-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Tayyib hocam kimi müsəlmanlara sahib çıxan, İslam aləmini qorumaq məsələsində şövqlü olan, məzlum müsəlmanları qoruyan başqa lider yoxdur. Buna görə də, vətənpərvər, millətçi, mömin olan hər kəsin Tayyib hocamı dəstəkləməsinin lazım olduğu aydındır. Dindar, müsəlman kürdlər də Allah rizası üçün Tayyib hocamı dəstəkləməli olduqlarını imani fərasətlə bilərlər. Hüda partiyası, SP, BBP, MHP və AKP Tayyib hocamın şəxsinin ətrafında möhkəm birləşsin, seçkilərə də birlikdə girsinlər. Türkiyənin və İslam aləminin gələcəyi üçün bu çox əhəmiyyətlidir. CHP-nin müxalifəti də mütləq milli və yerli olmalıdır. Türkiyə üçün ən mühüm məsələ bütün partiyaların milli və yerli olmasıdır.
Adnan Oktar
Solçu gənclər müsəlman olsa, İslamı yaşasalar, doğru olan odur. Çünki sol əgər ictimai ədalət istəyirsə xəyal edə bilməyəcəkləri ictimai ədalət oradadır. Sülh istəyirsə xəyal edə bilməyəcəkləri, dünya qardaşlığı istəyirlərsə lap yaxşısı. Demokratiya, sülh, ədalət, zənginlik, gözəllik, sənət, estetika, elm, səmimiyyət, canlılıq hamısı İslamiyyətdədir.
Adnan Oktar
Rəsulullah (s.ə.v) dövründəki münafiqləri təhlil etdikcə Peyğəmbərimiz (s.ə.v)-in savabının nə qədər böyük olduğunu daha yaxşı görürük. 300 münafiq çıxır, müsəlmanları döyüşün ortasında qoyub geri qayıdırlar. Tarix boyu o xarakteri həmişə eyni olub. Münafiq zehniyyəti; ədabaz, lovğa, həris, namərd, xain, hiyləgər, murdar, gizlində daha murdar, dəccaliyyətlə əməkdaşlıq edən, yalançı, quldur xarakterli, insanlardan nifrət edən, gözəl olan hər şeyə qarşı olan, pis olan hər şeyi sevən, homoseksualizmi dəstəkləyən, Müsəlmanların doğru yolunu kəsməyə çalışan alçaq məntiqdir.
Adnan Oktar