəti düşünməz, dünya malının və çoxalmağın dərdindədir. Sitatlar
Mehdiyyət dünya tarixinin gəlib-keçmiş ən böyük hadisəsidir. Bunu Peyğəmbərimiz (s.ə.v) deyir. Dəccaliyyət və Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir. Sitatlar
Müsəlman, dünyadakı yaxşı olan hər şeyi ən yaxşı edən insandır. Məqbul, etidallı, dünya hərisliyi olmayan, təvazökar, mehriban, gözəl və humanist olmağı hədəf seçən insandır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur