-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.
Adnan Oktar
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
Adnan Oktar
Sevgi Allah tərəfindən yaradılmış ən güclü instinktdir. Allah ən böyük nemət olaraq, kainatın yeganə məqsədi kimi sevgi deyilən nur yaratmışdır və bu nur bütün kainatı, bütün kosmosu, bütün hüceyrələri, atomları, insanları, heyvanları, bitkiləri, bütün canlıları əhatə etmişdir və yeganə məqsəd halına gəlmişdir. İnsanı ən çox xoşbəxt edən, insana ən yüksək həzzi verən, ən nəcib duyğu sevgidir. İnsanların bu qədər gözəl yaradılmasının, atomlardakı cazibə qüvvəsinin, hüceyrənin daxili quruluşundakı möhtəşəm quruluşun, kainatdakı möhtəşəm həndəsənin məqsədi də sevgidir. Sevgi heyrətamiz həzzdir, heyrətamiz gözəllikdir.
Adnan Oktar
PKK əgər qarışıqlıq istəyirsə, biz də nizam, intizam, birlik, bərabərlik, sevgi, səmimiyyət və mehribanlıqla əvəzini verməliyik. Eyni şəkildə darvinistlərə, materialistlərə, ateistlərə qarşı da sevgi ilə, elmlə, biliklə yaxşıca qarşılıq verəcəyik, inşaAllah.
Adnan Oktar
Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
Adnan Oktar