HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Türkiyə-Qətər dostluğu - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
turkiye-qeter-dostlugu | Bütün Əsərlər
Tək əxlaq sistemində razılaşıb ittifaq ediləndə insanların razılaşması və dostluğu çox asan olur. İnsan Quranın əxlaqında ittifaq edincə xoşbəxt olur, bundan başqa anlaşılmazlıqların ortadan qalxması mümkün olmaz.
Lağ etmək sevgini və dostluğu qıracaq davranışdır. Lağ edən özünü böyütməyə çalışar amma lağ edən insan böyüməz alçalar.
Ağıllı insan hər şeyi yalnız Allahın sevgisi və Allahın dostluğu üçün istəyər.
Məqalələr
Əsl dost qullarının xoşbəxtliyini istəyən Allahdır
Məqalələr
ƏSL DOST QULLARININ XOŞBƏXTLİYİNİ İSTƏYƏN ALLAHDIR
Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəklərindən gözəl və qısa şəkildə bəhs edilsə, onlar çox gözəl dostluqlar qurarlar. Bir-birilərinə hörmət göstərməyin, dost olmağın, sevməyin yolu göstərilsə çox möhtəşəm dost olarlar. Qızlar çox rahat olarlar heyrətamiz hörmət görər və rahat yaşayarlar. Lakin bir çox insanın təzyiq göstərməkdən başqa bildiyi üsul yoxdur. Sadəcə təzyiq göstərməyi, qadağan etməyi bilirlər.
Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar.
Suriya məsələsində İran, Rusiya, İraq və Türkiyə qənaət bildirsin və orta yol tapılsın. Sülh üçün ortaq məxrəcdə görüşmək lazımdır. Heç vaxt “mən, sən” məsələsi etmədən, sevgini, məhəbbəti, dostluğu əsas götürərək ortaq məxrəcdə birləşmək əhəmiyyətlidir.
Allah münafiqləri tənha qoyur. Münafiqlər həmişə təcrid olunmuşdur, yoldaşları, dost ətrafları yoxdur. Münafiq fotoşəkillərinə baxdığınız zaman həmişə münafiqlərin digər münafiqlərlə olduğunu görərsiniz. Bu, Allahın onlara cəzasıdır.
Mədəniyyətlər münaqişəsi dəccaliyyətin istədiyi və bunun üçün xüsusi nifrət ruhunu formalaşdırdığı bir şeydir. Biz də mehdiyyət tələbəsi olaraq mədəniyyətlər arasında qardaşlığı, sevgini, dostluğu möhkəmləndiririk.
Gənclərə tövsiyəm Allahı çox sevsinlər. Allahı çox sevsələr, Allahla dost olsalar hər məsələ həll olunar.
Allah dünyanın hər yerində mehdiyyət ruhunu insanların qəlbinə həkk etdirmişdir, bu insanlar həmişə sülhü, bacı-qardaşlığı, sevgini və dostluğu istəyirlər.
İnsanları yaşayarkən öldürmək dəhşət vericidir. Sevgini, dostluğu, qardaşlığı insanların əlindən almaq, mənəvi cəhətdən onları öldürmək deməkdir.
İran və Türkiyə iki dost ölkədir. Aramızı vurmağa çalışanlar boşuna çalışdılar. Şiələr nur kimi müsəlmandır, İranla həmişə dost olacağıq.
Təmizliyi, sevgini, dostluğu özləyən insan Quranın və mehdiyyətin ruhunu tam almış deməkdir.
Bütün dünya mehdiyyəti gözləyir, dostluğu, sevgini, ictimai ədaləti özləyən hər kəs mehdiyyəti istəyir.
Allah Özünü sevənlərə, dost olanlara sirlərini açıqlayar. Səmimi qul göstərilən sirri anlayar.
Ərəblərə qarşı irqçilik vicdani deyil. Ərəblər və türklər qardaşdır. Düşmənçilik istəyənlərə qarşı daha möhkəm dost olaraq cavab verəcəyik.
Sevgini, ehtirası unudan insanların həyatdan bezmiş zehniyyətlərinə heç fikir verməmək, dərinliyi, dostluğu, sevgini bilənlərə etibar etmək lazımdır.
Mən qadının gözündəki ağla, təmizliyə, sevgiyə baxaram. Gözündə sevgi olanla əbədi dost olaram. Sevgini bilməyənlə dost olmaq qeyri-mümkündür.
31
1
1
2
/ 2
1
1
2
31
/ 2
20