HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
təşəkkürlər - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
tesekkurler | Bütün Əsərlər
Şükür etmək həmin anda fərahlıq verir. Şükür edən insanın işləri həmişə rast gələr. Şükrün bərəkətini həyatında yavaş-yavaş həmişə hiss edər.
Allaha təşəkkür etmək çox mühüm vicdan əlamətidir. Bəzən Allah insanlara imtahan olaraq çətinliklər verər. Bəzi insanlar da bu çətinliklə mübarizə apararkən Allaha təşəkkür etməyi unudur və ya başına gələni bəla kimi görüb Allahı tərk edib başqa şeylərə doğru gedər. Başına gələndən dolayı, haşa Allaha qəzəb bəsləyər, şeytan da bu qəzəbi hiddətləndirib şükürə mane olar. Şeytan harada mane olursa, orada diqqət yetirmək lazımdır. Məsələn, qolu sınır qəzəblənir, halbuki yaxşı xəstəxanaya gedir, həkimlər şəfa tapmasına vəsilə olur, qohumları gəlmişdir, dostları sevir, sevinəcəyi şükür edəcəyi çox şey var, lakin bunları görə bilmir. Çətinlik anında şükür etməyi unutmaq vicdan qüsurudur. Asanlıqda şükür edib çətinlikdə ümidsizliyə qapılıb şükürü tərk etmək çox ayıbdır. Şükürü tərk etmək səhvi insanların Allah ilə münasibətlərini korlayan dünyada nemət sahibi olmalarına mane olan mühüm səhvdir.
Allah; "əgər şükür etsəniz nemətimi artıraram" deyir. Allaha çoxlu həmd edirik verdiyi nemətlər üçün. Şükür etdikcə Allah hər şeyin ən gözəlini nəsib edir. Evlərin, süfrələrin, gözəlliklərin, paltarların, elmi mübarizənin ən keyfiyyətlisini, ən bərəkətlisini yaşadır. Dünyadakı nemətlərin hamısı, cənnətdəki həqiqilərinin surətidir.
Cəhənnəmdəkilərin ən böyük iztirabı Cənnət əhlinin xoşbəxtliyini görməkdir. Cənnət əhli isə cəhənnəmdəkiləri gördükləri zaman Allaha olan sevgiləri artır. Allahın ədalətinin tam təcəlli etdiyini görüb şükür edirlər.
Süfrə, Allahın nemətlərinin sərgisidir. Süfrədəki nemətlər Allahın sənətinin sərgiləndiyi yer olduğu üçün ehtişamlı və gözəl olması lazımdır. Zeytun, alma, yumurta, süd, hamısı ayrı gözəllikdir. Hamısının ən gözəl şəkildə təqdim edilməsi və hər biri üçün şükür edilməsi əhəmiyyətlidir. Mömin süfrəyə baxdığı zaman oradakı iman həqiqətlərini görəcək və Cənnətdəki əsillərini göstərməsi üçün Allaha dua edəcək.
“Of” deyildikdə ətrafa mənfi aura yayılar. Bu söz mənfi sözdür. Buna görə də, şəxsin həm özünə sıxıcı və boğucu təsir edər, həm də ətrafındakı insanları bezdirər. Neqativ insanlarda sıxıntıya səbəb olar. Lakin möminə təsiri olmaz, mömin əksinə daha da güclənər. Hər zaman müsbət, xeyirli üslub işlətmək lazımdır. Əlhamdülillah, Allaha şükür demək qəlbi fərəhləndirər.
Həmişə mükəmməllik istəyinə sahib olmaq möminin xüsusiyyətidir. Mömin sevgiyə, gözəlliyə və nemətə doymaz. Şükür etməyi də heç vaxt unutmaz.
Allah ayədə "insan zalım və cahildir" deyə bildirir. İnsanların böyük əksəriyyəti, nankordur. Allahın böyük ağılı və himayəsi var, lakin şükür etmirlər.
Qəlbim təmizdir deyən, lakin Allahın mövcudluğunu gördüyü halda, Allaha şükür edib sevgi göstərməyən insan səmimi davranmış sayılmır.
Digər dillər
Digər
Tövratdan hikmətlər və gözəl öyüdlər
Digər dillər
Məqalələr
"Sonradan görən" xarakteri
Digər dillər
Müsəlman Allahdan hər şeyin gözəlini, cənnətdə ən yaxşı mövqeyi, Allahın ən çox sevməsini istəyəcək. Biz Allahı lap çox sevəcəyik. İnsanlara sözün ən gözəlini söyləyəcək, ən gözəl paltarlarımızı geyəcək, ən gözəl qoxular üzərimizdə olacaq, ən gözəl söhbətləri edəcəyik. Allaha şükür dinimiz ən gözəl dindir. Ən gözəl texnologiyanı Cənab Allah bizə yaşadır, ən gözəl yardımları edir. Həmişə gözəli istəyəcəyik.
Allaha şükür olsun ki, mehdiyyət var, dəccaliyyətin qapılarını bağlayır.
Gözəl şeylər gözəl insanlara layiqdir. Gözəl olan hər şey ondan anlayana, ona şükür edənə, onu Allahdan gələn bir nemət olaraq görənə layiqdir.
Çətinliyi tərif etmək üçün Allah “göyə yüksəlirmiş kimi olarsan” deyir. Amma ALLAHA ÜRƏKDƏN TƏSLİM OLSAN, ÜRƏYİNDƏ BİR SAKİTLİK TAPARSAN .
Digər dillər
ALLAHA DAVAMLI ŞÜKR ETMƏK ÇOX ƏHƏMİYYƏTLİDİR. Pislik edən özü qovrular, özü yanar. SƏMİMİ CANDAN İNSANLARA ALLAHIN GÖZƏL MÜJDƏLƏRİ VARDIR.
Digər dillər
Ağac kökləri daima olaraq bizə meyvə barını verər. Heyvanları da bəsləyir insanları da bəsləyir, torpaq gecə-gündüz bar verir. Allah tərəfindən davamlı olaraq yaradılır. İnsanlar buna baxmayaraq nankorluq etsələr, günaha girmiş olarlar. ŞÜKR ETMƏLİDİRLƏR İNŞAALLAH.
Digər dillər
17
1
1
/ 1
1
1
17
/ 1
20